"Gözəl qadına baxmaq kişilərin ömrünü UZADIR" - Psixoloq
Alman alimləri uzun araşdırmalardan sonra müəyyən ediblər ki, qadın gözəlliyi kişilərin psixoloji durumuna müsbət təsir edən amillərdən biridir. 5 illik elmi araşdırmalar göstərib ki, gözəl qadına müntəzəm olaraq baxan kişilərin sağlamlıq göstəriciləri baxmayan həmcinslərinə nisbətən daha yaxşıdır.
Xüsusən də, onların qan təzyiqi daha aşağı olur. Alman tədqiqatçıları belə qənaətə gəliblər ki, gözəl qadınla ünsiyyətdə olmaq kişilərə özlərini yaxşı formada saxlamağa kömək edir.
Kişilər üçün qadının təkcə sifət cizgiləri deyil, həm də digər nahiyələri cəlbedicidir.
Araşdırmalar zamanı aydın olub ki, gözəl qadın sinəsi kişilərin diqqətini maqnit kimi cəlb edir. Belə ki, qadının sinəsinə 10 dəqiqəlik baxmağın sağlamlığa təsir dərəcəsi idman zalında yarım saatlıq məşqə bərabərdir. 3 dəqiqə baxmaqsa, kişilərdə insult və infarkt ehtimalını yarıya qədər azaldır. Ümumilikdə isə qadın gözəlliyini seyr etmək kişilərin ömrünü 3-4 il uzadır.
BiG.AZ bizim.media-ya istinadən bildriir ki, mövzu ilə psixoloq Gülnarə Abuzərova bildirib ki, qadın bütün gözəlliklərin alisidir:
"Qadına olan diqqət, sevgi həyata olan heyranlıqdır. Elm sübut edib ki, gün ərzində gözəl qadınlarla ünsiyyətdə olan kişilərin enerjisi daima pozitiv olur. Bu kişinin həm maddi, həm psixoloji, həm də fizioloji durumuna çox müsbət təsir edir. Bir sözlə qadın gözəlliyi kişiləri həyata daha çox bağlayır. Onlarda mübarizlik ruhunu artırır. Yada salaq ki, kişilər bir Vətən, bir də sevdikləri qadınlar üçün fikirləşmədən ölümə gedirlər".
Psixoloq əlavə edib ki, hər bir insanın ruhu, zəkası və gözü daima gözəllik axtarır:
"Bu xüsusiyyət kişilərdə daha güclüdür. Çünki, qadınlar qulaqları ilə, kişilərsə gözləri ilə sevirlər. Ona görə də kişilər gözəl qadın görəndə gözlərini ondan asanlıqla çəkə bilmirlər. Və bunu hətta ətrafda olanlar da asanlıqla müşahidə edə bilir.
Təsadüfi deyil ki, gözəl qadınla ünsiyyətdə olan kişinin xoşbəxtlik hormonu daha yüksək olur. Gözəl qadınla ünsiyyəti az olan kişilərsə daha aqressiv və bədbin olurlar. Qadın gözəlliyi qarşısında əriyən və hətta məhv olan kişilər barədə tarixdə çox faktlar olub. Ümumiyyətlə, kişilərin gözəllik haqqında düşüncəsi fərqlidir. Bəzi kişilər qadının üz cizgisinə, bəziləri bədən quruluşuna və hətta bəziləri isə qadın sinəsinə aşiq olur.
Bir sözlə, dünyanı gözəllik xilas etdiyi kimi, kişiləri həyatda saxlayan amillərdən biri də qadın gözəlliyidir. Fərhad Şirinə qovuşmaq üçün Bisutun dağını çapmağa razılıq verib.
Halbuki bir dağın bir nəfər tərəfindən yarılması mümkünsüzdür. Amma qadın gözəlliyi kişiləri hər şeyə vadar edir.
Amma unutmayaq ki, bütün gözəlliklərin zirvəsi gözəl sima yox, gözəl qəlbdir. Zahiri gözəllik nisbidir, lakin qəlbin gözəlliyi əbədidir. Ona görə də kişiləri cavan saxlayan daha çox gözəl qəlbli qadınlardır".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1306 Tarix: 23 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPeçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11.11.2026 419 Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv
Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs
06.11.2026 615 Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar
Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n
06.11.2026 421 5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?
Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama
08.11.2026 348 Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
08.11.2026 374 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
02.11.2026 1656 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür
Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. Ferrari, Lamborghini, Porsche və Bentley kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobilləri
08.11.2026 511 Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları
Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə
07.11.2026 343 Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü
İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"
10.11.2026 339