Pedaqoji Kollecin şübhəli satınalmaları - Vergi ödəməyən MMC-lər necə qalib edilir?

Pedaqoji Kollecin şübhəli satınalmaları - Vergi ödəməyən MMC-lər necə qalib edilir?Azərbaycan Dövlət Pedaqoji Kolleci 2023-cü ilin sentyabr ayının 22-də sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, kollecin "əsaslı təmir işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 11.000 manat, qalibi isə "Alov-N" (VÖEN:3102536241) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

"Alov-N" MMC 2018-ci ilin yanvar ayının 1-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Abşeron rayonu Masazır kəndi, qanuni təmsilçisi isə Qurbanov Raqif Əsəd oğludur.

Pedaqoji Kollecdə əsaslı təmir işləri aparacaq "Alov-N" MMC-nin fəaliyyət profili, lisenziyaları, əmək müqaviləsi ilə çalışan işçi sayı, mühəndis heyəti və faktiki ünvanı barədə açıq internet resurslarında heç bir məlumata rast gəlinmir.

Pedoqoji Kollecin keçirdiyi digər satınalmalara diqqət etdikdə əsasən fəaliyyəti qeyri-şəffaf olan təşkilatlarla "işbirliyinə" üstünlük verdiyi görünür. Belə ki, Kollecin qalib elan etdiyi təşkilatların fəaliyyətləri qeyri-şəffaf olmaqla yanaşı, əksəriyyətinin dövlətə külli miqdarda vergi borcu var.

Pedaqoji Kollec 2022-ci ilin dekabr ayının 13-də "inventarların satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Bu satınalmanın məbləği 23.810 manat, qalibi isə "GÜNAY 87" (VÖEN: 2906894931) Məhdud Məsuliyyətli Cəmiyyəti olub. "GÜNAY 87" MMC Kollecin sözügedən satınalmasının elanından 11 gün əvvəl - 2022-ci ilin noyabr ayının 17-də təsis edilib. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 9 mkr, ev 26 mənzil 16, qanuni təmsilçisi isə Hüseynova Günay Şahin qızıdır. "GÜNAY 87" MMC-nin də fəaliyyət prifili barədə açıq internet resurslarında məlumat yoxdur.

"GÜNAY 87" MMC-nin hazırda dövlətə 1816 manat vergi borcu var.

Pedaqoji Kollec 2022-ci ilin avqust ayının 26-da "cari təmir" lotu üzrə sifarişçi olduğu daha bir satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 79.971 manat, qalibi isə "Bina İdarəetmə Mərkəzi" (VÖEN: 1006226671) Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"Bina İdarəetmə Mərkəzi" MMC 2019-cu ilin noyabr ayının 7-də dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı BİNƏQƏDİ RAYONU, F.MƏLİKOV 7 MKR, ev 60/30, m. 35 olan şirkətin qanuni təmsilçisi Camaləddinov Loğman Ənvər oğludur. Pedoqoji Kollecdə cari təmir işləri aparacaq "Bina İdarəetmə Mərkəzi" MMC-nin də fəaliyyət profili barədə açıq internet resurslarında məlumata rast gəlinmir.

"Bina İdarəetmə Mərkəzi" MMC-nin hazırda dövlətə 9895 manat vergi borcu var.

Kollecin digər satınalmalarının bəzilərində də şübhəli məqamlar yer almaqdadır. Belə ki, Pedoqoji Kollec 2021-ci ilin noyabr ayının 15-də "maşın və avadanlıqların satınalınması" lotu üzrə smetası 74.686 manat olan satınalma keçirib. Bu satınalmada "Aysun-2014" (VÖEN: 6401050851) Məhdud Məsuliyyətli Cəmiyyətiqalib elan edilib. "Aysun-2014" MMC-nin hüquqi ünvanı Masallı rayonu Köçəkli kəndidir.

Pedaqoji Kollec həmin ilin oktyabr ayının 17-də daha bir satınalmaya yekun vurub. Kollecin "cari təmir" lotu üzrə keçiridiyi bu satınalmanın məbləği 74.962 manat, qalibi isə "Turan 2018" (VÖEN: 6401991121) Məhdud Məsuliyyətli Cəmiyyəti olub. "Turan 2018" MMC-nin də hüquqi ünvanı Masallı rayonunun Köçəkli kəndidir.

Pedaqoji Kollecdə 74 min manatlıq "cari təmir işləri aparan" "Turan 2018" MMC-nin də digər qaliblər kimi fəaliyyəti barədə məlumat yoxdur.

Qlobal.az məsələ ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Kollecindən mövqe öyrənib. Kollecin Tender Komissiyasının sədri Elsevər Abbaslı hər bir satınalmanın qanunvericiliyə uyğun keçirildiyini bildirib: "Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci həm tədris, həmçinin təsərrüfat məsələlərində tam şəffaf və yerli qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir. Azərbaycan Dövlət Pedaqoji Kolleci tərəfindən "Dövlət Satınalmaları" haqqında AR qanununa uyğun olaraq "Kotirovkalar sorğusu" "Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə"nin qaydalarına uyğun, "Tender.az" internet portalı vasitəsi ilə keçirmişdir".

