Oğluna protokol yazdığı üçün yol polisini söyən xanım sürücü həbs olundu
Sentyabrın 23-də, saat 18:00 radələrində paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində işıqforun qırmızı işığında keçən 90-VF-024 dövlət nömrə nişanlı, "Daewoo Centra" markalı avtomobilin sürücüsü saxlanılıb.
Avtosfer.az xəbər verir ki, ərazidə xidmət aparan 99-YP-279 dövlət nömrə nişanlı patrul avtomobilinin ekipajı sürücü Kənan Elşən oğlu Quluzadə barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qərarsız protokol tərtib edib.
Protokol tərtib olunduqdan sonra Kənan Quluzadə bu barədə anasına məlumat verib. Az sonra 99-KJ-969 dövlət nömrə nişanlı, "KIA Soul" markalı avtomobillə gələn sürücünün anası yol polislərini izləyərək 99-YP-279 dövlət nömrə nişanlı patrul maşınının qarşısını kəsərək YPX əməkdaşlarını küçə söyüşləri ilə təhqir etməyə başlayıb. Xanım sürücü YPX əməkdaşlarına qarşı təhqiramiz sözlər istifadə edərək oğluna əsassız olaraq protokol yazıldığını bildirib. Yol polisi əməkdaşları bu barədə 23-cü Polis Şöbəsinə məlumat veriblər. Hadisə yerinə yaxınlaşan Post Patrul Xidmətinin əməkdaşları xanım sürücü və oğlunu bölməyə aparıblar.
Bölmədə xanım sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunub.
Həmçinin idarə etdiyi 99-KJ-969 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərin pozulması, ön və arxa faralarda plyonka olduğu, arxa şüşəsilənlərin olmadığı aşkarlanıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.3, 342.5, 342.2.4-cü maddələri ilə protokol tərtib olunub və avtomobil evakuator vasitəsilə duracağa yerləşdirilib.
Xanım sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə təqsirli bilərək barəsində 5 gün müddətində inzibati qaydada həbs qərarı çıxarıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1507 Tarix: 25 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident oyunu stadiondan izlədi - Video
Xəbər verdiyimiz kimi, bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və FIFA prezidenti Canni İnfantino final matçını izləyiblər. Qeyd edək ki, A liqasının həlledici final oyununda İspaniya millisi Çexiy
30.10.2026 158 "Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi
ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib. Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib. "Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir"
30.10.2026 194 Bu ölkədən ABŞ-a cavab: Putin uşaqları öldürən diktatordur
Diktatorlara yaltaqlanmaq yalnız alçaldılmağa gətirib çıxarır, belə olan halda azadlıq onsuz da itirilir. xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kristen Mixal deyib. "Estoniya da digər Baltikyanı ölkələr kimi, Rusiyadan gələn təhlükə barədə açıq danışır. Biz əvvəllər də bu mövqedə olmuşuq v
30.10.2026 191 Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib
Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav
30.10.2026 205 Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseyno
30.10.2026 404 Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind
30.10.2026 232 Prezident onları təltif etdi - Adlar
Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:
30.10.2026 277 "İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video
"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni
30.10.2026 358 Böyük Qayıdışın strateji mərhələsi: Məcburi köçkünlərin doğma torpaqlara mərhələli köçürülməsi yeni reallıqlar yaradır
Azərbaycanın müasir tarixində Böyük Qayıdış prosesi dövlətçilik, milli həmrəylik və tarixi ədalətin bərpası baxımından xüsusi yer tutur. Uzun illər doğma torpaqlarından didərgin düşmüş yüz minlərlə insanın öz yurdlarına qayıtması yalnız sosial-humanitar məsələ deyil, həm də Azərbaycanın postmüharib
30.10.2026 284