"Canana məni öldürmək istəyir" - Mətanət İsgəndərli

"Canana məni öldürmək istəyir" - Mətanət İsgəndərliƏməkdar artist Mətanət İsgəndərli ilə keçmiş gəlini Canana (Aynur Vaqifqızı) arasındakı qalmaqal daha da böyüyüb.

Axşam.az xəbər verir ki, müğənni "Yaxşıya doğru" proqramına gələrək Canananın onun haqqında iddia etdiklərinə cavab verib. M.İsgəndərli daha sonra oğlu Kərimlə keçmiş gəlininin tanışlığından danışıb. O bildirib ki, Canana onları illərlə aldadıb:

"Canana Kərimdən 7 yaş böyükdür. 21 yaşlı qız 8-ci sinifdə oxuyan oğlanı (oğlu Kərimi nəzərdə tutur - red.) sevə bilər? Oğlum 8-ci sinifdə oxuyurdu. Gördüm ki, o kimləsə telefonla danışır. Dedi ki, ana, sənin fanatın olan bir qızla danışıram. Mən də ondan kim olduğunu soruşanda söylədi ki, Mətanət xanım, sizin fanatınızam. Ondan yaşını soruşanda mənə yalandan 18 olduğunu dedi. Amma o zaman onun 21 yaşı olub.

Ona telefonda sual verdim ki, oğlum Kərimdən 4 yaş böyüksən, sənin mənim oğlumla nə münasibətin ola bilər? Sonra bu söhbət mənim yadımdan çıxdı. Canana hər gün oğlumun oxuduğu məktəbə gedirmiş, onu dərsdən çıxarırmış, aparıb onu yelləncəklərə mindirirmiş, yeməyə ona hamburgerlər alırmış. Qızım Ülkər isə oğlum Kərimdən 4 yaş kiçik idi. İkisinin də əlin dəntutub parklara gəzməyə aparırmış. Uşaqlar gəlib mənə deyirdilər ki, bəs bizi sənin fanatın zooparka aparır, gəzdirir. Onlara söylədim ki, gətirin, görüm axı, bu kimdir. Kərim onu gətirdi. Mən də bu qıza inandım. Başını aşağı salmış, utancaq vəziyyətdə qarşıma keçdi".

M.İsgəndərli iddia edib ki, valideynləri də Cananadan imtina edib:

"Yalandan valideynlərinin Moskva şəhərində yaşadığını söylədi. Amma sən demə, atası, anası Moskvanın ucqar vilayətinin bir kəndində yaşayırlarmış. Ata-ana bu Canana ilə bacarmayıb, buna görə də gəlib Azərbaycana, Bakıya. 21 yaşlı qız bir gün dayısının, növbəti gün Göranboyda yaşayan nənəsinin evində qalırmış. Bu qız evdə tək yaşayırmış. Salıb oğlum Kərimi tora. Bu hadisənin üzərindən iki il keçdi. Oğlum artıq 10-cu sinifdə oxuyurdu. Canana Kərimi öyrədib ki, get anana söylə, sən bu qızı mənə almasan, əlimdə olan bu dərmanları içib özümü öldürəcəyəm. Çünki Canananı başqa oğlana ərə verirlər. Canana övladımın gözünü açıb və yoldan çıxarıb. Oğlum təhsilini başa vurdu, əsgərliyə gedib gəldi və haradasa, 10 ilə yaxın vaxt keçdi. Günlərin bir günü uşaqlarımla Antalyaya getdim. Yanımızda da Canana var idi. Qızım gəlib mənə dedi ki, bəs, Canananın pasportuna baxmışam. O Kərimdən 7 yaş böyükdür. Bunu öyrənəndə şoka düşdüm. Əgər sən düz adamsansa, yaşını niyə gizlədirsən?

