Faiq Sücəddinov: "Məşhur şair dedi ki, o sözlərə mahnı yazmaq sənə yaraşmaz" - MÜSAHİBƏ

Faiq Sücəddinov: "Məşhur şair dedi ki, o sözlərə mahnı yazmaq sənə yaraşmaz" - MÜSAHİBƏ"Gözəl mahnılar heç vaxt retro olmur. Xalq mahnıları heç vaxt retro olmur".

Unudulmaz mahnıların bəstəkarı, xalq artisti Faiq Sücəddinov Teleqraf.com-a müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik.

- Faiq müəllim, peşəkar bəstəkar, musiqi mütəxəssisi kimi, sizin fikirləriniz izləyiclər üçün həmişə maraqlıdır. Amma son illərdə çıxışlarınızı, söhbətlərinizi çox dinləyə bilmirik - televiziya proqramlarında əvvəlkitək görünmürsünüz.

- Mən səmimiyyəti çox sevən adamam. Əvvəla deyim ki, verilişlər maraqsızdır. Adətən iki mövzu olur. Birinci mövzu: "Siz bayağı mahnılara necə baxırsınız?" 10 dəqiqə sonra isə həmin bayağı mahnılardan biri səslənir və sənin danışdıqların heç olur.

İkinci mövzu da retro mahnılar... "Retro mahnı" deyilən anlayış yoxdur. Musiqi retro olmur. Gözəl mahnılar heç vaxt retro olmur. Xalq mahnıları heç vaxt retro olmur. Əfsus ki, indi xalq mahnıları nə televiziya kanallarında verilir, nə də radiolarda. Xalq toplumu sanki heç olmayıb bizdə.

Bir də bəstəkarın dəvət edildiyi proqramda mütləq piano olmalıdır. Mən musiqini sözlə necə göstərə bilərəm? Şair danışdı, ya mən danışdım - daha nə fərqi oldu? Keçən dəfə küçədə tanımadığım bir nəfər mənə dedi ki, salam, şair. Şair olmadığımı deyəndə təəccübləndi: "Axı mən sizi televizorda görmüşəm". Deməli, televizorda görüb, amma nə demişəm, nə danışmışam, qalıb üçüncü-dördüncü planda.

- Siz də bu anlayışsızlıqdan, eynilikdən, mahiyyət deyil, forma aludəçiliyindən bezib öz hücrənizə çəkildiniz…

- Mən heç yerə çəkilməmişəm. Əvvəlki kimi sənətimlə məşğulam, mahnılar yazıram, insanlarla görüşürəm. 8 noyabrda Zəfər bayramının 3 illiyi olacaq. Gözəl bayramdır! Sərhədlərimizi tam olaraq bərpa etmişik. Bir azərbaycanlı, bir ziyalı kimi, bu prosesləri izləyirəm, qürur duyuram.

- Bu qürur sizə möhtəşəm əsərlər yazdırıb...

- "Zəfər" simfonik poemasını, "Şuşa" oratoriyasını yazmışam. Rekviyem yazmışam - hələ səslənməyib. Qarabağla bağlı bir sıra irihəcmli əsərlərim var.

Qarabağ bizim qürur yerimizdir, hamımızın diqqətində olmalıdır. "Vətəni sevmək azdır, onu qorumaq gərək". Bu mahnını Cabir Novruzun sözlərinə yazmışam. Şair Səlim Babullaoğlu keçən dəfə gözəl bir söz dedi. Dedi ki, biz hamımız vətən olmuşuq müharibə vaxtı...

- Sizin adını çəkdiyiniz mahnı da bizə vətən olmaqda kömək edib. "Vətəndən pay olmaz" mahnısını nəzərdə tuturam...

- Bu mahnının demək olar ki, 35 yaşı var. Sonra "Haray", "Azərbaycanım" mahnıları yazıldı. Qarabağ haqqında çox yazmışam, hətta özüm də musiqi parçalarından birini ifa etmişəm. Mən azərbaycanlıyam, bunu pafosla demirəm. Mən bununla fəxr edirəm. Mənim ürəyim hər zaman Azərbaycanla döyünür. Vətənimə dəyən daş sanki mənə dəyir. Sözlə deyilməyəni isə bəzən musiqi deyir.

