"Fransanın fəallıq göstərərək özünü erməni dövlətinin hamisi kimi aparması qəbuledilməzdir"-DEPUTAT
Azərbaycan uzun müddətdir Ermənistan tərəfinin təxribatlarını sülh yolu ilə həll etməyə çalışıb. Qarabağda qeyri-qanuni silahlı erməni varlığına son qoymaq və konstitusiya quruluşunu bərpa etmək məqsədilə Azərbaycan antiterror əməliyyatlarını uğurla həyata keçirdi. Bununla belə, həm Ermənistan, həm də onun himayədarı olan Fransa beynəlxalq ictimaiyyətdə əsassız rəy yaratmaqda davam edir. Bunu biz Fransa prezidenti Emmanuel Makronun fransız kanallarına verdiyi müsahibəsində açıqladığı məqamlar ilə görə bilərik. Fransa prezidenti Emmanuel Makron müsahibəsində Azərbaycanın Ermənistana qarşı mümkün hücumundan narahat olduğunu bildirib. Eyni zamanda Bakının bu ölkənin ümumi sərhədini və ərazi bütövlüyünü təhdid etdiyini deyib. Moskva və Ankaranı, eləcə də Bakını ittiham edən Makron, "Bu gün Azərbaycanla şərik olan Rusiya, bu manevrləri hər zaman dəstəkləyən Türkiyə və sərhəd tanımayan, Ermənistanın sərhədlərini təhdid edən (Azərbaycan) hökuməti var" deyib.
Bununla bağlı BiG.AZ-a danışan deputat Bəhruz Məhərəmmov bildirib ki, Azərbaycan istər Vətən müharibəsində və son 3 ildə həyata keçirilən cəza tədbirlərində, istərsə də 23 saatlıq antiterror tədbirlərində beynəlxalq hüququn prinsiplərini, BMT Nizamnaməsini, o cümlədən beynəlxalq humanitar hüququ rəhbər tutaraq hərəkət edib. Azərbaycan Prezidenti dəfələrlə rəsmən bəyan edib ki, bizim hər hansı dövlətə, o cümlədən Ermənistana ərazi iddiamız yoxdur. Ermənistan və Azərbaycan ötən ilin oktyabrında və bu ilin mayında qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyıb:
"Vətən müharibəsindən sonra Azərbaycan davamlı şəkildə sülh ritorikasına üstünlük verir. Delimitasiya, demarkasiya prosesində faktiki olaraq yeganə israrlı tərəf Azərbaycan olub. Eyni zamanda, biz antiterror tədbirlərini özümüzün beynəlxalq hüquqla tanınan ərazilərimizdə həyata keçirmişik. Azərbaycan Qarabağın erməni əsilli sakinlərinə ən yüksək səviyyədə siyasi, hüquqi və təhlükəsizlik təminatı verib".
Deputat qeyd edib ki, belə olan halda Azərbaycanın antierməni mövqeyində, habelə mümkün eskalasiya məqsədi güdməsində təqsirləndirilməsi yolverilməzdir:
"Hətta Ermənistan belə bu fikirlərdə xüsusi ehtiyatla davrandığı bir şəraitdə Fransanın fəallıq göstərərək özünü erməni dövlətinin hamisi kimi aparması qəbuledilməzdir. 30 il ərzində regionda münasibətləri gərginləşdirməyə xidmət edən Fransa bu gün regionda yenidən fəallaşmaq cəhdləri ilə regiona, ələxsus Ermənistanın özünə müsbət heç nə vəd etmir.
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1505 Tarix: 25 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDeşam dünyanın əfsanəvi klublarından birinin baş məşqçisi ola bilər
2026-cı ilin yayında ölkəsinin milli komandasının baş məşqçisi vəzifəsindən ayrılan məşhur fransız məşqçisi Didye Deşam tezliklə işə qayıda bilər. -ın xarici mediaya istinadən məlumatına görə, 2026-cı il Dünya çempionatından bəri işsiz qalan 58 yaşlı Deşam yaxın günlərdə çox cəlbedici bir təklif al
30.10.2026 228 Şəhid anası vəfat etdi
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca
30.10.2026 254 Böyük Qayıdışın strateji mərhələsi: Məcburi köçkünlərin doğma torpaqlara mərhələli köçürülməsi yeni reallıqlar yaradır
Azərbaycanın müasir tarixində Böyük Qayıdış prosesi dövlətçilik, milli həmrəylik və tarixi ədalətin bərpası baxımından xüsusi yer tutur. Uzun illər doğma torpaqlarından didərgin düşmüş yüz minlərlə insanın öz yurdlarına qayıtması yalnız sosial-humanitar məsələ deyil, həm də Azərbaycanın postmüharib
30.10.2026 284 Diplomatiyanın görünməyən tərəzisi: Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlı hörmətin sınağı
Beynəlxalq münasibətlərdə dövlətlərin bir-birinə münasibəti təkcə imzalanan sənədlərlə, verilən bəyanatlarla və keçirilən görüşlərlə ölçülmür. Bəzən protokolun ilk baxışdan adi görünən bir detalı daha geniş siyasi mənzərəni anlamağa imkan verir. Zirvə görüşündə kimin iştirak etməsi, dövləti hansı səviyyəl
30.10.2026 243 Keyfiyyətsiz internetə görə şirkətlər cərimə ediləcək - RƏQƏMLƏR
Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə uyğun göstərilməməsinə görə yeni cərimələr müəyyənləşir. "AzPolitika" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsind
30.10.2026 232 Prezident oyunu stadiondan izlədi - Video
Xəbər verdiyimiz kimi, bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və FIFA prezidenti Canni İnfantino final matçını izləyiblər. Qeyd edək ki, A liqasının həlledici final oyununda İspaniya millisi Çexiy
30.10.2026 158 Atasının vəfatından sonra bu fotonu paylaşdı
Opera müğənnisi, Əməkdar artist Azər Rzazadə ötən gün vəfat edən atası - Xalq artisti Zaur Rzayevlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, "Instagram" hesabında atası ilə birgə illər öncə çəkdirdiyi fotonu paylaşıb. Qeyd edək ki, 74 yaşlı Xalq artistinin səhhətində bi
30.10.2026 416 Bu ölkədən ABŞ-a cavab: Putin uşaqları öldürən diktatordur
Diktatorlara yaltaqlanmaq yalnız alçaldılmağa gətirib çıxarır, belə olan halda azadlıq onsuz da itirilir. xəbər verir ki, bunu Estoniyanın Baş naziri Kristen Mixal deyib. "Estoniya da digər Baltikyanı ölkələr kimi, Rusiyadan gələn təhlükə barədə açıq danışır. Biz əvvəllər də bu mövqedə olmuşuq v
30.10.2026 191 Arvadının xəyanətini görüb dəhşətli qətl törətdi
ABŞ-də xəyanətlə üzləşən kişi dəhşətli cinayət törədib. xarici mediaya istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də Kaliforniya ştatının Anahaym şəhərində qeydə alınıb. 34 yaşlı İsmayel Pinedalopes işdən evə tez qayıdarkən həyat yoldaşını 28 yaşlı Nikolas Qarsiya ilə yataq otağında görüb. Qarsiyanı
30.10.2026 281