Pedaqoji Kollecin şübhəli satınalmaları - Vergi ödəməyən MMC-lər necə qalib edilir?Qlobal.az Hesablama Palatasından Azərbaycan Dövlət Pedaqoji Kollecində nə zaman audut aparılması barədə mövqe öyrənib. Hesablama Palatasının İnformasiya məsələləri üzrə məsul şəxsi Tamerlan Yusifzadə 2022-2023-cü illərdə Palata tərəfindən Azərbaycan Dövlət Pedoqoji Kollecində audit aparılmadığını bildirdi.

Pedaqoji Kollecin şübhəli satınalmaları - Vergi ödəməyən MMC-lər necə qalib edilir?Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru İsrayıl İsgəndərovdur.

Pedaqoji Kollecin şübhəli satınalmaları - Vergi ödəməyən MMC-lər necə qalib edilir?Pedaqoji Kollecin şübhəli satınalmaları - Vergi ödəməyən MMC-lər necə qalib edilir?Pedaqoji Kollecin şübhəli satınalmaları - Vergi ödəməyən MMC-lər necə qalib edilir?


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1207   Tarix: 19 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rusiya Svetloye kəndini işğal etdi

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Svetloye kəndini və Sum bölgəsinin Novaya Siç kəndini işğal edib. xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb

29.07.2026 142
.

100 ildən çox qapalı qalan ada turistlər üçün açıldı

Sakit okeanda, Havay adalarında yerləşən və uzun illər sirr olaraq qalan Niihau adası artıq məhdud sayda turist qəbul etməyə başlayıb. Buna baxmayaraq, adada yaşayan insanlar bu gün də internet, mobil telefon, su kəməri və asfalt yollar olmadan ənənəvi həyat tərzini davam etdirirlər. Qaynarinfo-nun RMF24-

29.07.2026 138
.

Uşaq bezi seçərkən bunlara diqqət edin - DERMATOLOQDAN AÇIQLAMA

Uşaq bezi valideynlərin hər gün istifadə etdiyi ən vacib gigiyena məhsullarından biridir. Lakin bazarda onlarla fərqli marka və modelin olması seçim etməyi çətinləşdirir. Yanlış seçilən bez körpənin dərisində qızartı, səpkilər, allergik reaksiyalar və narahatlıq yarada bilər. Uşaq bezi seçərkən yalnı

29.07.2026 176
.

Zelenskinin səfəri zamanı Qrahamın dəstəklədiyi Rusiya sanksiyaları Senatda ilk maneəni aşdı

Çərşənbə axşamı Ukrayna Prezidenti Vladimir Zelenski Kapitoliyə baş çəkərkən ABŞ Senatı Rusiya enerji sanksiyaları ilə bağlı genişmiqyaslı qanun layihəsini irəli sürüb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, səsverməni qanun layihəsinin müəllifi, mərhum senator Lindsi Qrehemin dəfn mərasimi gün

29.07.2026 161
.

Bu abidələrimiz bərpa olunur

"Hazırda 3 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri aparılır"​. Bu barədə "Qafqazinfo"ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, ötən dövrdə 1 tarix-mədəniyyət abidəsində bərpa-konservasiy

29.07.2026 163
.

Venesuela İrana etiraz etdi: Səfir XİN-ə çağırıldı

Venesuela hökuməti İranın Karakasdakı səfiri Əli Çeginini Xarici İşlər Nazirliyinə çağıraraq ona rəsmi etiraz notası təqdim edib. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, Venesuela Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, etirazın səbəbi İran rəsmilərinin ölkə ilə bağlı səsləndirdiyi "alçaldıc

29.07.2026 185
.

Yeni doğulan qızı ilə tətilə getdi

Aparıcı Çinarə Əliyeva ailəsi ilə istirahətə gedib. OLAY yazır ki, bu barədə Çinarə instaqramda fotolar paylaşıb. O, yeni doğulan qızı Mədinə ilə ilk uçuşları olduğunu bildirib

29.07.2026 332
.

Yunanıstanın Paros adası yanır

Yunanıstanın ən məşhur istirahət mərkəzi olan Paros adasında çıxan meşə yanğını artıq 2 gündür davam edir. "Euronews"a istinadla xəbər verir ki, yanğınsöndürmə briqadaları adanın cənub və cənub-şərqindəki bir neçə nöqtədə alovla mübarizə aparır. Yanğının yaratdığı təhlükə səbəbindən bir neç

29.07.2026 139
.

Rusiya Ukraynaya kütləvi hava zərbələri endirdi

Rusiya ordusu Ukraynanın bir sıra bölgələrinə pilotsuz uçuş aparatları ilə növbəti hava hücumu həyata keçirib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Ukrayna rəsmilərinin məlumatına görə, zərbələr nəticəsində xüsusilə Xerson vilayətində mülki obyektlərə ziyan dəyib. Hücum zamanı ölən və yaralananları

29.07.2026 182
.

TOP MP3