"Azərbaycanın Fransaya qarşı heç bir qəsd-qərəzliyi yoxdur, amma..." - POLİTOLOQ
Xəbər verdiyimiz kimi, Fransada fəaliyyət göstərən və təsdiqdən keçməyən qida obyektlərindən yüksək riskli qida məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulacaq. Azərbaycan hər zaman rəsmi Paris ilə daim əməkdaşlıq edərək onlara dost əli uzadıb. Buna cavab olaraq Fransa Ermənistanı dəstəkləyərək, qərəzli mövqeyi ilə Azərbaycana qarşı beynəlxalq təkilatlarda sanksiyalar tətbiq etməyə cəhd edib. Məhdudiyyət qərarı Fransanın Azərbaycana qarşı yeritdiyi ikiüzlü siyasətinə qarşı narazılıq bildirişi ola bilər mi?
Bununla bağlı BiG.AZ-a danışan politoloq Turan Rzayev bildirib ki, Aydın məsələdir ki, Fransa-Azərbaycan arasında müəyyən gərginlik var. Tərəflər siyasi sahədə olduğu kimi bir-birinə qarşı bu və başqa formada təzyiq edirlər:
Fransa Azərbaycana qarşı açıq şəkildə kampaniya aparır. BMT təhlükəsizlik şurasına iki dəfə şikayət edib. Ermənistanı açıq şəkildə dəstəkləyir. Belə olan təqdirdə rəsmi Bakının Fransa əlehinə müəyyən tədbirlər və qabaqlayıcı addımlar atması mümkündür. Əslinə qalsa qeyd olunan Fransanın fəaliyyət göstərən və təsdiqdən keçməyən qida obyektlərinə yüksək riskli qida məhsullarının Azərbaycan idxalına məhdudiyyət qoyulması məsələsi ciddi bir şey deyil. Fransa-Azərbaycan arasında doğrudur bir iqtisadi dövriyyə var. Amma nə Azərbaycanın Fransaya, nə də Fransanın Azərbaycana iqtisadi sanksiya tətbiq etməsi effekti yoxdur. Bu sadəcə tərəflərin bir-birinə qarşı siyasi sferada narazılıqlarının iqtisadi sahədə bir göstəricisi ola bilər.
Politoloqun sözlərinə görə, Buradan bir təzyiq elementi kimi danışa bilmərik. Azərbaycanın Fransaya qarşı heç bir qəsd-qərəzliyi yoxdur: Amma Fransa buna baxmayaraq Azərbaycan qarşı Ermənistanı müdafiə edib. Belə olan təqdirdə rəsmi Bakının bu və ya başqa formada etirazı başa düşüləndir. Aydın məsələdir ki, Fransa Azərbaycana qarşı tək başına iqtisadi sanksiya tətbiq edə bilməyəcək. Buna görə dəfələrlə Avropa İttifaqında buna cəhd edib. Bundan əlavə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qarşı qətnamə qəbul etməyə çalışıb. Yəni bunlara nail ola bilsəydi Fransanın Azərbaycana qarşı bir təzyiqi olduğunu deyə bilərdik. Bunlar olmadığına görə Fransanın atacaqları addımlar və Azərbaycanın verəcəyi cavab tərəflərin bir-birinə qarşı iqtisadi zərəri olmayacaq. Sadəcə siyasi narazılığını göstərmiş olacaq.
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1272 Tarix: 17 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah hava necə olacaq?
Oktyabrın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimal
29.10.2026 260 Uşaq hüquqları başqalarının hüquqlarını kölgədə qoymamalıdır
225 nömrəli məktəbdə baş verən faciə məktəb mühitində məsuliyyət, tərbiyə, aqressiya və hüquq anlayışına yenidən nəzər salmağın vacibliyini ortaya qoyur. Bakının 225 nömrəli məktəbində baş verən faciə və ardınca jurnalistlərin çəkiliş qrupuna qarşı törədilən zorakılıq cəmiyyətdə ciddi suallar doğurur
29.10.2026 257 Azərbaycanın müstəqil siyasət yürütməsi və öz milli maraqlarını müdafiə etməsi bütün xarici aktorların maraqları ilə həmişə üst-üstə düşmür
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli maraqlara əsaslanan öz dövlətçilik modelini formalaşdırıb və xarici siyasət prioritetlərini müəyyənləşdirib. Bu prosesdə milli ideologiya, milli kimlik, dövlətçilik, suverenlik, həmrəylik və milli-mənəvi dəyərlər mühüm rol oynayır. Ümummilli Lide
29.10.2026 244 Prezident Türkiyədəki görüşdə iştirak edə bilməyəcək
Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək. "Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, oktyabrın 30-
29.10.2026 312 Turistlər aldadılır? - Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25-26 iyul tarixlərində Nabran qəsəbəsind
29.10.2026 307 Məşq zamanı vəfat edən Rəsulun fotosu
İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında
29.10.2026 167 Qızıl almaq istəyənlərin nəzərinə
Azərbaycan bazarında 2026-cı il 29 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6862.5005 manat, 1 qram qızılın orta qiyməti isə 220.63 manat təşkil edib. Əyarlara və mənşəyə görə 1 qram qızılın qiymət göstəriciləri təmiz qızıl (99 əyyar
29.10.2026 218 Dünyanın ən bahalı tablosunun müəllifi Leonardo da Vinçi olmaya bilər
2017-ci ildə hərracda 450 milyon dollara satılan "Dünyanın xilaskarı" ("Salvator Mundi") tablosunun müəllifliyi ilə bağlı yeni iddia ortaya çıxıb. Süni intellekt əsərin məşhur italyan rəssamı Leonardo da Vinçi tərəfindən deyil, onun tələbələrindən biri tərəfindən çəkilmiş ola biləcəyin
29.10.2026 171 İngiltərənin məşhur klublarının biabırçı MƏĞLUBİYYƏTLƏRİ
"Mançester Yunayted", "Liverpul", "Çelsi" və digər komandaların aşağı divizion klubları ilə oyunlardan necə şokla ayrıldıqlarını xatırladırıq. Londonun "Arsenal" komandası bu mövsümün İngiltərədə ən böyük qalmaqallarından birinə səbəb olub. Premyer Liqanın hazırk
29.10.2026 217