Qarabağda ermənilərin xalqımıza qarşı separatçı fəaliyyətlərinə yol verilməyəcək!

Qarabağda ermənilərin xalqımıza qarşı separatçı fəaliyyətlərinə yol verilməyəcək!2020-ci il sentyabrın 27-də başlanmış və 44 gün davam etmiş Vətən Müharibəsi nəticəsində Azərbaycan Xalqı 30 ildən artıq müddət ərzində erməni-neodaşnak qüvvələrinin və onların havadarlarının işğalı altında olan qədim tarixi yurdumuz olan Qarabağı işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də 44 günlük Vətən Müharibəsində Azərbaycanın Şanlı Ordusu tərəfindən erməni işğalından azad edilmiş xalqımızın qədim tarixi yurdlarından olan Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Bu müasir Azərbaycan tarixinin son dərəcə əhəmiyyətli və qızıl hərflərlə yazılmış səhifələrindəndir. Bu şərəfli tarixi hadisə münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqını səmimi qəlbdən təbrik edib.

Xatırladırıq ki, İlham Əliyev ilk dəfə 2003-cü ilin 15 oktyabrında Azərbaycan Prezidenti seçilib. Prezident İlham Əliyev hələ 20 il öncə - ilk dəfə Prezident seçilərkən ərazi bütövlüyümüzun və suverenliyimizin bərpa olunacağını bəyan etdi. Prezident İlham Əliyev andiçmə mərasimində Azərbaycan Konstitusiyasına və "Qurani-Kərimə" əl basaraq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa ediləcəyinə and içərək bu sözləri vurğuladı: "Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".

Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan 2023-cü il oktyabrın 15-də Xankəndində çıxış edərkən o cümlədən qeyd etdi:" Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir".

Budur artıq xalqımızın qədim yurdlarından sayılan Qarabağ torpağı qəddar erməni neodaşnak qüvvələri və onların havadarlarının işğalından azad edildi. Azərbaycan Respublikasının Prezidenti, Xankəndiyə bayraq sancaraq, andına əməl etdi. Bu xalqımızın şanlı qələbəsidir!

Azərbaycan Respublikası erməni işğalından azad etdiyi Qarabağda hazırda böyük bərpa və quruculuq layihələri həyata keçirir. Bununla yanaşı Böyük qayıdış prosesinə də artıq start verilib. Azərbaycan Respublikası və xalqımız Qarabağı tamamilə abadlaşdırır və vaxtilə erməni millətçilərinin törətdikləri dəhşətli qanlı faciələri yaşayaraq öz ata-baba yurdlarını tərk etmiş vətəndaşlarımız öz doğma yurdlarına qayıdırlar. Erməni millətçilərin Qarabağda törətdikləri antiinsani qanlı cinayətlərə baxmayaraq Azərbaycan xalqı yenə öz humanizmliyi nümayiş etdirərək Qarabağın erməni əhalisini qovmur və onlara da imkan verir ki,Azərbaycan vətəndaşlığını qəbul edərək Qarabağda yaşasınlar! Bu addım Azərbaycan xalqının böyüklüyünü və humanizm ideyalarına sadiqliyini nümayış etdirir!

Qarabağın erməni əhalisi bu şansı lazımınca qiymətləndirməli və Azərbaycan vətəndaşlığını qəbul edərək Qarabağda yaşamalarını davam etdirə bilərlər. Azərbaycan dövləti onlara bu şansı verir! Ermənistan vəziyyəti doğru qiymətləndirərək ona verilən şansdan bəhrələnməyə və Azərbaycan Respublikası ilə sülh müqaviləsi imzalamağa hazır olmalıdır. Əks halda onlar tarixi yurdumuz olan Qarabağı mütləq tərk erməlidirlər! Qarabağda ermənilərin xalqımıza qarşı satqın və separatçı fəaliyyətlərinə bir da yol verilməyəcək! Bunu erməni millətçiləri unutmamalı və qulaqlarında sırğa etməlidirlər.Seçim Ermənistanın və Qarabağda yaşayan ermənilərindir-ya Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycanda yaşayırsan, ya da ki, çıxıb Azərbaycanı tərk edirsən!

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1583   Tarix: 17 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Məktəbdə jurnalistlərə qarşı zorakılıqla bağlı - Açıqlama

"Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnmiş faciəli hadisə və bundan sonra yaranmış insident cəmiyyətdə narahatlıq və ictimai müzakirələr doğurub". Axşam.az xəbər verir ki, bu, Azərbaycan Mətbuat Şurasının ötən gün Yasamaldak

29.10.2026 301
.

İngiltərənin məşhur klublarının biabırçı MƏĞLUBİYYƏTLƏRİ

"Mançester Yunayted", "Liverpul", "Çelsi" və digər komandaların aşağı divizion klubları ilə oyunlardan necə şokla ayrıldıqlarını xatırladırıq. Londonun "Arsenal" komandası bu mövsümün İngiltərədə ən böyük qalmaqallarından birinə səbəb olub. Premyer Liqanın hazırk

29.10.2026 217
.

Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, mübarizə əzmini, milli iradəsini və gələcəyə inamını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 8 May - Şuşa Günü Azərbaycan tarixinin məhz belə mühüm səhifələrindəndir

29.10.2026 248
.

Məktəbdəki insidentə görə 3 nəfərə cinayət işi açıldı

Yasamal rayonunda yerləşən orta məktəbdə "Real Təhlil və İnformasiya Mərkəzi"nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyə

29.10.2026 336
.

Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib

Azərbaycana səkkiz ayda 86 milyona yaxın diri həşərat idxal edilib. Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 85 milyon 901 min 650 ədəd diri həşərat idxal edilib. Bu məhsulların ümumi gömrük dəyəri 142.61 min ABŞ dolları (242.4 min manat) təşkil edib. rəsmi statistikaya istinadən xəbə

29.10.2026 142
.

Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş - Foto

Xəbər verdiyimiz kimi, ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real TV"nin çəkiliş qrupuna hücum olub. "Trend"ə istinadən xəbər verir ki, hadisədə iştirak etdiyi bildirilən şəxslərdən biri - H.Tağılı peşəkar boksla məşğul olur. Onun Azərbaycan Boks Federasiyasını

29.10.2026 414
.

Bakı dünya futbolunun gələcəyinə ev sahibliyi edir: U-15 finalında böyük idman mesajı

Paytaxtımızda keçirilən ilk FIFA U-15 Dünya Çempionatı və Festivalı təkcə futbol yarışması deyil, həm də gənc nəslin inkişafına, beynəlxalq idman əməkdaşlığına və Azərbaycanın idman nüfuzuna verilən önəmin göstəricisidir. Prezident İlham Əliyevin finalçıları mükafatlandırması isə bu tarixi tədbirin diqqətçəkə

29.10.2026 267
.

Azərbaycanın müstəqil siyasət yürütməsi və öz milli maraqlarını müdafiə etməsi bütün xarici aktorların maraqları ilə həmişə üst-üstə düşmür

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli maraqlara əsaslanan öz dövlətçilik modelini formalaşdırıb və xarici siyasət prioritetlərini müəyyənləşdirib. Bu prosesdə milli ideologiya, milli kimlik, dövlətçilik, suverenlik, həmrəylik və milli-mənəvi dəyərlər mühüm rol oynayır. Ümummilli Lide

29.10.2026 244
.

Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək

Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcısı və döyüş sursatları təhvil verəcək. Bu barədə Polşanın "Rzeczpospolita" nəşri ölkənin Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovskini

29.10.2026 201
.