Canana oğlumu 10 il gözlədi. Əgər sən oğlumu belə istəyirdinsə, niyə onu atıb getdin? Canana bizə yaraşmayan şərlər atdı. Qrdaşı dedi ki, onu evinizə buraxmayın, ona qarşı ürəyiyumuşaqlıq etməyin. Onun çox təhlükəli olduğunu deyir. Qardaşı söylədi ki, dəfələrlə Canananı döyüb. Elə oldu ki, Canana gəlib ağladı ki, anam xərçəngdir, öləcək. Anası elə də pis qadın deyildi. Kaş, anası sağ qalardı. Kərimlə Canananın toyuna iki gün qalmışdı. Anasına zəng vurdum, dedim ki, bəs, sənin qızın xoş olmayan bir iş görüb. Anası mənə dedi ki, kül onun başına. Toyu edin, biz biabır olmayaq. Toydan sonra Canananı götürün atın bizim üstümüzə. Bunu onun öz anası bizə söylədi. Canananın tək məqsədi mənə də, oğlum Kərimə də bir şey olsun, bu da gəlsin, mənim hər şeyimə yiyələnsin. Bunun yeganə məqsədi də budur. Canana məni öldürmək istəyir".

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. 3 övlad anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1484   Tarix: 09 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kardaşyan xəstəliyini açıqladı - Atası da eyni xəstəlikdən ölüb

Amerikalı televiziya ulduzu Kim Kardaşyan səhhəti ilə bağlı açıqlaması ilə gündəmə gəlib. 45 yaşlı məşhur yeni televiziya proqramının tanıtım çarxında ona özofajit diaqnozu qoyulduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, "Kardaşyanlar" verilişinin yeni mövsümünün treylerind

20.09.2026 521
.

Məşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO

Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas

27.09.2026 430
.

Afra Saraçoğlu saxlanıldı

Türkiyəli aktrisa Afra Saraçoğlu saxlanılıb. Axşam.az xəbər verir ki, aktrisa narkotik maddələrlə bağlı keçirilən əməliyyat çərçivəsində tutulub. Qeyd edək ki, daha əvvəl aktyor Aras Bulut İynemli, müğənni Seyfullah Sağır (Sefo), aktrisa Melis Sezen, Nilperi Şahinkaya, Melis İşiten və keçmiş futbolç

18.09.2026 525
.

Rusiyada uşaqlara Burak adını verirlər

Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula

19.09.2026 285
.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19.09.2026 297
.

"Alatoranlığ"ın aktyoru ata oldu

"Alatoranlıq" filminin qəhrəmanlarından olan Teylor Lotner ata olub. Axşam.az xəbər veirr ki, Tey Doumay adlı xanımla ailəli olan aktyorun qızı dünyaya gəlib. Cütlük övladlarına Lennon adını qoyublar. Qeyd edək ki, cütlük 2022-ci ildən evlidir

24.09.2026 353
.

"Bentley" üzərində Aygün Kazımovaya SEVGİ NÜMAYİŞİ - VİDEO

Xalq artisti Aygün Kazımovanın fanatlarından birinin ona olan sevgisini nümayiş etdirmə üsulu diqqət çəkib. -ın məlumatına görə, sosial şəbəkələrdə "Divan"ın fotoları ilə bəzədilmiş "Bentley" markalı avtomobilin görüntüləri yayılıb. Malik Salahov şəxsi "Instagram" hesabınd

27.09.2026 234
.

Samir Bağırov bu səbəbdən depressiyaya düşüb

Məşhur müğənni Samir Bağırov bir zamanlar depressiyaya düşməsinin səbəbini açıqlayıb. xəbər verir ki, o bu barədə aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olarkən danışıb. Sənətçi qeyd edib ki, onun depressiyaya düşməsinə səbəb haqqında yayılan "efir qadağası" xəbərlər

29.09.2026 368
.

"Zaman yaraları sağaltmır, sadəcə boşluqla yaşamağı öyrədir"

Əməkdar artist Bəhram Bağırzadə mərhum atası Arif bəylə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, ölüm ildönümündə atasını bu sözlərlə yad edib:. "17 sentyabr. Bu tarixdə atamı itirdim. Sentyabr ümumiyyətlə qəribə aydır. Hələ hava istidir, hələ dəniz və yetişmiş əncir qoxusu duyulur, həl

20.09.2026 273
.