Ov mövsümü başladı, yeniliklər nədir? - ARAŞDIRMA

Ov mövsümü başladı, yeniliklər nədir? - ARAŞDIRMAArtıq bir müddətdir ki, Azərbaycanda yeni ov mövsümü başlayıb. Nə qədər yazılsa, xəbərdarlıq edilsə, təbliğat aparılsa da, yenə qanunsuz ov edənlərə rast gəlinir. Maraqlıdır, bu il ov mövsümü ilə bağlı qaydalar necədir?

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

15 sentyabrdan etibarən ölkəmizdə ov mövsümü başlayıb. Mahir ovçular, həvəskarlar "Yaxşı ovçunun toruna ov öz ayağı ilə gələr" deyimini əsas götürərək, ov ovlayıb, quş quşlamaq üçün ərazilərə yollanıblar. Lakin mövsümün başlamasından hələ bir ay keçməmiş, mətbuatda qanunsuz ovla bağlı cəzalandırılanları demək olar ki, hər gün oxuyur, yazırıq. Maraqlıdır, bu il ov mövsümü ilə bağlı qaydalar necədir? Ümumiyyətlə, hər ayağına gələn ovu vurmaq olarmı? Yaxud, hər istədiyin yerdə ov ovlamaq mümkündürmü?

Bu il hansı canlıları ovlamaq olar?

Bu il ov mövsümü ilə bağlı yenilikləri öyrənmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəliflik Xidmətinə müraciət etdik. Qurumun rəis müavini Arzu Babayeva bizimlə söhbətində bildirdi ki, bu il ötən ilki ov mövsümündə ovlanmasına icazə verilən "alabaxta" "Qırmızı kitab"a düşdüyü üçün ovlanması qadağan edilib: "Respublika ərazisində 2023-2024-cü illər üzrə ov mövsümünün başlanması ilə bağlı vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları, ov icazələrinin bölgü cədvəlləri hazırlanaraq nazirliyin rəsmi internet səhifəsində (eco.gov.az) paylaşılıb. Bunlardan qaban (çöl donuzu), dovşan, bataqlıq qunduzu (nutriya), cüllüt (ağquyruq çökükdimdik, çığırqan çökükdimdik, kiçik əyridimdik, böyük əyridimdik, böyük oxcüllüt, sağsağan cüllüt, qırmızıdöş qumluq cüllütü, yoğundimdik (iridimdik) bozca, kəkilli cüllüt, çöl haçaquyruğu istisna olmaqla), qaz (ağqaş və qırmızıdöş qaz istisna olmaqla) ördək (ağgöz dalğıc, göydimdik, qılquyruq, qırmızıbaş dalğıc, uzunquyruq ördək və mərmər cürə istisna olmaqla), qaşqaldaq, bildirçin, göyərçinin (alabaxtadan başqa) ovlanmasına cari mövsümdə icazə verilir. Qırmızı kitaba daxil edilmiş heyvan növlərini ovlamaq qadağandır".

"Bu ərazilərdə ov etmək qadağandır"

Ov üçün qadağan olunan ərazilərə gəldikdə isə, qurum rəsmisi deyir ki, sərhədyanı (və ya cəbhə zonasına yaxın ərazilərin) rayonların ərazilərində, işğaldan azad olunmuş bütün ərazilərdə, Xəzər dənizinin adalarında, yaşıllıq ərazilərdə, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərinin daxilində və sanitar-mühafizə zonalarında ov edilməsi qadağandır.
Ov qaydalarını pozanları nə gözləyir?

Arzu Babayeva deyib ki, ov qaydalarını pozanların isə ov etmək hüququ məhdudlaşdırıla bilər: "Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə) yol verən şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud onların altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır".

Qışda bəsləyir, mövsümündə ovlayır

"Ov qədrini ovçu bilər" deyib bu mövsümü səbirsizliklə gözləyən fəxri ovçu Namizəd Mahmudovla da söhbətləşdik. Deyir ki, ovçu təbiəti sevməlidir. O, hətta ov olmayan mövsümlərdə belə, meşədə heyvanlara qulluq edir. Qışda bəsləyir, mövsümündə ovlayır: "2010-cu ildən ovçuluqla məşğulam. Ovu idman növü kimi sevirəm. Ov sayəsində Qafqazı qarış-qarış gəzirəm. Qanuni nə qədər ov etmək göstərilibsə, ondan da az vururam. Çox heyvan ovlayıb israfçılıq etmirəm".

Hər kəs özünə yetəcək qədər ov etsə...

Fəxri ovçu həmkarlarının laqeydliklərindən şikayətlənir. Həmsöhbətimiz deyir ki, bəzi ovçular sosial şəbəkələrdə şəkil paylaşmaq üçün təbiətə ciddi şəkildə ziyan vururlar: "Bəzi ovçuların sosial şəbəkələrdəki paylaşımlarını izləyirəm. Bir çox hallarda 30-40 qaşqaldaq, ördək vururlar, sonra da Bakıya çatanda onları nə edəcəklərini bilmirlər. Hər kəs özünə yetəcək qədər ov etsə, təbiətimizə ziyan dəyməz, başqa ölkələrə gedib ov etməyə ehtiyac qalmaz. Amma həddindən artıq israfçılıq edir, ovları qaçırırlar. Sırf özlərini reklam etmək üçün quşları vururlar. Təbiəti məhv etmək lazım deyil, nə qədər yetirsə, o qədər etmək lazımdır. Ovun da öz qaydaları var. Biz lisenziya alanda hansı heyvanı nə qədər vura biləcəyimiz qeyd olunur. Məsələn, üç ördək, dörd qaşqaldaq, bir dovşan. Amma, bəzi insanlar artıq vurur".
Heyvanları ürküdərək qaçırırlar

Ovçu deyir ki, qaydaları pozan ovçular heyvanların bizim dağlardan qaçmasına səbəb olurlar: "Ovçular çoxalıb, əksəriyyəti də yalandan güllə atır, heyvanı ürküdüb qaçırdır. Əvvəllər ayda 2 dəfə su hövzələri ovuna gedirdimsə, bu dəfə demək olar ki, ov ovlaya bilmədim. Çünki quş yox idi. Quşlar sakit yerlərə köç edirlər. Bəzi ovçular quşları gecə narahat edir, ovalayırlar. Ona görə də quşlarımız azdır".

Ovçu vurduğu ovu götürə bilmirsə...

Həmsöhbətimiz deyir ki, əsl ovçu vurduğu ovu götürə bilmirsə, ona güllə atmalı deyil: "Əgər vurduğun quşu düşdüyü yerdən götürmək imkanın yoxdursa, o quşa güllə atmalı deyilsən. Bəzən quşu vururlar, dənizə düşür, amma vurmağa davam edirlər. Ovçu ovunu ov mövsümündə etməli, ən əsası, meşəyə qulluq etməyi bacarmalıdır. Məsələn, qar yağdığı müddətdə biz rayonlara gedib meşələrə buğda, arpa da səpirik ki, heyvanlar ac qalmasın".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2218   Tarix: 08 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 492
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 391
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 664
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

07.11.2026 364
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

07.11.2026 361
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

08.11.2026 508
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

22:15 19
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

09.11.2026 374
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

08.11.2026 374
.