Türkiyə İsveçdə Ərdoğana qarşı törədilən təxribatları kəskin pisləyib

Türkiyə İsveçdə Ərdoğana qarşı törədilən təxribatları kəskin pisləyibTürkiyə Prezidentinin köməkçisi Cevdet Yılmaz Prezident Rəcəb Tayyib Ərdoğana qarşı İsveçdə törədilən təxribatları kəskin şəkildə pisləyib.

"Report" xəbər verir ki, bu barədə C.Yılmaz "X"də yazıb.

"Stokholmdakı səfirliyimizin yanında cənab prezidentimizi hədəf alan çirkin təxribatları ən kəskin şəkildə qınayır və lənətləyirəm. Dayanmaq bilməyən bu hücumların və təxribatların arxasındakı hədəfin ölkəmizə, millətimizə və bütün İslam aləminə qarşı olduğu aşkardır. Bu hücumlara demokratiya adı altında haqq qazandırılmamalıdır", - o bildirib.

C.Yılmaz, həmçinin İsveç hökumətinə çağırış edib: "İsveçin belə təxribatlara yol verməməsini gözləyirik. Hökuməti cinayətkarları məsuliyyətə cəlb etməyə çağırırıq".

Ərdoğanın köməkçisi onu da qeyd edib ki, Ankara belə təxibatlara qarşı mübarizəni davam etdirəcək.

Qeyd edək ki, dünən İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyinin yaxınlığında R.T.Ərdoğanın maketi yandırılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 657   Tarix: 30 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda yerli məhsulların keyfiyyəti region ölkələri ilə müqayisədə zəifdir

Azərbaycanda yerli istehsal olunan qida və təmizlik məhsullarının keyfiyyəti regiondakı digər keçmiş Sovet İttifaqı ölkələri ilə müqayisədə zəif qalır. Türkmənistan, Özbəkistan, Qazaxıstan, Gürcüstan və Moldova kimi ölkələrdə yerli məhsulların keyfiyyəti yüksək səviyyədədir və onlar bazarda daha rəqabətqabiliyyətlidir

15:39 203
.

Rusiya, Ukrayna və ABŞ arasında mühüm müzakirələr aparılır

Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin Əbu-Dabidə keçirilən görüşü zamanı iqtisadi məsələlər, ərazi mövzuları və atəşkəs mexanizmi müzakirə olunur. xarici mediaya istinadən xəbər verir ki, bu barədə TASS xəbər agentliyi məlumat yayıb. Agentliyin bildirdiyinə görə, danışıqların əsas gündəliyin

12:24 203
.

Epşteyn sənədlərindən Ancelina Coli də çıxdı

ABŞ Ədliyyə Nazirliyinin veb saytında dərc edilmiş məxfilikdən çıxarılmış sənədlərə görə, Hollivud aktrisası Ancelina Coli qalmaqallı maliyyəçi Ceffri Epşteyni ən azı iki dəfə rejissorluq etdiyi filmlərin premyeralarına dəvət edib. -ın xarici mətbuata istinadən məlumatına görə, Coli 2014 və 2017-ci illərd

19:30 160
.

"Temu" insanları necə aldadır? - Əməkdar artist məhkəməyə verdi - FOTO - YENİLƏNİB

Əməkdar artist Nahidə Orucovanın fotosu Çinin onlayn alış-veriş platforması olan "Temu"da yerləşdirilib. Məhsulun effektini göstərmək üçün tonal kremin reklamında azərbaycanlı aktrisanın fotosundan istifadə edilib. Sözügedən foto isə azərbaycanlı stilist Anar Ağakişiyevin 2018-ci ildə Əməkda

15:57 1432
.

Zavod çörəklərinə qatqı vurulur? - "1 gün qalanda qıcqırır"

Zavod çörəklərinin bir çoxu evə gətirildikdən 1 gün sonra qıcqırmağa, kiflənməyə, boyatlamağa başlayır. Ondan fərqli olaraq, evdə sobada yaxud təndirdə bişirilən çörəklər isə qışda otaq temperaturunda günlərlə boyatlamadan qala bilir. Ara-sıra sosial şəbəkələrdə "çörəklərə qatqı maddəsi qatılır"

22:00 1
.

Bölgələrdə fiber-optik internet var, amma provayder seçimi yoxdur - İKT EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda son illərdə regionlarda fiber-optik internetin çəkilişi geniş vüsət alıb. Yeni texnologiya daha sürətli və stabil internet təmin etsə də, vətəndaşlar üçün seçim imkanı yoxdur. Hazırda abonentlər mövcud provayderlərin xidmət paketlərindən istifadə etməyə məcburdur, alternativ provayder seçmə

12:59 238
.

Əbu-Dabidə İlham Əliyev-Paşinyan görüşü: normallaşmada yeni mərhələ

"Prezident İlham Əliyev fevralın 4-də Əbu-Dabidə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Bu görüş yalnız liderlərin növbəti təması deyil, həm də regionda dəyişən diplomatik atmosferin göstəricisidir. Liderlərin davranışları və "Biz indi razılığa gəlməliyik ki, ilk kim çıxış edəcək?"

15:21 201
.

Xurmanın məşhur növlərini necə seçməli, nələrə diqqət etmək lazımdır?

Xurmanın məşhur növlərini necə ayırd etmək olar, seçim zamanı nələrə diqqət etmək lazımdır və sağlam qidalanma üçün hansı meyvə daha uyğundur. xəbər verir ki, qış aylarında mağazaların piştaxtalarında bir neçə müxtəlif xurma növünə rast gəlmək olar. Onlar zahirən bir-birinə bənzəsə də, dadı, teksturas

20:00 107
.

Arutyunyan və digərləri ömürlük azadlıqdan məhrum edildi (YENİLƏNİB)

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur. Qaynarinfo-nun xəbərinə görə, qeyd edilib ki, təqsirləndirilən Bako Sahakyanın ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmasın

13:55 290
.

TOP MP3