Bizim xalq mahnılarımız - nə gözəldir! "Koroğlu"muz, muğamlarımız nə gözəldir! Bizim mədəniyyətimiz nə gözəldir! Bizim nəyimiz gözəl deyil ki?.. Hər xalqa məxsus olmur belə bir mədəniyyət.

"İlhamə xanım səhvə yol verdi"

- Faiq müəllim, siz 70-ci illərin sonundan bəstəkarlıq fəaliyyəti ilə məşğulsunuz, amma 90-cı illərdə daha çox tanınmağa başladınız. Bu populyarlıqda hansı amil daha çox rol oynadı?

- Bu yaxınlarda bir tanışım mənə dedi ki, sən "Azərstar"la tanındın. O vaxt televiziyada belə bir musiqi müsabiqəsi vardı, həftədə üç dəfə efirə çıxırdıq, fikrimizi söyləyirdik. Hay-küylü veriliş idi.

Amma mən elə düşünmürəm. Nümunələr deyim. "Səni gördüm, ay sevgilim" adlı məşhur bir mahnı var: "Yel toxundu yarpaqlara, nəğmə qondu dodaqlara"... Onu 1988-ci ildə yazmışam. 1986-cı ildə yazdığım başqa bir mahnı: "Aləmə saldım haray, mən səni axtarıram". Zeynəb Xanlarova oxuyub.

Akif İslamzadənin ifa etdiyi "Gəl, küsməyək bundan sonra"- 80-ci illərdə yazılıb. Bu mahnıların siyahısını uzatmaq olar.

1994-95-ci illərdə Nuridə Atəşin sözlərinə "Neylərsən", "Darıxmışam", Xanım İsmayılqızının sözlərinə "Kaman" və digər mahnıları yazdım.

- İlhamə Quliyeva sizin yaddaqalan əsərlərinizi ifadə edib. Adlarını çəkdiyiniz mahnılar çox dinlənildi və sevildi: "Neylərsən", "Darıxmışam" və sair. Bu mahnıları məxsusi onun üçün yazmışdınız?

- "Neylərsən" mahnısını əvvəl başqa müğənniyə göstərdim, bəyənmədi. Sonra İlhamə xanım ifa etdi. İndi həmin müğənni söhbət əsnasında tez-tez deyir ki, o mahnını oxumamaqla həyatımın çox böyük səhvini etmişəm.

Hamı bilir ki, "Neylərsən" mahnısı İlhamə Quliyevanın sənətində çox böyük rol oynadı. Bu mahnıdan sonra onun şöhrəti artdı. Sonra İlhamə xanım başqa bəstəkarların mahnılarını oxudu. Hamı ona bəstə verməyə can atırdı. O da böyük səhv etdi, konsertlərdə bu mahnıları daha oxumadı.

Mən fikir vermişəm ki, türk müğənniləri sevilən mahnılarını bütün konsertlərində oxuyurlar. Yəni siz məni bu mahnı ilə sevmisiniz... Məncə, İlhamə xanım da belə etməli idi.

"Neylərsən" mahnısını Azərbaycanda demək olar ki, bütün müğənnilər oxuyublar.

- O mahnıları indi başqa müğənnilərin oxumasına icazə verirsinizmi?

- Mahnı, musiqi gözəldirsə, yaşamalıdır. Məsələn, Akif İslamzadə "Gəl, küsməyək bundan sonra" mahnısını oxuyub. İndi də başqa müğənnilər oxuyurlar. Yaxşı musiqi yaşamalıdır, itməməlidir. "Mən ondan yaxşı oxumuşam" kimi sözlərə ehtiyac yoxdur. Hər müğənni öz oxumağına cavabdehdir. Bu onun taleyidir. Təki notları dəyişməsin, mahnıya müdaxilə etməsin.

- Faiq müəllim, son illər sanki lirikadan uzaq düşmüsünüz...

- Musiqini janrlara bölmürəm. Musiqi yazılır - istər hərəkətli olsun, istər lirik mahnılar olsun. Musiqi mənim nəfəsimdir, mənim özüməm. Musiqisiz necə yaşamaq olar? Mahnılar yazılır, sadəcə çox vaxt oxunanda bəstəkarı deyilmir, burada da problem var.

