Bakıda piyadanın vurulmasının ANBAAN VİDEOSU
Bakıda 57 yaşlı şəxsi avtomobil vuraraq öldürüb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, hadisə bu gün saat 7 radələrində Suraxanı rayonu, Heydər Əliyev prospekti şəhər istiqamətində baş verib. Elşən Mirzəli oğlu Mehdizadənin idarə etdiyi "Toyota Prius" markalı avtomobil Polad Qaçay oğlu Əliyevi vurub. Nəticədə o, hadisə yerində vəfat edib.
BDYPİ-nin rəsmisi polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, hadisə məhz yerüstü piyada keçidinin altında qeydə alınıb. Onun sözlərinə görə, hadisə zamanı təyin edilməyən yerdən keçən piyadanı avtomobil vurub.
"Bu hadisə ilə bağlı dərin təəssüf hissi ilə bildiririk ki, hələ də öz həyatına, həmçinin ətrafındakı insanların həyat və sağlamlığına son dərəcə məsuliyyətsiz yanaşanlar var. Belə ağır hadisələrin baş verməməsi üçün sürücülərdən diqqətli olmaq tələb olunsa da, bəzi piyadaların qaydaları heçə sayması ağır faciələrlə nəticələnir.
Vətəndaşlarımızdan xahiş edirik, öz hərəkətlərinə intizamlı formada yanaşsınlar. Sadə qaydalara riayət edərək ağır sonluqlu faciələrə yol açmasınlar. Yerüstü və yeraltı piyada keçidlərinin olduğu ərazilər kifayət qədər təhlükəlidir. Piyada keçidinin yaxınlığında ondan istifadə etməmək isə təhlükəli olmaqla yanaşı, yanlış seçimdir. Yollarda ehtiyatlı olmağı, real təhlükəni bilərək həyatı lüzumsuz bəhanələrə qurban verməməyi bir daha bütün hərəkət iştirakçılarından xahiş edirik", - A.Əsgərli əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1357 Tarix: 03 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMiri Yusifin oğlu universitetə qəbul oldu
Xalq artisti Miri Yusifin ailəsində xoş gün olub. OLAY yazır ki, bu barədə sənətçinin xanımı Nərgiz Mirbabayeva məlumat yayıb. O, oğlu Hüseynin universitetə qəbul olunduğunu bildirib. Nərgiz deyib ki, Hüseyn üç universitetə müraciət edib və onlardan ən çox istədiyinə daxil olub
12:35 322 16 yaşlı Mədinə niyə ölüb? - Atası danışdı
"Qızım xalasıgilə qonaq getmişdi, elə ordan da evimizə acı xəbəri gəldi". Bunu Bakıvaxtı.az-a açıqlamasında Yevlaxda qida zəhərlənməsindən dünyasını dəyişən 16 yaşlı Mədinə Əzizovanın atası Xalid Əzizov söyləyib. Əzizovlar ailəsinin 4 övladı var. Dünyasını dəyişən Mədinə növbəti dərs ilind
15:04 323 FIFA Argentina millisinə qarşı intizam araşdırmasına başladı
FIFA Argentina millisi ilə bağlı intizam araşdırmasına start verib. Buna səbəb komandanın 2026-cı il dünya çempionatının yarımfinalından sonra Folklend (Malvin) adaları ilə bağlı siyasi məzmunlu banner nümayiş etdirməsi, həmçinin final qarşılaşmasından sonra meydanda baş verən insidentlər olub. Argentin
18:30 136 Azərbaycanda susuzluqdan ən çox şikayətlənən rayonlar (SİYAHI)
Yay aylarında suvarma suyu ilə bağlı fermerlərdən daxil olan müraciətlər və ən çox şikayət edilən rayonların siyahısı açıqlanıb. Məsələ ilə bağlı -a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban bildirib ki, cari ilin iyun v
10:43 323 İyulun son gününün havası açıqlandı
Azərbaycanda iyulun 31-də 38 dərəcə isti gözlənilir, lakin bəzi yerlərdə yağış yağacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündü
12:41 188 Rusiyada milyarder Kustov saxlanılıb
Moskvada yağ-piy sənayesi üzrə fəaliyyət göstərən "Efko" şirkətlər qrupunun direktorlar şurasının sədri və baş səhmdarı - milyarder Valeri Kustov saxlanılıb. O iriməbləğli dələduzluqda şübhəli bilinir. Bu barədə RBK məlumat yayıb. Məlumata görə, Kustovla birlikdə "Efko" Şirkətlə
21:15 1 Argentinada helikopter qəzası: 7 nəfər öldü
Argentinanın San Xuan əyalətində meşə yanğınlarına hazırlıq təlimi zamanı "Bell 412" tipli helikopter qəzaya uğrayıb. xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb. Qəza nəticəsində helikopterdə olan 7 nəfər həyatını itirib. Ölənlər arasında San Xuan əyalətinin Mülki Müdafiə Xidmətini
21:00 1 Avstraliyada "Telegram"a qarşı istintaq başlanılıb
Avstraliyada "Telegram" messencerinə qarşı araşdırma başlanıb. Messencer rəhbərliyi terroru təbliğ edən paylaşımlarla yetərincə mübarizə aparmamaqda ittiham olunur. Bu barədə Reuters agentliyi məlumat yayıb. "Telegram"ın terrorçuların həyata keçirdiyi edam səhnələrini və kütləvi atışmalar
21:30 1 Aİ-dən Ermənistana əlavə dəstək: Hökumətin ehtiyat fondu 44 milyon avro artdı
Ermənistan hökumətinin ehtiyat fondu 18.1 milyard dram (43.9 milyon avro - red.) artıb. Müvafiq qərar 30 iyulda Nazirlər Kabinetinin iclasında qəbul edilib. "AzPolitika" xəbər verir ki, fond Avropa İttifaqından alınan əlavə qrant vəsaitləri sayəsində genişləndirilib. Qeyd olunur ki, bu proqramla
20:00 28