TDT ölkələrinin media və informasiya üzrə məsul şəxslərinin 5-ci toplantısı keçirilib

TDT ölkələrinin media və informasiya üzrə məsul şəxslərinin 5-ci toplantısı keçirilibAzərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 5-ci toplantısında iştirak edib.

Toplantıda çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, müştərək tariximiz, mənəvi dəyərlərimiz sağlam bünövrə üzərində dayanmış əməkdaşlığımızın inkişafına, cəmiyyətlərimizin maariflənməsi və qarşılıqlı etimadın artırılmasına ciddi stimul verməkdədir.

Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyasının dünyamızın reallıqları fonunda daha böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran Əhməd İsmayılov "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi, həmçinin Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumlarının müstəsna rolunu qeyd edərək vurğulayıb ki, media məkanında milli maraqların birgə təşviqi və qorunmasına yönəlmiş ikitərəfli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, təcrübə mübadiləsinin genişləndirilməsi, o cümlədən media sahəsində qarşılıqlı əlaqələrin yaradılması əsas məqsədlərimizdəndir.

İcraçı direktor çıxışında türkdilli ölkələrə dair məlumatların beynəlxalq auditoriyaya operativ və düzgün formada çatdırılması üçün Türk Dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyac olduğunu qeyd edib, dövlətlərimizin yerləşdiyi coğrafiyanın həqiqətlərinin işıqlandırılması və obyektiv informasiya təminatının həyata keçirilməsi üçün peşəkarlığın və sayıqlığın artırılmasının vacibliyini diqqətə çatdırıb.

TDT ölkələrinin media və informasiya üzrə məsul şəxslərinin 5-ci toplantısı keçirilibTDT ölkələrinin media və informasiya üzrə məsul şəxslərinin 5-ci toplantısı keçirilibTDT ölkələrinin media və informasiya üzrə məsul şəxslərinin 5-ci toplantısı keçirilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 414   Tarix: 17 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə zəncirvari qəzada dörd nəfər ölüb

Türkiyənin İsparta-Antalya avtomobil yolunda Elsazı kəndi yaxınlığında avtomobil qəzası olub, iki sürücü və iki sərnişin ölüb, 11 nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. "Dörd avtomobilin toqquşması zamanı sürücülərdən İsmail Kır v

31.05.2026 167
.

AP: "Blue Origin" raketinin partlamasından sonra kosmodroma ciddi ziyan dəyib

"Blue Origin" şirkətinin "New Glenn" ağır raketinin 36 nömrəli start meydançasında keçirilən sınaqlar zamanı partlaması Floridadakı Kanaveral burnunda yerləşən kosmodromun infrastrukturuna ciddi ziyan vurub. "Report" xəbər verir ki, bu barədə "Associated Press"

31.05.2026 150
.

KİV: ABŞ İrana dondurulmuş aktivlərinin yarısını geri qaytarmağı vəd edib

Tehran və Vaşinqton arasında uzun illərdir davam edən qarşıdurmanın yumşaldılması istiqamətində ilk addım ola biləcək qarşılıqlı anlaşma memorandumunun layihəsinin məzmunu məlum olub. xəbər verir ki, bu barədə İran Dövlət Teleradio Şirkəti (IRIB) məlumat yayıb. Sosial şəbəkədə dərc edilən məlumata görə

31.05.2026 119
.

Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Asiyanın əsas bölgəsindən ümumilikdə 94 min 846 turist qəbul edib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % azdır. Belə ki, Cənubi Asiyadan gələnlərin sayı 52,1 % azalaraq 34 031 nəfər, Mərkəz

31.05.2026 165
.

Tramp özünü "dünyanın ən böyük ulduzu" adlandırdı

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtonda Müstəqillik Günü münasibətilə keçiriləcək və ABŞ-nin 250 illiyinə həsr olunmuş tədbirdə bəzi sənətçilərin çıxışlarını "dünyanın ən böyük ulduzu"nun mitinqi ilə əvəz edə bilər. xəbər verir ki, o, bu barədə "Truth Social" sosia

31.05.2026 125
.

KİV: ABŞ üzərində meteorit partlayıb

ABŞ-nin Massaçusets ştatının sakinləri partlayışa bənzər güclü səs eşidiblər. xəbər verir ki, bu barədə WCVB telekanalı məlumat yayıb. Şahidlərin sözlərinə görə, yerli vaxtla saat 14:00 radələrində (Bakı vaxtı ilə 22:00 - red. ) ştatın müxtəlif ərazilərində partlayış səsinə bənzər gurultu eşidilib. Bəz

31.05.2026 122
.

Valideynlərə ŞAD XƏBƏR - Sabah pulsuz olacaq

Sabah dənizkənarı bulvarda atraksionlar pulsuz olacaq. Bakıvaxtı.az bu barədə mənbədən məlumat əldə edib. Bildirilib ki, 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Dənizkənarı Milli Parkda uşaqlar atraksion və karusellərin əksəriyyəti, qatarlar uşaqların pulsuz istifadəsinə veriləcək. Məlumata görə

31.05.2026 340
.

Goranboyda iki avtomobil toqquşub: Üç nəfər xəsarət alıb

Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb. BİG.AZ APA-ya istinadən xəbər verir ki, qəza rayon ərazisində iki VAZ markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib. Hadisə zamanı 2001-ci il təvəllüdlü İ.Namazov, 1962-ci il təvəllüdlü S.Məmmədov v

31.05.2026 103
.

Ukrayna və Kanada birgə dron istehsalı barədə razılığa gəlib

Kiyev və Ottava Kanada ərazisində Ukrayna ordusu üçün pilotsuz uçuş aparatlarının istehsalının birgə başladılması barədə razılığa gəlib. "Report"un "RBK-Ukraina"ya istinadən xəbərinə görə, müvafiq sənədi iki ölkənin Müdafiə nazirliklərinin nümayəndələri imzalayıblar. Razılaşma çərçivəsind

31.05.2026 147
.

TOP MP3