14 yaşlı azərbaycanlının qətlində təqsirləndirilənlər günahlarını etiraf ediblər - FOTO
Gürcüstanda oktyabrın 5-də 27 yaşlı Alim Sadıqov tərəfindən evlənmək məqsədilə qaçırılan 14 yaşlı azərbaycanlı Aytac Şahmarovanın qətli işi üzrə istintaq davam edir.
BiG.AZ "media.az"a istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, kişi Aytacı növbəti dəfə onun evindən qaçmağa cəhd edərkən öldürüb. Araşdırma zamanı məlum olub ki, Alim qızı valideynləri ilə razılaşaraq qaçırıb. A.Sadıqov azyaşlıya tapançadan 3 dəfə atəş açaraq qətlə yetirib, bundan sonra o, hadisə yerindən qaçıb. Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları onu üç günlük axtarışdan sonra saxlayıblar.
İndi isə işdə iştirak edən daha iki şəxs, təqsirləndirilən Alim Sadıqovun həbsdə olan şərikləri - onun əmisi (1972-ci il təvəllüdlü) və əmisi oğlu (1997-ci il təvəllüdlü) Telavi məhkəməsində ifadə veriblər. Onlar cinayəti gizlətməkdə ittiham olunublar ki, bu əmələ görə ölkə qanunvericiliyində 7 ilə qədər həbs cəzası nəzərdə tutulub. Təqsirləndirilən şəxslər məhkəmədə günahlarını etiraf ediblər.
Xatırladaq ki, bir müddət əvvəl Rustavi Şəhər Məhkəməsinin hakimi Madonna Maisuradze Dmanisi rayonunun Məmişli kənd sakini, 14 yaşlı Aytac Şahmarovanın anası Yeqyanə Məhərrəmovanın həbsi barədə qərar çıxarıb. Azyaşlının anası və əmisi zorla ərə vermək və cinayət barədə xəbər verməmək ittihamı ilə həbs edilib.
Kvemo Kartli rayon prokuroru Xatia Qoqriçiani bildirib ki, Aytac Şahmarovanın məcburi nikahının təşkilatçısı qızının qətlində birbaşa məsuliyyət daşıyan anasıdır.
Prosesdə azyaşlını qətlə yetirən Alim Sadıqov silahın pnevmatik olduğunu iddia edərək, "arvadının" azyaşlı olmasından xəbəri olmadığını da bildirib.
Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı araşdırmaya görə, Aytac Şahmarova 2023-cü ilin yayında Alim Sadıqov tərəfindən məcburi nikaha daxil olmaq məqsədilə oğurlanaraq Saqareco rayonunun Ləmbəli kəndinə aparılıb və orada qanunsuz olaraq azadlıqdan məhrum edilib. Lakin azyaşlı evdən qaça bilib və oğurlandığını bildirərək tanımadığı şəxsin telefonundan istifadə edərək anası ilə əlaqə saxlayıb. Lakin ana və əmi bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib, Aytacı qaçıranla yaşamağa məcbur ediblər.
Gürcüstanın Təhsil Nazirliyi qızın oxuduğu məktəbdə daxili araşdırmalara başlayıb.
Qətl faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu (ailə üzvünü öldürmə), 143-cü (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz həbs etmə), 150-ci (nikaha məcbur etmə), 236-cı (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 843 Tarix: 17 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəktəbdə jurnalistlərə qarşı zorakılıqla bağlı - Açıqlama
"Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnmiş faciəli hadisə və bundan sonra yaranmış insident cəmiyyətdə narahatlıq və ictimai müzakirələr doğurub". Axşam.az xəbər verir ki, bu, Azərbaycan Mətbuat Şurasının ötən gün Yasamaldak
29.10.2026 301 İngiltərənin məşhur klublarının biabırçı MƏĞLUBİYYƏTLƏRİ
"Mançester Yunayted", "Liverpul", "Çelsi" və digər komandaların aşağı divizion klubları ilə oyunlardan necə şokla ayrıldıqlarını xatırladırıq. Londonun "Arsenal" komandası bu mövsümün İngiltərədə ən böyük qalmaqallarından birinə səbəb olub. Premyer Liqanın hazırk
29.10.2026 217 Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, mübarizə əzmini, milli iradəsini və gələcəyə inamını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 8 May - Şuşa Günü Azərbaycan tarixinin məhz belə mühüm səhifələrindəndir
29.10.2026 248 Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı
Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyə
29.10.2026 336 Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Azərbaycana səkkiz ayda 86 milyona yaxın diri həşərat idxal edilib. Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 85 milyon 901 min 650 ədəd diri həşərat idxal edilib. Bu məhsulların ümumi gömrük dəyəri 142.61 min ABŞ dolları (242.4 min manat) təşkil edib. rəsmi statistikaya istinadən xəbə
29.10.2026 142 Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş - Foto
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real TV"nin çəkiliş qrupuna hücum olub. "Trend"ə istinadən xəbər verir ki, hadisədə iştirak etdiyi bildirilən şəxslərdən biri - H.Tağılı peşəkar boksla məşğul olur. Onun Azərbaycan Boks Federasiyasını
29.10.2026 414 Bakı dünya futbolunun gələcəyinə ev sahibliyi edir: U-15 finalında böyük idman mesajı
Paytaxtımızda keçirilən ilk FIFA U-15 Dünya Çempionatı və Festivalı təkcə futbol yarışması deyil, həm də gənc nəslin inkişafına, beynəlxalq idman əməkdaşlığına və Azərbaycanın idman nüfuzuna verilən önəmin göstəricisidir. Prezident İlham Əliyevin finalçıları mükafatlandırması isə bu tarixi tədbirin diqqətçəkə
29.10.2026 267 Azərbaycanın müstəqil siyasət yürütməsi və öz milli maraqlarını müdafiə etməsi bütün xarici aktorların maraqları ilə həmişə üst-üstə düşmür
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli maraqlara əsaslanan öz dövlətçilik modelini formalaşdırıb və xarici siyasət prioritetlərini müəyyənləşdirib. Bu prosesdə milli ideologiya, milli kimlik, dövlətçilik, suverenlik, həmrəylik və milli-mənəvi dəyərlər mühüm rol oynayır. Ümummilli Lide
29.10.2026 244 Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcısı və döyüş sursatları təhvil verəcək. Bu barədə Polşanın "Rzeczpospolita" nəşri ölkənin Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovskini
29.10.2026 201