Qarabağımızın Xankəndi şəhərində Pedaqoji Universitetinin fəaliyyəti bərpa olunacaqdır

Qarabağımızın Xankəndi şəhərində Pedaqoji Universitetinin fəaliyyəti bərpa olunacaqdırXalqımızın Ümummilli lideri Heydər Əliyev vaxtilə Azərbaycan Pedaqoji İnstitutu haqqında o cümlədən aşağıddakıları qeyd edib:" Azərbaycan Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksək ixtisaslı kadrlar ocağına çevrilmişdir. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. İndiyə qədər yaranmış təməlin üzərində dayanan Azərbaycan təhsili bundan sonra daha da təkmilləşəcəkdir. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hislərinə malik olan insanlardır".

Tarixi mənbələr təsdiq edir ki, Azərbaycanda Ali Pedaqoji İnstitutu Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun 1921-ci il avqustun 26-da imzaladığı 66 saylı dekretlə yaradılıb. Azərbaycan Xalq Komissarları Sovetinin 26 avqust 1921-ci il tarixli 66 saylı dekretində qeyd edilirdi:

"Respublikanı vahid əmək məktəbi ideyasını həyata keçirə biləcək yüksək ixtisaslı maarif işçiləri ilə təmin etmək məqsədi ilə ASSR Xalq Komissarları Soveti qərara alır: "Bu ilin sentyabrın 1-dən etibarən Bakı şəhərində dövlət dili olan türk dilində xüsusi olaraq II dərəcəli məktəblər üçün müəllimlər hazırlayacaq ilk Azərbaycan Dövlət Pedaqoji Kişi İnstitutu təsis edilsin. Dekret dərc edildikdən sonra İnstitutun təşkilinə başlansın".

Ali Pedaqoji İnstitutunun Nizamnaməsi hələ xeyli əvvəl - Xalq Maarif Komissarlığının Kollegiyası tərəfindən 13 iyun 1921-ci il tarixdə təsdiq edilib. Nizamnamədə qeyd edilirdi ki, yeni yaranmış institutun vəzifəsi orta məktəblərdə Azərbaycan dilində dərs deyən ixtisaslı müəllimlər hazırlamaqdır. Bakıda 1921-ci ildə ilk Azərbaycan Dövlət Pedaqoji Kişi İnstitutu təsis edildikdən sonra Azərbaycanın pedaqoji kadrlara olan ehtitacını ödəməkdən ötrü ölkəmizin bölgələrində Azərbaycan Pedaqoji İnstitutunun filialları yaradılmağa başlandı. 1968-1969-cu tədris ilində Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialı yaradıldı. Sonrakı illərdə Azərbaycan SSR Nazirlər Sovetinin 28 noyabr 1973-cü il tarixli 377 saylı qərarına uyğun olaraq V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialı əsasında Pedaqoji institutu təşkil edildi. Azərbaycan SSR Nazirlər Sovetinin qəbul etdiyi həmin qərarın layihəsi 1973-cü il noyabrın 19-da Azərbaycan KP MK Bürosunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin iştirakı ilə keçirilmiş iclasda baxılıb və layihə bəyənilib. Həmin İnstitutda tələbələrin təhsili Azərbaycan,rus və erməni dillərində aparılırdı. Qarabağın azğınlaşmış millətçi erməni-neodaşnak qüvvələri və onların havadarları tərəfindən işğal olunmasına qədər həmin institutda Azərbaycan və erməni sektoru da fəaliyyət göstərirdi.

1973-1988-ci illərdə Xankəndi Pedaqoji İnstitutunda 3 minə yaxın müəllim kadrlar hazırlandı. 1974-1988-ci illərdə ədəbiyyatşünas alim, professor Nəcəf Quliyev Xankəndi Pedaqoji İnstitutunun prorektoru vəzifəsində çalışıb. 1988-ci ildə Xankəndi Pedaqoji İnstitutunda mövcüd olmuş 10 kafedrada 4-ü elmlər doktoru, 36 nəfəri isə elmlər namizədi, dosent olmaqla 102 müəllim fəaliyyət göstərirdi. Aspirantura hazırlığı keçən 17 gənc tədqiqatçı isə dissertasiya müdafiəsi ərəfəsində olublar