- Əgər lirikanızdan danışmalı olsaq, "Nəğmə olmaq istəyirəm, ay ana" mahnısını xatırlamaya bilmərik. Həmin mahnını ilk dəfə kiçik bir qız ikən Radio Günündə böyük səhnədə dinləmişdim. O nəğməni, onu dinlədiyim anları heç unutmadım. Sanki mən də bir nəğməyə çevrilmişdim. Həmin mahnının yaranma tarixçəsini xatırlayırsınız? Yəqin ki, unudulmaz mahnıların tarixçəsi də yaddaqalan olur...

- Mən o mahnını yazanda bilirdim ki, bu mahnını Flora Kərimova oxuyacaq. O diapazonda ancaq o oxuya bilərdi. Flora xanımın da qızı var və bu mənada da ona uyğun olardı.

Nəğmə olmaq istəyirəm, ay ana,

Sən onsuz da mənə sonsuz nəğməsən.

Necə gözəl sözlərdir! Nəbi Xəzri yazmışdı. İnanın ki, bir ay onun kitabından ayrılmadım. Gedirdim, gəlirdim, bu şeiri oxuyurdum, hər dəfə də yenidən valeh olurdum sözlərə.

Sonra Flora xanımla görüşdüm, mahnını təqdim etdim. Böyük məmnuniyyətlə oxudu. Ondan sonra hər konsertdə onu ifa edirdi. İndi də sevə-sevə oxuyur.

"Üç bəstəkar mahnı yazdı, mənimki yaddaşlarda qaldı"

- Sizin uğurunuzun bir adı da gözəl sözlər, şeirlər seçməyinizdir. Təəssüf ki, indi mahnı sözlərinə fikir verilmir.

- Gözəl sözlər adamı aparır. O söz səni rahat qoymur. Yazmağa vadar edir.

Bayaq bir mahnının adını çəkdim: "Yel toxundu yarpaqlara..." Bu sözlərə üç bəstəkar mahnı yazıb. Vasif Adıgözəlov, Oqtay Kazımi və mən. Mənimki yadda qaldı, bəlkə də oynaq mahnı olduğuna görə.

Və yaxud bu sözlərə necə laqeyd qalmaq olar:

Qapını döysəm,
səndən imdad diləsəm,

Neylərsən?

- Amma bu sözlər vaxtı ilə şair Məmməd Aslanın qınağına tuş gəlmişdi. Ovaxtkı "Proqram" qəzetində yazdığı məqalədə mahnını ifa edən İlhamə xanımı kəskin tənqid etmişdi.

- Məmməd Aslan o vaxt mənə də zəng etmişdi. Dedi ki, Faiq müəllim, sizə yaraşmır belə sözlərə mahnı yazmaq. Dedim, hər insan öz taleyini yaşayır. Mən düşünürəm ki, bu, çox gözəl sözlərdir. Bəlkə də küsdü o vaxt məndən.

- İnsanı alıb aparan lirik mahnılardan biri də "Əgər məni unutsan" mahnısıdır. Brilyant Dadaşova oxuyub.

- Mən Brilyant xanıma çox mahnılar yazmışam. "Fikrim dolaşır, ruhum əzilir, sən nə edirsən mənsiz olanda". Sonra "Telefon" mahnısı var, o da maraqlıdır. Sonra Gədəbəydə klip çəkdirdiyi mahnı. Brilyant xanım yeni mahnılarımı da ifa edib, bu yaxınlarda eşidəcəksiniz.

Məncə, insanlara nə xoş gəlir, ona da qulaq asmalıdırlar. Bizim insanlar doğrunu yanlışdan, pisi yaxşıdan seçirlər. Əgər onların yanında yaxşı musiqi səslənsə, hamısı diqqətlə qulaq asacaq və ona qiymət verəcək. Xoşagəlməz mahnıların ömrü isə bir neçə dəqiqədir, dərhal yaddan çıxır.

Mahnılar var ki, insanlar illərlə onun sədası altında yaşayırlar. Məsələn, Zamiqin ifa etdiyi "Kaman" mahnısını "Youtube"da 36 milyon adam bəyənib.

- Bir neçə il qabaq "Youtube"da səslənən mahnılardan gələn qazancdan bəstəkarlara qonorar ödənməli olduğunu demişdiniz. Həmin problem həllini tapdımı?

