490 manatlıq bilet və Acunun 35 min manatlıq istəyi...
"Türkiyənin TV8 kanalının rəhbəri, aparıcı-prodüser Acun Ilıcalı oktyabrın 22-si Bakıya gəlir". Aylar əvvəl anonsu verilən bu görüşdə iştirak üçün can atanlara 40-490 manat aralığında biletlər təklif edilmişdi. Bu məbləğindən keçib Acun abinin uğur hekayəsini, "İnnovativ inkişaf və fürsətlər" adını verdiyi stendapfason çıxışını izləyənlər, öyrənməkdən çox əyləndilər. Bəli, daha çox əyləndilər, düşünürəm ki, fikrimizi belə əsaslandırsaq, abilərimizin təbirincə abartmış sayılmarıq...
Tədbir yenicə başlamışdı ki, türkiyəli qardaşımızın "bundan sonrası üçün çəkimi dayandırırıq, kimsə telefonla çekmesin, çok özel şeylər konuşacağım" deməsi tamaşaçıda böyük maraq yaratdı.
Vaxt keçdikcə isə bunun növbəti şou anons olduğunu anladıq. A.Ilıcalının 90 dəqiqəlik çıxışı nəzərdə tutulsa da, görüşü 1 saata yola verməsi də diqqətdən qaçmadı. Doğrudur, televiziya rəhbərinin hər sözünə gülməkdən özünü saxlaya bilməyən və ətrafda "bu nəyə gülür" baxışları ilə onu məzəmmət edən tamaşaçılar da oldu, qorumaları keçib səhnənin yaxınlığına qədər gələn və hədiyyəsini Acun Ilıcalıya vermək istəyən qız da. Ona mane olmaq istəyənlərə, bu dəfə Acundan irad gəldi: "Bura qədər gəlib, indimi mane olacaqsınız?"
Nəsə bu qızın səhnəyə çıxması ilə "Uğurlarımın kökündə empati hissi dayanır. Ömrüm boyunca özümü qarşımdakı insanın yerinə qoyaraq yaşadım", - deməsi də bir o qədər səmimi təsir bağışlamadı. Niyə? - deyə soruşsanız, cavabı çox sadədir. Adam tamaşaçılara inkişaf karyerasından çox, müxbirlik etdiyi dönəmlərdə çəkdiyi verilişlərdən roliklər izlətdirdi, hansı ki, yutubdan çox asanlıqla tapıb izləyə bilərsiniz. Əgər özünün də dediyi kimi empati hissi olsaydı, tamaşaçının ondan nə istədiyini sezərdi. Hətta təşkilatçıların, sponsorların hədiyyələrini qəbul etmədən, səhnədən qaçmağa çalışmazdı...
Doğrusu, bizim kimi dəvətlə tədbirdə iştirak edənlərə baxanda, 490 manat verib bilet alanlara adamın lap ürəyi ağrıyır. Bir də əməlli-başlı özünə maya qoyub Acunla bir səhnəyə çıxacağı xəyalını quran bəzi həmvətənlərimizə. Özünüz olun, sadə olun, eqonuza qalib gəlməyə çalışın, xanımlar və cənablar! Yoxsa həmişə o pilləkənlərdən aşağı düşürülməyə məcbur olacaqsınız.
Əslində, Acun Ilıcalının indiki nöqtəyə gəldiyi məqamın uğurunun sirrini öyrənmək üçün baş sındırmağa gərək yoxdur. Səbəb çox sadədir: Adam adi həyatından fraqmentlər danışmağı belə pulla satır... Hələ Azərbaycandakı televiziya kanalında 10 dəqiqəlik efir üçün 35 min manat istəməsi varlanmaq sirrinin pik nöqtəsidir...
