"Ermənistan vəziyyəti öz xeyrinə çevirməklə beynəlxalq qüvvələrin gəlişini regiona təmin etməyə çalışır" - POLİTOLOQ
"Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmayıb. Sülh prosesi istiqamətində aparılan danışıqlar bir müddətdir ki, dayandırılıb. Bu baxımdan tərəflər hər nə qədər pozitiv mesajlar versə də, yekun sülh müqaviləsi imzalanmadan bu tip halların baş verməsi normaldır. Defakto müharibə vəziyyəti davam edir. Tərəflər bu istiqamətdə bir-birinə güc nümayişi göstərə bilərlər. Ermənistanda vəziyyətin fərqli olduğunu nəzərə alsaq bu insidentlərin hardasa baş verməsi anlaşılandır. Rusiya-Ermənistan gərginliyi fonunda Rəsmi Moskva Ermənistan daxilində müxalif qüvvələri hərəkət gətirir. Onlar Ermənistan ordusu daxilində özünə sadiq beşinci kolon nümayəndələrini aktivləşdirib. Bunun ən bariz nümunəsi Azərbaycan-Ermənistan şərti sərhədində təxribatların baş verməsi, atəşkəsin pozulması hallarının baş verməsidir".
Bu sözləri BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev deyib. Politoloqun sözlərinə görə, Böyük ehtimalla bunun arxasında Rusiyanın özü dayanır. O, demək deyil ki, bu fonda Ermənistan günahsızdır:
"Xeyir elə deyil. Ermənistan özüdə maksimum dərəcədə prosesləri manipulyasiya edib. Vəziyyəti öz xeyrinə çevirməklə beynəlxalq qüvvələrin regiona təmin etmək, habelə Azərbaycana qarşı yeni sanksiyalar, təzyiq metodlarını icra etmək istəyir. Azərbaycan tərəfi beynəlxalq hüququ əsas götürür. Beynəlxalq hüququn prinsip və normaları, Azərbaycan Konstitusiyasında göstərilən məsələlər çərçivəsində prosesi reaksiya verəcək. Böyük ehtimalla burada atəşkəsin pozulduğu nöqtələrin vurulması mümkündür. Zərurət yaranacağı təqdirdə düşmən təxribatlarının cavabın verilməsi, hərbi konteksdə mümkündür. Azərbaycan ona qarşı təzyiqlərin yaradılmasına, Ermənistanın bundan istifadəsinə icazə verməyəcək. Buna görə də maksimum dərəcədə ehtiyatlı, bir o qədər adekvat tədbirlər görəcək".
Qeyd edək ki, oktyabrın 5-i saat 14:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri şəxsi heyət və texnika sarıdan itki verməyib.
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1163 Tarix: 05 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşOmbudsman vəzifəsinə 3 namizəd irəli sürüldü
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhu
10:23 222 Oğlunun həbsindən danışmadı - Amma Səbinə Əliyevanı dəstəklədiyini açıqladı
"Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə edildi. Ombudsman vəzifəsi ciddi bir təsisatdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə komitə sədrinin müavini Arzuxan Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqlar
11:00 262 Tarixdə ilk yaşıl ulduz aşkarlandı
Astronomlar qeyri-adi yaşıl çalara malik ola bilən ağ cırtdan müəyyən ediblər. Araşdırma göstərir ki, bu ulduz qalıqlarının rəngi yalnız temperaturdan deyil, atmosferlərinin kimyəvi tərkibindən də asılıdır. xəbər verir ki, alimlər Yerə yaxın 151 ağ cırtdanı araşdırıblar. Onların diqqətini xüsusilə W
20:00 0 Oktyabrın son günü yağış yağacaq
Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy
12:49 256 İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai
16:50 194 Pentaqondan NATO müttəfiqlərinə Rusiya ilə bağlı çağırış
Pentaqon bir neçə NATO üzvü olan ölkədən Rusiyaya qarşı ritorikalarını yumşaltmağı xahiş edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, Litva, Latviya və Estoniya ABŞ-dan ictimai açıqlamalarını məhdudlaşdırmaqla bağlı mesaj alan ölkələr sırasındadır. Bu çağırışla
11:08 218 Papa XIV Leo ABŞ-da keçiriləcək seçkilərdə səs vermək istəyir
ABŞ-ın İllinoys ştatında qeydiyyatda olan seçici Papa XIV Leo ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə iştirak etmək üçün poçt vasitəsilə səsvermə bülleteni tələb edib. xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. Katolik Kilsəsinin rəhbəri səsvermə bülleteni ilə bağlı müraciətin
10:26 183 "İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video
"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni
16:00 208 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb
Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr
14:19 201