1988-ci ildə erməni- daşnak millətçi qüvvələri tərəfindən Qarabağda milli münasibətlər qızışdırırılaraq gərginləşdirildi. Seperatizm hərəkatı inkişaf etdirildi və nəticəsində 1988-ci il mayın 16-da institutun Azərbaycan bölməsinin müəllim və tələbələri ağır fiziki və mənəvi təzyiqlər altında Xankəndi şəhərini tərk etməyə məcbur oldu. Bununla da, Xankəndi Pedaqoji İnstitutu özünün köçkünlük həyatını yaşamağa başladı. Moskvadakı Mərkəzi Hakimiyyət tərəfindən isə erməni millətçilərinin bu cür qanunsuz və dağıdıcı fəaliyyətinin qarşısının alınmasına dair heç bir səy göstərilmədi. Əksinə,1973-cü ildə Xankəndi Pedaqoji İnstitutunun yaranması haqda qərarı Azərbaycanın Nazirlər Soveti verdiyi halda, bu İnstitutun sonrakı fəaliyyəti ilə əlaqədar SSRİ Nazirlər Soveti tərəfindən çox yanlış və müəmmalı qərarlar qəbul edilməyə başlandı. Belə ki, SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov tərəfindən 1988-ci ilin oktyabr ayında Xankəndi Pedaqoji İnstitutunun iki il müddətinə bağlanması haqqında qərar imzalandı. Həmin qərarda İnstitutun Azərbaycan şöbəsinin Gəncəyə, erməni şöbəsinin isə Ermənistanın rayonlarına köçürülməsi əks olunurdu. Bu qərarın verilməsi ilə ermənilər xislətlərinə uyğun olaraq növbəti hiyləgərliklərə əl atdılarlar. Onların əsas məqsədi Xankəndi şəhərindən azərbaycanlıları, institutun azərbaycanlı kollektivini uzaqlaşdırmaq idi ki, onlar da buna nail ola bildilər. Beləliklə,1988-ci ilin noyabr ayından Xankəndi Pedaqoji İnstitutu fəaliyyətini Gəncə şəhərində davam etdirdi. Ermənilər isə nail olduqları qərarın özlərinə aid olan bəndlərinə əməl etməyərək təhsillərini Xankəndi şəhərində davam etdirdilər.

Gəncədə bir illik fəaliyyətdən sonra İnstitutun müəllim və tələbələri respublika rəhbərliyi və müvafiq qurumlar qarşısında Xankəndi Pedaqoji İnstitutunun Qarabağ ərazisində, Şuşada fəaliyyətini davam etdirməsi ilə bağlı təşəbbüs qaldırdılar.Həmin təklif qəbul olunaraq İnstitutun Şuşa şəhərində fəaliyyət göstərməsinə razılıq verildi. İnstitut üçün Şuşada yer ayrıldı, onun maddi-texniki bazasının yaradılması üçün Nazirlər Soveti tərəfindən lazım olan vəsaitin ayrılması haqqında qərar verildi. Lakin təəssüflər olsun ki, bu məsələdə müvafiq qurumlar tərəfindən növbəti bir yanlışlığa yol verildi. Həmin İnstitut Şuşada Xankəndi Pedaqoji İnstitutu kimi deyil, Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Şuşa filialı kimi fəalliyyət göstərməyə başladı. Bununla da Xankəndi Pedaqoji İnstitutunun adının üstündən sanki xətt çəkildi, Azərbaycan tərəfi rəsmi olaraq bu təhsil ocağını ləğv etdi. Ermənilər Xankəndi Pedaqoji İnstitutunun adını dəyişib, "Artsax Dövlət Universiteti" qoyduğu halda, bizim müvafiq təşkilatlar müstəqil institutu filiala çevirib, Xankəndi sözünü onun qarşısından götürdülər. Xankəndi Pedaqoji İnstitutu enişli-yoxuşlu yollar keçmiş, hətta filiala çevrildikdən sonra da Şuşada fəaliyyəti mümkünsüz olub. Şuşanın işğalından sonra növbəti məkanda, Ağcabədidə fəaliyyət göstərib.

Xankəndi Pedaqoji İnstitutunun bir sıra məzunları, o cümlədən tanınmış qələm sahibləri əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Hikmət Xudiyev (Cəmilzədə), əməkdar müəllim, yazıçı-publisist Səxavət Tağlar, elm və təhsil ictimaiyyətində tanınmış alimlər, tarix elmləri doktorları, professor Adil Baxşəliyev, professor Şirxan Səlimov, professor Şikar Qasımov, filologiya elmlər doktoru Arzu Hüseynova, təhsil qabaqcılları Vahid Tağıyev, Esmira Cəfərova, Nazim Xudiyev, Rəhim Zalov, Gültəkin Ağayeva, Aybəniz Həsənova, Gülyaz Əliyevə, Aydın Əliyev və digərləri məhz Xankəndi Pedaqoji İnstitutunun məzunlarındandır.

