Azərbaycanda soğan istehsalı artacaq: ixrac kvotasının yenilənməsinə ehtiyac varmı?

Azərbaycanda soğan istehsalı artacaq: ixrac kvotasının yenilənməsinə ehtiyac varmı?Azərbaycanda ən çox tələbat olan tərəvəz bitkilərindən biri soğandır. Azərbaycan soğanı özünün yüksək keyfiyyəti ilə seçilir və istehsalın 8-10 %-ni ixrac edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında ölkədə 251 550 ton soğan istehsal edilib. Bu isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12,4 % çoxdur. Azərbaycanda istehsal olunan məhsulun 8,4 %-i yəni 21 min 132 ton (6 milyon 162 min ABŞ dolları) soğan ixrac edilib. Bu isə ötən ilin 8 ayı ilə müqayisədə 2,5 dəfə çoxdur.

Azərbaycan soğanı əsasən Gürcüstana (8 403 ton), Ukraynaya (6 758 ton) və Rusiyaya (5 505 ton) tədarük edib. Avropa ölkələrindən - Polşaya, bu ilin yanvar-avqust aylarında 24 ton soğan ixrac edilib. Bununla yanaşı, Moldovaya, Türkmənistana, Belarusa, Pakistana, Səudiyyə Ərəbistana, BƏƏ-yə, Qətərə az həcmdə soğan ixrac edilib.

Qeyd edək ki, bu ilin əvvəlində Nazirlər Kabinetinin 103 nömrəli qərarı ilə bəzi ərzaq məhsullarının, o cümlədən soğanın ixracına qoyulmuş qadağa hazırda qüvvədədir. Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birgə müzakirə əsasında ay ərzində hər ixracatçı üçün min ton kvota olmaqla soğanın ixracına icazə verilib. Araşdırılmalara əsasən, hər sahibkar tərəfindən orta hesabla 800-900 tondan artıq ixrac həyata keçirilmir. Baş soğan və şalot soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilməsi ilə bağlı qərarın əsas məqsədi daxili bazarda soğanın qiymətini sabitləşdirmək və bahalaşmasının qarşısını almaqdır. Bu isə dünyada soğanın qiymətinin kəskin artması ilə bağlıdır.

Hazırda Azərbaycan bu tərəvəzlə özünü 100 %-dən çox təmin edir.

"Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Vüqar Babayev "Report"a bildirib ki, soğan ildə iki dəfə əkilir: "Ölkəmizdə soğan əkini daha çox Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər rayonlarında həyata keçirilir. 2023-cü ilin məhsulu üçün Qarabağ-Aran regionunda, ümumilikdə, 1 240 hektarda payızlıq, 870 hektarda isə yazlıq soğan əkilib".

Onun sözlərinə görə, Qarabağ-Aran zonasının bir hissəsində soğan yığılır, bir hissəsində payızlıq səpinlər aparılır: "Bu il yığım prosesində hava şəraiti ilə əlaqədar olaraq ləngimə var. Buna baxmayaraq, bu il istehsal ötən ildən çox olacaq".

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 11 036 hektar əkin sahədə soğan əkilib, bu isə illik müqayisədə 13,8 % çoxdur. Bu il soğanda məhsuldarlıq ötən illə müqayisədə 6,2 % artaraq 255 sentner təşkil edib.

Assosiasiya rəhbəri vurğulayıb ki, Qarabağ-Aran zonasında 50-60 min tondan çox soğan istehsal edilir: "Soğana çəkilən xərcləri, həmçinin mineral gübrələrin, pestisidlərin dünya bazarlarında kəskin bahalaşmasını, soğan istehsalı zamanı sərf edilən insan əməyini nəzərə alsaq soğan ölkədə ucuzdur [1 kq-nın qiyməti 60-70 qəpik civarındadır]. Ölkədə digər məhsullarda qiymət artımı müşahidə olunanda, soğanın maya dəyəri artır. Çünki soğan istehsalında, yığımında insan əməyi istifadə edilir.

Soğan çox əziyyətlə başa gələn məhsuldur. Yığım gedə-gedə gələcək məhsulun bünövrəsi qoyulur. Yığım başa çatan sahələr şumlanır, mineral və üzvi gübrələr torpağa verilməsi aparılır. Sentyabr ayında növbəti səpin aparılana qədər sahələrdə ikinci şum və mala işləri görülür".

O qeyd edib ki, ölkədə soğan bitkisinin tezyetişən-Peşpazak, ortayetişən-Yerli yaxşılaşdırılmış Hövsan, Dusti, Sabir, gecyetişən Yerli Masallı, Yerli Xaçmaz, Bərəkət sortları rayonlaşdırılıb: "Tezyetişən və ortayetişən sortlar suvarılan ovalıq və dağətəyi düzən zonalarda, gecyetişən nümunələr dağlıq zonalarda əkilməsi məqsədəuyğundur.

V.Babayev vurğulayıb ki, yerli sortların xarici sortlardan təsərrüfat və məhsulun keyfiyyət göstəriciləri baxımından üstünlüyü var: "Hektardan orta məhsuldarlıq 196-200 sentner təşkil edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 593   Tarix: 07 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ

Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb

11:20 205
.

Onlara xüsusi rütbələrin verilməsi vahid yanaşma ilə tənzimlənəcək

Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi, həmin sahədə xidmət keçmənin hüquqi əsaslarının təkmilləşdirilməsi və bəzi müddəaların dəqiqləşdirilməsi ilə bağlı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişikliklər təklif edilir

11:17 277
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

12:49 256
.

Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Foto/Video

Faciəli şəkildə həyatını itirən 7-ci sinif şagirdi G.Dadaşova Salyan rayonunun Arbatan kənd qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, məktəbli Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin pəncərəsindən yıxılaraq həyatını itirib. Hadisə onun doğmalarını və kənd sakinlərini sarsıdıb

29.10.2026 596
.

Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

10:32 235
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

12:55 301
.

Məşq zamanı vəfat edən Rəsulun fotosu

İdman zalında qəfil vəfat edən Rəsul Nəsibovun fotosu yayılıb. fotonu təqdim edir:. 16:26. Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

29.10.2026 541
.

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi - Foto

Deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirova psixoloji dispanserə yerləşdirilib. BİG.AZ -a istinadən xəbər verir ki, son günlər "TikTok"da qeyri-adekvat hərəkətləri ilə gündəmə gələn Sevinc Nəsirovanın psixoloji dispanserə yerləşdirildiyi bildirilir. Qey

10:41 296
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

12:32 237
.