"Separatçılar narkotranzitin Avropaya daşınması üçün regionda PKK-ya xətt açmışdı"-EKSPERT

"Separatçılar narkotranzitin Avropaya daşınması üçün regionda PKK-ya xətt açmışdı"-EKSPERTPKK terror təşkilatı yaranandan bəri onun erməni təşkilatları ilə əlaqələri daim gündəmdə olan bir mövzudur. Erməni separatçılarının terror təşkilatları ilə əlaqələri təhlükəsizlik qüvvələrimizin və kəşfiyyat orqanlarının açıqlamalarında qeyd olunub. Xüsusilə, 44 günlük Vətən müharibəsində ermənilərin PKK, terror təşkilatı ASALA ilə əlaqələri və davamı ilə bağlı xəbərlər uzun müddətdir ki, mətbuatda tez-tez işıqlandırılıb. Sözügedən şəxslərin Ermənistan ordusunun sıralarında muzdlu döyüşçü kimi döyüşdükləri və onların həm mülki vətəndaşlarımıza, həm də torpaqlarının xilası üçün əməliyyatlar keçirən əsgərlərə qarşı terror aktları törətdikləri bildirilib. Vaxtilə, ordumuzun torpaqlarımızı azad etmək üçün başlatdığı əməliyyat zamanı əsir düşən erməni əsgər Dağlıq Qarabağda PKK terrorçularının Ermənistan tərəfində vuruşduğunu etiraf edib.

Bununla bağlı BiG.AZ-a danışan hərbi ekspert, politoloq Telman Qasımov deyib ki, PKK 30 illik işğalçılıq dövrü ərzində Qarabağdakı separatçılar ilə əlaqəli olub. Cəbrayıl və Zəngilan istiqamətində bu terror təşkilatının kampları olub. Qarabağa qeyri-qanuni şəkildə gələrək oradakı separatçılara təlimlər keçir, hazırlaşdırırdılar. Bütünlükdə istehkam işlərini, yeraltı keçidləri necə qazmaq lazımdır onları öyrədirdilər: "Dağlarda döyüş, partizan və diversiya hərəkətlərinin bir payıda PKK-çıların üzərinə düşür.Təkcə burada əlbəttə PKK-çılar deyil. Məlumdur ki, Ermənistanda yezidilər var. Yezidilərdən ibarət qruplaşmalar var idi ki, Qarabağ döyüşlərində iştirak ediblər. Xeyli sayda azərbaycanlıları, əsgərlərinə və hərbiçilərinə qarşı işgəncələr törədiblər. Burada tək "VoMa" deyildi. Bir çox sayda terror düşərgələri və yuvaları var idi. Bu Ermənistandan yaradılan terrorçu düşərgələri Qarabağda keçmiş dəstələrə rəhbərlik etmiş komandirlərdir. Vova Qasparyan bəlli məsələdir ki, burada kəşfiyyatçı olub. Hazırda erməni gənclərini və yeniyetmələrini Azərbaycana qarşı hansı təxribatları törətmək, hansı diversiyaları həyata keçirmək barədə təlimlər keçir. Bununla bağlı kifayət qədər biz məlumatlar vermişik".

Ekspert bildirib ki, PKK-nın həmin işğal zamanı Qarabağda məskunlaşması, apardıqları terror əməlləri əlimizdə o zamanlardan kifayət qədər məlumat var idi:

"Bu terror təşkilatlarının məqsədləri bəlli idi. PKK-çılar erməni separatçılarına dəstək məqsədilə gəlmişdir. Bunun müqabilində, həmin ərazilərdə erməni separatçılarından narkotiklərin yetişdirilməsi, narkotranzitə nəzarət etmək istəmişdilər. Erməni separatçıları ilə razılaşdırmışdılar ki, o əraziləri veririk sizin nəzarətinizə. Nə qədər istəsəniz narkotik yetişdirin və ticarəti ilə məşğul olun. Həmin o narkotranzitin Avropaya daşınması üçün bir xətt açmışdılar. Türkiyədə axtarışda olan PKK-çıların demək olar ki, tam əksəriyyəti sərhəddən çatdırıb İraqa keçə bilmədikləri üçün İran vasitəsilə Qarabağa yerləşmişdilər. Qeyri-qanun silah və narkotik daşımaları ilə məşğul olublar. Artıq araşdırmalar, istintaq prosesi zamanı üstü qapalı məqamların üzəri açılacaqdır. Separatçıların "rəhbərləri" hamısı bir-bir danışacaqlar. Necə gəliblər, kimlər gəliblər, hansı qeyri-qanuni cinayətlər törədiblər hər bir şeyi danışacaqlar. Sadəcə olaraq vaxt lazımdır. Burada baş verən hər şey iştirak edənlər-həm Ermənistanın və "rəhbərləri"nin əli ilə olub. Bu proseslər razılaşdırılmış, təminat verilmiş və zəmanət verilmiş halda baş verib".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1919   Tarix: 03 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Deşam dünyanın əfsanəvi klublarından birinin baş məşqçisi ola bilər

2026-cı ilin yayında ölkəsinin milli komandasının baş məşqçisi vəzifəsindən ayrılan məşhur fransız məşqçisi Didye Deşam tezliklə işə qayıda bilər. -ın xarici mediaya istinadən məlumatına görə, 2026-cı il Dünya çempionatından bəri işsiz qalan 58 yaşlı Deşam yaxın günlərdə çox cəlbedici bir təklif al

19:15 190
.

Qızıl bahalaşdı

Azərbaycan bazarında 30 oktyabr 2026-cı il tarixi üçün olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının qiyməti 6,867.8810 manat təşkil edib. Bununla da 1 qram xalis qızılın qiyməti 220.81 manat səviyyəsində müəyyənləşib. Bazar tələbinə uyğun olaraq müxtəli

20:15 152
.

"Anamın verdiyi ad illər sonra məni onunla görüşdürdü…"

Ötən axşam Azərbaycan musiqi sənətinə ağır itki üz verdi. Xalq artisti, sevilən sənətkar Zaur Rzayev dünyasını dəyişdi. Aparıcı Zaur Baxşəliyev sənətkarla bağlı xatirələrini, onun şəxsiyyəti və sənət yoluna dair düşüncələrini qələmə alıb. "Qafqazinfo" həmin yazını təqdim edir:. "Bəzə

12:30 367
.

Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb

Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb

20:30 157
.

Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa - Bakıya absurd ittihamlar

Türkiyə mediası və sosial şəbəkələrində Azərbaycan əleyhinə kampaniya səngimək bilmir. Türkiyədə Azərbaycan əleyhinə növbəti dalğa. Dünəndən isə növbəti antiAzərbaycan dalğası başladılıb. Bundan əvvəlki dalğalar Azərbaycan-İsrail münasibətləri və "hicab" mövzuları üzərindən aparılırdı. Hə

19:00 218
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

15:57 239
.

Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlılıq prinsipi önə çəkildi

Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandırması ilə əlaqədar Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramovun təmsil etməsi qərarını diplomatik təcrübə və qarşılıqlılı

11:52 240
.

Diplomatiyanın görünməyən tərəzisi: Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlı hörmətin sınağı

Beynəlxalq münasibətlərdə dövlətlərin bir-birinə münasibəti təkcə imzalanan sənədlərlə, verilən bəyanatlarla və keçirilən görüşlərlə ölçülmür. Bəzən protokolun ilk baxışdan adi görünən bir detalı daha geniş siyasi mənzərəni anlamağa imkan verir. Zirvə görüşündə kimin iştirak etməsi, dövləti hansı səviyyəl

11:43 236
.

Pentaqondan NATO müttəfiqlərinə Rusiya ilə bağlı çağırış

Pentaqon bir neçə NATO üzvü olan ölkədən Rusiyaya qarşı ritorikalarını yumşaltmağı xahiş edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumata görə, Litva, Latviya və Estoniya ABŞ-dan ictimai açıqlamalarını məhdudlaşdırmaqla bağlı mesaj alan ölkələr sırasındadır. Bu çağırışla

11:08 232
.