Güman edirəm ki, 44 günlük Vətən Müharibəsində xalqımızın qalib gəlməsi ilə işğaldan azad olunmuş ərazilər abadlaşdırıldıqdan sonra Qarabağımızın Xankəndi şəhərində Xankəndi Pedaqoji İnstitutunun da fəaliyyəti bərpa olunacaqdır.

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2817   Tarix: 13 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hindistanda ölü elan edilən gənc qadın atası və qardaşının həbsindən sonra "dirildi"

Hindistanda polis 26 yaşlı qadını ölmüş elan edib, onun atası və qardaşını həbs edib, lakin qadın əslində sağ olub və özü polis bölməsinə gedib. -ın xəbərinə görə, bu barədə NDTV telekanalı məlumat verib. Məlumata görə, Şivani Kalmekar aprel ayında Madhya-Pradeş ştatında itkin düşüb. Mayın əvvəlind

31.05.2026 177
.

ABŞ-də sosial şəbəkə platformaları milyonlarla dollar cərimələndi

ABŞ-nin Kentukki ştatının Breaşett məktəb dairəsi texnologiya nəhənglərindən təxminən 27 milyon dollar məbləğində kompensasiya əldə edib. Vəsaitlər "Meta", "TikTok" və "YouTube" platformaları tərəfindən ödənilib. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb

31.05.2026 173
.

Valideynlərə ŞAD XƏBƏR - Sabah pulsuz olacaq

Sabah dənizkənarı bulvarda atraksionlar pulsuz olacaq. Bakıvaxtı.az bu barədə mənbədən məlumat əldə edib. Bildirilib ki, 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Dənizkənarı Milli Parkda uşaqlar atraksion və karusellərin əksəriyyəti, qatarlar uşaqların pulsuz istifadəsinə veriləcək. Məlumata görə

31.05.2026 340
.

Kanada vətəndaşı müxtəlif ölkələrdə onlarla insanın ölümünə səbəb olduğunu etiraf edib

Kanadalı Kennet Lou onlarla intihara yardım etmə faktı üzrə özünü təqsirli bilib. "The Guardian" nəşrinə və "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, internet vasitəsilə zəhərli maddələr dəsti və onlardan istifadə qaydalarını sataraq potensial intiharameyilli şəxslərə göndərməkl

31.05.2026 176
.

Azərbaycanda bu əraziyə qar yağır - FAKTİKİ HAVA

Mayın 31-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, mayın 31-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edib. Bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub. Şahdağd

31.05.2026 216
.

London NATO vasitəsilə Rumıniyadakı hərbi hava qüvvələrini artırmağa hazırdır

Böyük Britaniya Qalats şəhərində Rusiya dronu ilə bağlı baş verən insidentlə əlaqədar Rumıniyaya əlavə döyüş təyyarələrinin göndərilməsi variantını nəzərdən keçirir. "Report"un xəbərinə görə, bu barədə Birləşmiş Krallığın müdafiə naziri Con Hili "X" sosial şəbəkəsində məlumat paylaşıb

31.05.2026 165
.

Argentina muzeyi ink dövrünə aid mumiyanı 119 ildən sonra yerli icmaya qaytardı

İnk imperiyası dövrünə aid uşaq mumiyası Buenos-Ayres muzeyində 119 il saxlanıldıqdan sonra Argentinanın şimal-qərbində yaşayan kolla xalqının icmasına qaytarılıb. Söhbət 1905-ci ildə Xuxuy əyalətindəki Çanyi dağında tapılmış "Çanyi uşağı"ndan gedir. xəbər verir ki, bu barədə "Reuters"

31.05.2026 144
.

Çilidə təlim keçmiş it admirala hücum etdi

Çilidə narkotiklərin aşkarlanması üçün təlim görmüş it rəsmi mərasim zamanı Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Arturo Oksliyə hücum edib. xəbər verir ki, bu barədə "BioBioChile" nəşri məlumat yayıb. Məlumata görə, Çilidə Belçika malinuası cinsindən olan itlər narkotiklərin aşkar edilməs

31.05.2026 178
.

Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Asiyanın əsas bölgəsindən ümumilikdə 94 min 846 turist qəbul edib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % azdır. Belə ki, Cənubi Asiyadan gələnlərin sayı 52,1 % azalaraq 34 031 nəfər, Mərkəz

31.05.2026 165
.

TOP MP3