Röyanın yaxın adamı Türkiyədə həbs edildi
Azərbaycanın Xalq artisti Röyanın yaxın adamı Azad İsayev Türkiyədə həbs edilib.
Lent.az xəbər verir ki, İstanbulun Bakırköy və Küçükçekmece qəsəbələrində iki fərqli dələduzluq şikayəti üzrə prokurorluqda araşdırma başlanılıb. Şikayət olunan şəxs isə ölkələrarası nəqliyyat işini həyata keçirən iş adamı Dionis Şaholli olub. Ancaq iki fərqli məhkəmədə aparılan araşdırma zamanı qəribə faktlar ortaya çıxıb.
Belə ki, Küçükçekmece prokurorluğunda aparılan araşdırma zamanı saxlanılan Şaholli Albaniya vətəndaşı olduğunu desə də onun həm də Rusiya vətəndaşlığınəı daşıması və ad-soyadının da Həmzət İsmayılov olması üzə çıxıb. O, özü bu faktı təsdiqləyib. Lakin Şaholli barəsindəki dələduzluq iddialarını rədd edib.
Polis nəzarətində sərbəst buraxılan Şaholli növbəti şikayət üzrə Bakırköy məhkəməsinə aparılıb. Burada o, şikayətçi olan Ayşə S.Ö. ilə münasibəti olduğunu və ondan borc aldığı pulu geri qaytardığını deyib. Bakırköy məhkəməsi tərəfindən onun barəsində həbs qərarı verilib.
Daha sonra prokurorluqda və məhkəmədə aparılan araşdırma zamanı Şaholli haqqında daha bir iddia ortaya çıxıb. İddiaya görə, Şaholli əslində bir vaxtlar Azərbaycan tərəfindən dələduzluğa görə İnterpola verilən iş adamı Azad İsayevdir. Şaholli isə özünün Azad İsayev olmadığını iddia edib. "Uşaq ikən mənə Azad deyirdilər. İş gördüyüm adamlar arasında məni Azad kimi tanıyırdılar".
Cəzaçəkmə müəssisəsinə göndərilən Şahollinin barmaq izləri götürülüb. Onun azərbaycanlı iş adamı Azad İsayev olub-olmadığı isə araşdırma nəticəsində dəqiqləşəcək.
Qeyd edək ki, azərbaycanlı iş adamı Azad İsayev İnterpol xətti ilə axtarışdadır. A.İsayevin 2 milyon manat məbləğində dələduzluq etdiyi bildirilir.
Xatırladaq ki, hələ o zamanlar dələduzluq ittihamı ilə beynəlxalq axtarışa verilən Azad İsayevin müğənni Röya ilə qeyri-rəsmi münasibətlərinin olmasına diar mediada da məlumatlar yayılıb. Azad İsayev həmçinin Röyanın "Sevgiyə bax", "Son görüş" ,"Ağla" və digər mahnılarının sözlərinin müəllifidir.
Onu da qeyd edək ki, 2013-cü ildə Azad İsayevin Türkiyədə yol qəzasında ölməsinə dair məlumatlar yayılmışdı.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGürcüstanda zəhərlənən uşaqların sayı 100-ü ötüb
Gürcüstanda uşaq bağçalarında baş verən zəhərlənmə səbəbindən 100-dən çox azyaşlı xəstəxanaya yerləşdirilib. ölkənin birinci kanalına istinadən xəbər verir ki, bunu səhiyyə naziri Mixeil Sarcveladze məlumat yayıb. Nazir qeyd edib ki, qeydə alınan halların heç birində hər hansı bir fəsad və ya ciddi təhlük
19.09.2026 245 2 aktrisa saxlanıldı
Amerikalı aktrisalar Syuzan Sarandon və Hanna Aynbinder Nyu-Yorkda keçirilən İsrail əleyhinə aksiyada saxlanılan fəallar arasında olublar. Axşam.az xəbər verir ki, hüquq-mühafizə əməkdaşları hər iki aktrisanın əllərinə plastik qandal taxaraq onları "Sülh üçün Yəhudi Səsi" hərəkatının icazəsi
26.09.2026 209 "11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti
Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. BİG.AZ xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib:. "10 yaşımda anam dünyasın
25.09.2026 400 Uzun illərdən sonra efirə qayıdır
Aparıcı Ceyran Rəhimova uzun fasilədən sonra efirə qayıdır. "Qafqazinfo" xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Aparıcı çəkiliş meydançasından fotosunu paylaşaraq "Tezliklə" yazıb. Axşam.az-ın məlumatına görə, C.Rəhimova yeni mövsümdə Space TV-də efir
23.09.2026 425 Aysel Teymurzadə belə dincəlir - FOTOLAR
"Avroviziya" təmsilçilərimizdən olan müğənni Aysel Teymurzadə istirahətə yollanıb. Axşam.az xəbər verir ki, sənətçi tətilini Yunanıstanda keçirdiyini bildirib. A.Teymurzadə istirahət zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb
27.09.2026 1395 Məşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO
Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas
27.09.2026 430 Rusiyada uşaqlara Burak adını verirlər
Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula
19.09.2026 285 Afra Saraçoğlu saxlanıldı
Türkiyəli aktrisa Afra Saraçoğlu saxlanılıb. Axşam.az xəbər verir ki, aktrisa narkotik maddələrlə bağlı keçirilən əməliyyat çərçivəsində tutulub. Qeyd edək ki, daha əvvəl aktyor Aras Bulut İynemli, müğənni Seyfullah Sağır (Sefo), aktrisa Melis Sezen, Nilperi Şahinkaya, Melis İşiten və keçmiş futbolç
18.09.2026 525 Dünyanın tanınmış repçisini zorakılıqda ittiham edən qadından ƏCAİB ETİRAF: "Onunla heç vaxt görüşməmişəm"
2024-cü ildə tanınmış repçi Jay-Z-ni (əsl adı Şon Karter) cinsi zorakılıqda ittiham edən qadın irəli sürdüyü iddiaların uydurma olduğunu rəsmən təsdiqləyib. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. "Şon Jay-Z Karter mənə heç vaxt təcavüz etməyib. Mən cənab Karterlə heç vaxt üz-üzə gəlməmişə
27.09.2026 215