- Bəli, Müəllif Hüquqları Ədliyyə Mülkiyyəti bu işə nəzarət edir, bəstəkarların, şairlərin hesabına pul köçürülür. Miqdar az olsa da, əsas odur proses başladı.

İnanıram ki, çox təşkilatlar, televiziyalar, əyləncə mərkəzləri də bu prosesə qoşulacaq, çünki onlar qonorar ödəməkdən qaçırlar. Xaricdən gələn musiqiçilərə qonorar verilir, bizə yox. Mən özümü onlardan əskik hesab etmirəm, 7 il xaricdə onlara dərs demişəm.

- Müsahibənizin birində mahnılarınızı satmadığınızı bildirmişdiniz. Bu öz sənətinizə haqsızlıq deyilmi?

- Düzü, xatırlamıram o müsahibə nə vaxt olub. Amma bu mənim istehsalımdır, əlbəttə ki, qonorar almalıyam. Əgər hansısa müğənninin köməyə ehtiyacı varsa, bu, başqa məsələ. Bu da mənim mədəniyyətimdən irəli gəlir.

Və ya götürək Müslüm Maqomayevin 80 illik yubileyini. Mən musiqi də yazdım, simfonik orkestrin aranjimanını da elədim, tamamilə təmənnasız. Yəni belə də olur.

"Məsələ burasındadır ki, biz insanıq…"

- Həyatda olmayan müğənniləri xatırlamalı olsaq, ən çox kimin üçün darıxırsınız?

- Heç kim üçün darıxmıram. Bu həyatdır. Həyat "salam-sağ ol"dan ibarətdir. Hər müğənninin öz dövrü var. Hər dövrdə yaxşı və pis mahnılar olub. İndi də çox gözəl müğənnilərimiz var. Biz gəldi gedərik, amma mahnılarımız qalacaq. "Sarı gəlin" qalacaq. "Neylərsən" qalacaq. Bülbülün, Rəşid Behbudovun, Akif İslamzadənin səs yazıları qalacaq. Şairlərin sözləri qalacaq. Çünki insanlar gözəllik axtarırlar.

Mən həmişə demişəm, oxuyanda yaxşı mahnılar oxumaq lazımdır. Söz deyəndə dəyərli sözlər demək lazımdır. Mədəniyyətimizi, mətbəximizi təbliğ eləmək lazımdır.

Bədnam qonşularımız bizim musiqimizi on-on, yüz-yüz oğurlayırlar. Bu yaxınlarda da demişəm. Avraam Russo "Çırpınırdı Qara dəniz" mahnısının melodiyasını mənimsəyib, erməni sözləri yazaraq oxuyub. Üzeyir bəyin yazdığı musiqini mənimsəyiblər! 70-ci illərdə Xaçaturyan "Spartak" baletinə "Uzundərə" musiqisini salmışdı. Bəstəkarlar İttifaqı ona irad tutdu.

Xankəndidə baş verən prosesləri izləyirəm, bəzən əsəb keçirirəm, bəzən qürur duyuram. Tarixi günlər yaşayırıq. Musiqi, şeir, memarlıq, rəssamlıq öz yerində. Öncə Vətən gəlir, sonra o biri dəyərlər.

- Faiq müəllim, bəzən bəstəkarlar öz mahnılarını mügənnilərdən yaxşı oxuyurlar. Siz dediyiniz kimi, nə vaxtsa bir musiqi parçası ifa etmisiniz. Amma dinləyicilər eşitməyiblər sizin ifanızı.

- Mən oxuyan deyiləm axı. Hər kəs öz işi ilə məşğul olmalıdır. Səsin varsa, o demək deyil ki, oxumalısan. Bilirsiniz nə qədər səsi olan adam var?

- Amma o yaşantıları hər kəs çatdıra bilməz. Məsələn, Emin Sabitoğlu bir mahnısını özü ifa edib və çox da maraqlı alınıb.

- "Rastlaşdıq nə çətin, ayrıldıq nə asan, nə asan" (zümzümə edir). O mahnı Anarın sözlərinə yazılıb. Yaxşı xatırlatdınız, o sözlərə mən də mahnı yazmışam.

- Niyə məhz bu sözlərə başqa bir mahnı yazmaq istədiniz?

- Gözəl sözlərdir, necə mahnı yazmamaq olar? Bu sözlər yaşamalıdır. Məndən sonra da yazsınlar. Həyatdan götürülüb.

