Bu şəxslərə MÜRACİƏT EDİLDİ - 2024-cü ildə...

Bu şəxslərə MÜRACİƏT EDİLDİ - 2024-cü ildə...2024-cü ildə magistraturaya qəbul imtahanında əvvəlki illərdə olduğu kimi, bakalavrlara qapalı və açıq tipli olmaqla məntiqi təfəkkürün yoxlanılması üzrə 50, informatika üzrə 25 test tapşırığı təqdim olunacaq.

Musavat.com xəbər verir ki, bu haqda DİM məlumat yayıb.

21 sentyabr 2023-cü il tarixində paylaşılan məlumatda da qeyd edildiyi kimi, növbəti ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən bakalavrlar xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatı, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin növləri üzrə (danışıq bacarığı istisna olmaqla) kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama və ilk dəfə olaraq yazı bacarıqları əhatə olunmaqla nümayiş etdirməlidirlər. Xatırladaq ki, magistraturaya qəbul imtahanlarında 2024-cü ildən etibarən yazı bacarıqlarının yoxlanılacağı ilə bağlı məlumat hələ 2021-ci ilin sonlarında nəşr olunan "Magistr" 1 jurnalında, həmçinin sonrakı nəşrlərdə verilmişdir.

Beləliklə, 2024-cü ildə magistraturaya qəbul imtahanında xarici dil üzrə bakalavrlara:

dinləyib-anlama bacarığını yoxlamaq üçün bir dinləmə mətni (monoloq və ya dialoq) üzrə 5 tapşırıq;
oxuyub-anlama bacarığını yoxlamaq üçün iki oxu mətni üzrə cəmi 10 tapşırıq;
dil biliyini yoxlamaq üçün isə 5 test tapşırığı təqdim olunacaq.
yazı bacarıqlarını yoxlamaq üçün esse tipli yazı tapşırığı da imtahan modelinə əlavə olunur.
Oxuyub-anlama blokunda iki oxu mətninin hər biri üzrə 3 qapalı tapşırıq, dörd mülahizədən ibarət olan və onların doğru və ya yanlış olmasını müəyyən etmək tələb olunan 1 tapşırıq və 1 açıq tipli tapşırıq olmaqla, ümumilikdə 5 test tapşırığı təqdim olunur. Verilmiş fikrin doğru və ya yanlış olmasını müəyyənləşdirməyi tələb edən test tapşırıqları dünya təcrübəsində geniş istifadə olunur. Magistraturaya qəbul imtahanında bu tip test tapşırıqlarında bakalavrın mülahizələrə dair verdiyi bütün cavablar doğru olduğu hal 1 (tam) balla, 3 mülahizəyə dair verdiyi cavab doğru olduğu hal 0.5 (yarım) balla, iki və daha az mülahizəyə dair verdiyi cavab doğru olduğu hal 0 (sıfır) balla qiymətləndirilir.

Oxuyub-anlama mətnləri üzrə digər test tapşırıqları, dinləyib-anlama və dil biliyinin yoxlanılması üçün nəzərdə tutulmuş test tapşırıqlarının hər biri 1 (bir) balla qiymətləndirilir.

Esse tipli yazı tapşırığının (150 – 200 söz həcmində) ümumilikdə 5 balla qiymətləndirilməsi nəzərdə tutulur.

Nəticədə dil bloku üzrə bakalavrlar maksimum 25 balla qiymətləndirilirlər.

Dil blokunda olunan dəyişiklikləri nəzərə alaraq, magistraturaya qəbul imtahanının müddətininin 30 dəqiqə artırılması da nəzərdə tutulur.

Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrlar təqdim edilən iki esse mövzusundan birini seçməklə həmin mövzu ətrafında fikirlərini ifadə edəcəklər. Bakalavrların yazı işlərinin qiymətləndirilməsi A, B, C və D meyarlarına əsasən yoxlanılır. Burada:

A meyarı essenin mövzuya uyğunluğu, həcmi, tərkib hissələrinin (giriş, əsas hissə və nəticənin mövcudluğu və onlar arasında əlaqə (bütövlük və tamlıq), essenin publisistik üslubda olması, üslubun neytrallığı və müəllifin dəsti-xəttinin olmasını;

B meyarı mövzunun əhatə olunma səviyyəsi, fikirlərin məntiqli və inandırıcı şərhi və ya təkzibi, sübutedici mənbələrdən istifadə etməklə əsaslandırılmasını;

C meyarı müxtəlif birləşdirici vasitələrdən istifadə etməklə məntiqi rabitənin gözlənilməsi, fərqli strukturlu cümlələrdən istifadə, yol verilmiş səhvlərin (qrammatik, orfoqrafik, durğu işarələri) sayını;

D meyarı isə söz ehtiyatının zənginliyi, müxtəlif leksik vahidlərdən istifadəni və yol verilmiş səhvlərin (leksik) sayını əhatə edir.

Hər bir ekspert qiymətləndirmə zamanı yuxarıda qeyd olunmuş meyarların detallı təsvirinə istinad edir.

Qeyd 1: Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, bakalavrın özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış, həmçinin oxunulması mümkün olmayan yazı işləri "0" balla qiymətləndirilir.

Qeyd 2: A meyarı "0" balla qiymətləndirilirsə, növbəti meyar üzrə qiymətləndirmə aparılmır və yekun qiymət kimi "0" bal yazılır.

"Magistr" jurnalının 2-ci sayında yeni imtahan modeli əsasında tərtib olunmuş tapşırıqlar bakalavrlara təqdim olunacaqdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1721   Tarix: 23 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident oyunu stadiondan izlədi - Video

Xəbər verdiyimiz kimi, bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatına yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev və FIFA prezidenti Canni İnfantino final matçını izləyiblər. Qeyd edək ki, A liqasının həlledici final oyununda İspaniya millisi Çexiy

30.10.2026 158
.

Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb

Rusiyanın beşinci nəsil Su-57 qırıcısı yanıb. "UNİAN" xəbər verir ki, hadisə ötən gün "Axtubinsk" aerodromunda baş verib. Məlumata görə, mühərriklərin işə salınması zamanı texniki nasazlıq yaranıb. Bundan sonra təyyarə alovlanaraq yanıb

30.10.2026 215
.

Böyük Qayıdışın mühüm mərhələsi: Məcburi köçkünlərin doğma yurdlarına mərhələli qayıdışı dövlət siyasətinin prioritet istiqamətidir

Azərbaycanın qarşısında dayanan ən mühüm strateji vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və vaxtilə öz doğma torpaqlarından didərgin düşmüş insanların təhlükəsiz, ləyaqətli və davamlı şəkildə yurdlarına qaytarılmasıdır. Bu gün həyata keçirilən Böyük Qayıdış proses

30.10.2026 257
.

ABŞ-da iki helikopter toqquşdu: ölənlər var

ABŞ-ın Oreqon ştatında iki helikopterin toqquşması nəticəsində üç nəfər həlak olub. xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. "Oktyabrın 29-da yerli vaxtla təxminən saat 14:10-da Makminvilla şəhərinin şimalında, Emiti-Deyton şosesi ilə Krinkshenk yolunun kəsişməsi yaxınlığında "Robinso

30.10.2026 179
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

30.10.2026 427
.

Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı-Video

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən "EOS uşaq inkişaf mərkəzi"ndə azyaşlılara qarşı fiziki zorakılıqla bağlı görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğl

30.10.2026 403
.

26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümünün başlanma tarixləri açıqlanıb. -in məlumatına görə, noyabrın 1-dən etibarən ölkənin 26 dağlıq və dağətəyi rayonunda yaşayış binalarının və digər obyektlərin istiliklə təminatına başlanılacaq. Həmin ərazilərdə istilik mövsümü 2027-ci il mayın 1-də

30.10.2026 404
.

Ata-anasını öldürdü, məhkəməyə belə gətirildi

ABŞ-də qətldə ittiham olunan 31 yaşlı Daniel Consun məhkəməyə çıxarılması zamanı qeyri-adi hadisə yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Ohayo ştatının Oberlin şəhərində qeydə alınıb. Oberlin Kollecində incəsənət və fotoqrafiya professoru işləyən 64 yaşlı Pipo Nquyen-Duy və onun 5

30.10.2026 288
.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

30.10.2026 351
.