Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalıda baş tutan görüşlə bağlı məlumat yaydı

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Xocalıda baş tutan görüşlə bağlı məlumat yaydı2023-cü il sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib.

Konstruktiv mühitdə keçən görüşdə sentyabrın 21-də Yevlax şəhərində müzakirə edilmiş məsələlərin həlli istiqamətində atılan addımlardan, xüsusilə qısa müddətdə humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpasından razılıq ifadə olunub.

Qarabağın erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov bundan sonrakı mərhələdə həyata keçiriləcək tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, bəzi yaşayış məntəqələrində tənha vəziyyətdə müəyyən edilmiş erməni əsilli yaşlı sakinlərə ilkin tibbi yardım göstərilib və onlar həkim nəzarəti altında saxlanılırlar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin həmin şəxslərlə görüşünə şərait yaradılması, onların ailə üzvlərinə və ya müvafiq tibb müəssisələrinə təhvil verilməsi təklif edilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sosial-humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə rəhbərlik etdiyi işçi qrupun üzvlərinin cari fəaliyyət istiqamətlərini müəyyən etmək məqsədilə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul olan müvafiq nümayəndələrlə görüşünün təşkili və birgə işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Təklif olunub ki, Xankəndi şəhəri yaxınlığında və ya Xocalı istiqamətində qurulması təklif olunan səhra hospitalında səhiyyə xidmətləri Azərbaycan və erməni əsilli tibb heyəti tərəfindən birgə təşkil edilsin. Həmçinin Azərbaycan və erməni xidmət personalı tərəfindən mobil qida təminatı xidmətinin yaradılması təklif edilib.
Xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsinə hazırlıq ifadə olunub.

Bununla yanaşı, görüşdə Azərbaycan və erməni əsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsinin vacibliyi vurğulanıb.

Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb və bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Görülmüş işlərin yekunlarının müzakirəsi və gələcək addımları müəyyənləşdirmək məqsədilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 833   Tarix: 25 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident oyunu stadiondan izlədi - Video

Xəbər verdiyimiz kimi, bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və FIFA prezidenti Canni İnfantino final matçını izləyiblər. Qeyd edək ki, A liqasının həlledici final oyununda İspaniya millisi Çexiy

30.10.2026 158
.

"Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi

ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib. Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib. "Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir"

30.10.2026 194
.

Bu ölkədən ABŞ-a cavab: Putin uşaqları öldürən diktatordur

Diktatorlara yaltaqlanmaq yalnız alçaldılmağa gətirib çıxarır, belə olan halda azadlıq onsuz da itirilir. xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kristen Mixal deyib. "Estoniya da digər Baltikyanı ölkələr kimi, Rusiyadan gələn təhlükə barədə açıq danışır. Biz əvvəllər də bu mövqedə olmuşuq v

30.10.2026 191
.

Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib

Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav

30.10.2026 205
.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno

30.10.2026 404
.

Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind

30.10.2026 232
.

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:

30.10.2026 277
.

"İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video

"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni

30.10.2026 358
.

Böyük Qayıdışın strateji mərhələsi: Məcburi köçkünlərin doğma torpaqlara mərhələli köçürülməsi yeni reallıqlar yaradır

Azərbaycanın müasir tarixində Böyük Qayıdış prosesi dövlətçilik, milli həmrəylik və tarixi ədalətin bərpası baxımından xüsusi yer tutur. Uzun illər doğma torpaqlarından didərgin düşmüş yüz minlərlə insanın öz yurdlarına qayıtması yalnız sosial-humanitar məsələ deyil, həm də Azərbaycanın postmüharib

30.10.2026 284
.