İlk dəfə "Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı" sərgisi açılır

İlk dəfə "Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı" sərgisi açılırNoyabrın 1-də Heydər Əliyev Mərkəzində daha bir unikal sərgi - Azərbaycan tarixinə ekskursiya etdirəcək "Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı" sərgisinin açılışı olacaq.

Oxu.Az xəbər verir ki, bu, Uzun Həsənə həsr olunmuş ilk sərgidir.

Sərgidəki eksponatlar vasitəsilə görkəmli dövlət xadimi və sərkərdə Uzun Həsənin yaratdığı Ağqoyunlu dövlətinin tarixi, Azərbaycan dövlətçiliyi tarixindəki xüsusi yerini izləmək mümkün olacaq.

Ziyarətçilər bir çox nadir eksponatlar, o cümlədən İstanbuldakı Hərb Muzeyində ("Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı") saxlanılan və indiyə qədər Türkiyə hüdudlarından kənara çıxarılmayan tarixi nümunələrlə tanışlıq imkanı qazanacaqlar. Bu eksponatlar ilk dəfə Azərbaycanda təqdim olunacaq.

Qeyd edək ki, bu il Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423-1478) anadan olmasının 600-cü ildönümüdür. Sərginin "Uzun Həsən və Ağqoyunlu dövləti", "Ağqoyunlu dövlətinin daxili və xarici siyasəti", "Ağqoyunlu dövlətində mədəniyyət və incəsənət", "Sara Xatun - Azərbaycan tarixində ilk diplomat qadın", "Despinə Xatun" və digər bölmələrində Sultan Uzun Həsən haqqında, onun anası, apardığı diplomatik danışıqlar nəticəsində bir çox müharibələrin qarşısını almağa müvəffəq olmuş Sara Xatun, Uzun Həsənin öz gözəlliyi ilə insanları valeh edən həyat yoldaşı Despinə Xatun haqqında da məlumatlar yer alacaq.

Ekspozisiyadakı "Ağqoyunlu dövlətinin daxili və xarici siyasəti" bölməsində ziyarətçilərə Sultan Uzun Həsənin yürütdüyü siyasət, Ağqoyunlu dövlətini kiçik bəylikdən böyük imperiyaya çevirməyə nail olmasından danışılacaq.

Sərgidə Uzun Həsən, onun oğlu və davamçısı Sultan Yaqubun zirehləri, XV əsr Azərbaycan cəngavərlərinə aid silahlar da nümayiş etdiriləcək. Fərdi kolleksiyada saxlanılan, Uzun Həsənin qılınc və xəncərinin XV əsr texnologiyaları ilə düzəldilmiş replikaları, həmçinin dövrün hərbi ləvazimatlarından olan oxçu üzükləri də sərgidə görmək mümkün olacaq.

"Ağqoyunlu dövlətində mədəniyyət və incəsənət" bölməsinə xüsusi yer ayrılması da təsadüfi deyil. Burada Ağqoyunlu dövlətində mədəniyyət, o cümlədən memarlıq və incəsənətin inkişafını nümayiş etdirən fotoşəkillər, Topqapı Saray Muzeyi tərəfindən təqdim edilən miniatürlərin surətləri ziyarətçilərə təqdim ediləcək.

Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Gəncə tarix-diyarşünaslıq muzeyi və Azərbaycan Milli Kitabxanasının fondlarındakı Ağqoyunlu dövrünə aid eksponatlar nümayiş olunacaq.
Eksponatlar arasında 1470-80-ci illərə aid Təbriz miniatürlərinin əsasında tikilmiş Ağqoyunlu dövləti hökmdarının rəsmi geyimini də görmək mümkün olacaq. Sərgi üçün xüsusi olaraq üzərində XV əsrə aid nadir Təbriz miniatürünün təsvir edildiyi xalçalar da hazırlanıb.

Sərgidə Ağqoyunlu dövlətinə məxsus sikkələr, arxeoloji qazıntılar nəticəsində tapılan keramika nümunələri, mis əşyalar yer alacaq.

Ağqoyunlu dövrünə aid bəzi məlumatlar həm də multimedia və interaktiv vasitələrlə çatdırılacaq. İnteraktiv xəritə ilə ziyarətçilərə Ağqoyunlu dövlətinin sərhədləri, onun ərazisindən keçən ticarət yolları, şəhərləri, ən möhtəşəm tikililəri təqdim ediləcək.

Ekspozisiyanın kinozalında Uzun Həsənə həsr edilən sənədli film də nümayiş olunacaq.

Sərginin suvenir bölməsi isə ziyarətçiləri cəlb edəcək məkanlardan biri olacaq. Burada Ağqoyunlu dövləti, Uzun Həsənə həsr olunan və digər maraqlı suvenirlər təqdim ediləcək.