Görüşdük nə çətin, ayrıldıq, ayrıldıq nə asan,

Haradasan, həyatım, varmısan, varmısan, yoxmusan?

Mən səni izlədim, günah tək gizlədim, gizlədim.

Hər səhər, hər axşam, hər gündüz, hər gecə gözlədim.

- Hər bir insan yaşantılarını tapa bilər, bu sözlərdə...

- Siz nəyi tapırsınızsa, mən də onu tapıram. Məsələ ondadır ki, biz insanıq axı. İnsani duyğular, təbii ki, bizə çox yaxındır.

Baba Vəziroğlunun bir şeiri var. Deyir, "səni evinizə yola saldım, sonra qucaqlamaq istədim, amma sən getdin, bir də gələn baharı gözləməliyəm". Gələn baharı gözləmək! Axı bu mümkün deyil. Sözlərin poeziyası da elə bundadır! Dediyim odur ki, bu sözlər yadda qalır. İllər keçir, amma bu sözlər unudulmur.

Ürək sevməlidir. Sən sevməsən, yarada bilməzsən. İnsan sevgi dolu olmalıdır ki, yaxşı musiqi yaza bilsin. İnsan sevə-sevə yaratmalıdır. Məsələn, fotoqraf yüzlərlə şəkil çəkir, amma elə bir kadr tapır ki, bütün dünyanı valeh edir. Bax, onu tapmaq lazımdır.

Mən Xarici Dillər İnstitutunu bitirmişdim. Amma bir gün də dərs demədim. Bildim ki, bu mənim işim deyil. Ondan qabaq Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano bölümünü bitirmişdim. Mən musiqinin dalınca getdim. Azərbaycan Dövlət Konservatoriyasında Bəstəkarlıq fakültəsində təhsil aldım.

Bəstəkarlıq yaxşı şeydir. Sən dərs prosesində musiqi yazmalısan. Sonrakı mərhələ isə sırf sənin özündən asılıdır. Sən təsdiq etməlisən ki, bəstəkarsan. Hansısa uğur qazanırsan və bu səviyyəni daim saxlamalısan. Ondan aşağı olmamalıdır. Ondan yuxarı olmalıdır.

Hər dəfə musiqi yazanda, mən onu öz süzgəcimdən keçirirəm. Hər yazdığım not əzablardan keçir. Fikirləşirəm, görən, dinləyici bu musiqini eşitsə, nə fikirləşər? Yaxınlarım, ətrafım nə fikirləşər. Olarmı, olmazmı? Sonra üzə çıxarıram onu.

- Mən yaxşı bəstəkar olmağın sirlərini soruşacaqdım sizdən, demək uğurlu olmağın bir sirri də budur. Sənətinə bütün varlığını vermək.

- Sənin biliyin, savadın, dünyagörüşün olmalıdır. Bu yol çox böyük əziyyətlərdən keçir. Saatlarla pianoda çalmaq, axtarmaq, axtarmaq... Sən öz musiqində qapanıb qalmamalısan. Bütün dünya musiqisindən xəbərdar olmalısan.

Mənim hər günüm piano arxasında keçib. Saatlarla axtarışlar etmişəm. Amma o demək deyil ki, bütün bunlara yiyələndikdən sonra insan hər şeyi bilir. Sənətdə kim desə ki, hər şeyi bilir, demək o öldü. Hər şeyi bilmək mümkün deyil. İnsan daim axtarışda olmalıdır. İnsan beyni kompüterdir. Gecə vaxtı birdən hansısa fikir gəlir beyninə, ayağa durana qədər rahatlıq vermir. Sən durursan, onu yazırsan və ondan sonra da gözünə yuxu getmir.

Mən "Şuşa" oratoriyasını yazıb bitirmişdim, hər şey hazır idi. Birdən ağlıma gəldi ki, mütləq azan olmalıdır. Zəng edib fikrimi bildirdim, azandan kiçik bir hissə saldılar... Deməyim odur ki, sənətdə son yoxdur. Hər dəfə yeni nəsə tapanda təəccüblənirsən. Birdən elə görünməmiş bir şey çıxır qabağına ki, deyirsən tapdım. Amma əlli il axtarırsan, tapa bilmirsən. Demək, bunu yaşamaq lazımmış...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1550   Tarix: 06 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

TOP MP3