"Qafqazinfo"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1390 Tarix: 23 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCanavarlar ov etmək üçün meşə yanğınlarından istifadə edirlər - Maraqlı kəşf
Alimlər müəyyən ediblər ki, canavarlar meşə yanğınlarından qaçmaq əvəzinə, bəzən alovun yaxınlığına gedərək ov imkanlarından yararlana bilirlər. xarici mediaya istinadən xəbər verir ki, adətən vəhşi heyvanların, xüsusilə yırtıcıların oddan qorxduğu düşünülür. Buna görə də ovçular gecələr vəhşi heyvanlar
29.10.2026 237 Sabah hava necə olacaq?
Oktyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimal
29.10.2026 260 Bakı dünya futbolunun gələcəyinə ev sahibliyi edir: U-15 finalında böyük idman mesajı
Paytaxtımızda keçirilən ilk FIFA U-15 Dünya Çempionatı və Festivalı təkcə futbol yarışması deyil, həm də gənc nəslin inkişafına, beynəlxalq idman əməkdaşlığına və Azərbaycanın idman nüfuzuna verilən önəmin göstəricisidir. Prezident İlham Əliyevin finalçıları mükafatlandırması isə bu tarixi tədbirin diqqətçəkə
29.10.2026 267 Ürəyi "öldürən" qidaların qara siyahısı
Gündəlik qidalanma ürək və damar sağlamlığına təsir göstərir. Duz, doymuş yağ və əlavə şəkərlə zəngin məhsulların tez-tez, çox miqdarda istehlakı yüksək təzyiq, xolesterin və artıq çəki kimi risk amillərini artıra bilər. xarici mediaya istinadla kardioloqların öz rasionlarında məhdudlaşdırdıqları qidala
29.10.2026 265 "Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib
İran ABŞ blokadası və Qərbin sanksiyalarından yayınan hərbi agentliklər şəbəkəsi yaradıb, 2025-ci ilin yanvarından bəri İrana 2 milyard dollar dəyərində hərbi avadanlıq idxal edilib. "Reuters"in araşdırmasına görə, MOD hərfləri ilə başlayan adların arxasında nəhəng maliyyə və hərbi maşın təşki
29.10.2026 206 Diplomatiyada qarşılıqlı hörmət: Şuşadan Bakıya, Bakıdan Ankaraya uzanan mesaj
BİG.AZ-ın müxbiri Nuray Nəzərova yazır. Diplomatiyada bəzən bir görüşün keçirildiyi şəhər, bəzən nümayəndə heyətinin tərkibi, bəzən də verilən mesajın özü siyasi bəyanatlardan daha çox məna daşıyır. Şuşa, Bakı və Ankara arasında qurulan diplomatik təmaslara bu prizmadan yanaşdıqda, ayrı-ayrı görüşləri
29.10.2026 237 Turistlər aldadılır? - Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25-26 iyul tarixlərində Nabran qəsəbəsind
29.10.2026 307 Le Monde: Avropa İttifaqı Kanada ilə yaxınlaşma məsələsində fikir ayrılığı yaşayır
Avropa İttifaqı ilə Kanada arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunur. BİG.AZ Le Monde-a istinadən xəbər verir ki, lakin Kanadaya Aİ-də xüsusi assosiativ status verilməsi təklifi Fransa və Almaniyanın etirazı ilə qarşılaşıb. Tərəflər ticarət, müdafiə, enerji və süni intellekt sahələrind
29.10.2026 245 Estoniya-Rusiya sərhədində "SİNGAPUR SƏDDİ": 150 bunker inşa edilir Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google axtarışında bizi
Estoniya Müdafiə Nazirliyi Rusiya ilə sərhəd boyu müdafiə xəttini gücləndirmək məqsədilə 150-yə yaxın müdafiə bunkeri inşa etməyi planlaşdırır. Bizim.Media xəbər verir ki, bu barədə "ERR" teleradioşirkəti Estoniya Müdafiə Qüvvələrinin komandanı general Martin Heremə istinadən məlumat yayıb
29.10.2026 172