Qeyd edək ki, sərgi çərçivəsində Heydər Əliyev Mərkəzi tərəfindən Azərbaycan və ingilis dillərində "Ağqoyunlu dövlətinin hökmdarı - Uzun Həsən" adlı kitab da hazırlanıb.

Sərgi 2024-cü il 17 yanvar tarixinədək davam edəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 742   Tarix: 28 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Alimlər qədim adətin sirrini açıqladı: İnsanlar niyə ölülərini evdə dəfn edirdilər?

Min illər boyu dünyanın müxtəlif bölgələrində insanlar yaxınlarını qəbiristanlıqlarda deyil, yaşadıqları evlərin içində və ya həyətyanı sahəsində dəfn ediblər. Antropoloqların yeni araşdırması bu qədim ənənənin səbəblərini və onun niyə zamanla demək olar ki, tamamilə yoxa çıxdığını ortaya qoyub. Qaynarinf

30.07.2026 109
.

Gələcəyin ən çox axtarılan peşələri - Hansı ixtisaslara tələbat sürətlə artacaq? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Texnologiyanın sürətli inkişafı, süni intellektin həyatın müxtəlif sahələrinə inteqrasiyası və əmək bazarında baş verən dəyişikliklər gələcəyin ən çox tələb olunan peşələrini də formalaşdırır. Artıq bir sıra ənənəvi ixtisaslara tələbat azalarkən, bəzi peşələr üzrə kadr çatışmazlığının daha da dərinləşəcəy

30.07.2026 275
.

Argentinada helikopter qəzası: 7 nəfər öldü

Argentinanın San Xuan əyalətində meşə yanğınlarına hazırlıq təlimi zamanı "Bell 412" tipli helikopter qəzaya uğrayıb. xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb. Qəza nəticəsində helikopterdə olan 7 nəfər həyatını itirib. Ölənlər arasında San Xuan əyalətinin Mülki Müdafiə Xidmətini

30.07.2026 155
.

16 yaşlı Mədinə niyə ölüb? - Atası danışdı

"Qızım xalasıgilə qonaq getmişdi, elə ordan da evimizə acı xəbəri gəldi". Bunu Bakıvaxtı.az-a açıqlamasında Yevlaxda qida zəhərlənməsindən dünyasını dəyişən 16 yaşlı Mədinə Əzizovanın atası Xalid Əzizov söyləyib. Əzizovlar ailəsinin 4 övladı var. Dünyasını dəyişən Mədinə növbəti dərs ilind

30.07.2026 427
.

Yeni Klinikada neonatal reanimasiya üzrə simulyasiya təlimi keçirilib - FOTO

Yeni Klinikanın Tibbi Tədris - Simulyasiya Mərkəzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin anestezioloq-reanimatoloqları üçün "Neonatal reanimasiya prinsipləri, Təməl transfer qaydaları" mövzusunda simulyasiya təlimi keçirilib. Təlimin məqsədi iştirakçıların neonata

30.07.2026 232
.

Avstraliyada "Telegram"a qarşı istintaq başlanılıb

Avstraliyada "Telegram" messencerinə qarşı araşdırma başlanıb. Messencer rəhbərliyi terroru təbliğ edən paylaşımlarla yetərincə mübarizə aparmamaqda ittiham olunur. Bu barədə Reuters agentliyi məlumat yayıb. "Telegram"ın terrorçuların həyata keçirdiyi edam səhnələrini və kütləvi atışmalar

30.07.2026 146
.

Çin 582 ton ağırlığında maqnit yaratdı: Bu qurğu nə üçündür?

Çin 582 ton çəkisi olan nəhəng ifratkeçirici maqnitin sınaqlarını uğurla başa çatdırıb. Bu qurğu termonüvə reaktoru üçün indiyədək hazırlanmış ən böyük maqnit hesab olunur və ölkənin "süni Günəş" layihəsinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Qaynarinfo xəbər verir ki, "Libertatea"

30.07.2026 143
.

Ermənistan hökuməti texniki istefaya gedir

Ermənistan hökuməti yeni parlamentin iclasından əvvəl istefa verəcək. "Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında açıqlayıb. Ölkə Konstitusiyasına əsasən, Nazirlər Kabineti istef

30.07.2026 221
.

Mənzil bazarında yeni bahalaşma dalğası: Qiymətlər niyə artır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda mənzil bazarında bahalaşma davam edir. Dövlət Statistika Komitəsinin son məlumatları da göstərir ki, həm ilkin, həm də təkrar mənzil bazarında qiymətlər artım trendini qoruyub saxlayır. Bazarda müşahidə olunan bu dinamika həm ev almaq istəyən vətəndaşları, həm də investisiya məqsədilə daşınma

30.07.2026 241
.

TOP MP3