Özünü iki gün ölülüyə vuran, adını unudan qadın - O, qurbanlarını niyə zəhərləyirdi?

Özünü iki gün ölülüyə vuran, adını unudan qadın - O, qurbanlarını niyə zəhərləyirdi?BiG.AZ Kulis.az-a istinadən detektiv janrının kraliçası Aqata Kristi haqqında maraqlı faktları təqdim edir.

Aqata Kristi ingilis ədəbiyyatında detektiv janrın ən məşhur nümayəndələrindən və ən çox çap olunan yazıçılarından biridir.

O, 60 detektiv, 6 psixoloji roman, 19 hekayə toplusu nəşr etdirib. 16 pyesi tamaşaya qoyulub. Əsərləri 100 dildə çap olunub.

1890-cı il sentyabrın 15-də Britaniyanın Torki şəhərində anadan olub.

Birinci Dünya müharibəsi zamanı Aqata hərbi hospitalda tibb bacısı və əczaçı işləyir. Aptekdə işləməsi sonralar yaradıcılığında onun köməyinə gəlir, belə ki, yazdığı əsərlərində törədilən 83 cinayətdə məhz zəhərlənmədən bəhs edilir. Yazıçı bu məqamları təfərrüatı ilə təsvir edir.

Aqata Kristi iki dəfə ərdə olub. Birinci dəfə o, 1914-cü ildə təyyarəçi Arçibald Kristi ilə ailə qurur. 1926-cı ildə ondan ayrılsa da, ömrünün sonunadək onun soyadını daşıyır.

Aqata Kristinin detektiv janrına müraciət etməsinin maraqlı səbəbi var. Deyilənə görə, onun böyük bacısı Marqeritlə tez-tez mübahisəsi düşürmüş. Bacısı onun yazdıqlarını bəyənmirdi. Aqata isə sübut etmək istəyirdi ki, o, ciddi əsərlər yaza bilər. 1920-ci idə onun ilk əsəri "Staylza gizli səfər" romanı çap olunur və bu əsərlə o tanınmağa başlayır. Roman 2000 tirajla çap olunur və yazıçı 25 funt-sterlinq qonorar alır. Bu o vaxtlar böyük məbləğ hesab olunurdu. 1926-cı ildə onun ən məşhur əsərlərindən biri "Rocer Ekroydun qətli" romanı çapdan çıxır və böyük şöhrət qazanır.

Yazıçı 1926-cı ili ömrünün ən çətin ili adlandırır. Həmin il o həyat yoldaşından ayrılır, anası vəfat edir. Çoxlu borcları olduğuna görə evlərini satmalı olurlar. Onda amneziyanın əlamətləri yaranır. Bəzən adını da unudurdu. Yaşadığı stress ona bir il yazmağa imkan vermir.

Günlərin bir günü Aqata özü yoxa çıxır. İki həftə polis onun axtarışı ilə məşğul olur. Onun avtomobilini yol qırağında tapırlar. Polis bu işlə bağlı onun keçmiş əri də daxil olmaqla bir neçə nəfəri dindirir. Heç kimin ağlına da gəlməzdi ki, bütün bunları Aqatanın özü quraşdırıb. Bir növ, bu dəfə Aqata özünü "öldürmüş"dü.

Aqata istəyirdi ki, onun ölümündə əri Arçini günahkar bilsinlər. O, ərinin əzab çəkməsi barədə yazılanları oxuyub ləzzət alırdı. Əlbəttə, bir neçə gündən sonra "tapılır."

Elan olunur ki, o, yaddaşını itirib, kimliyini unudub. Aqata məşhurlaşır və jurnalistlər o qədər onun zəhləsini tökürlər ki, sonralar bir daha müsahibə vermir. Bu hadisə yazıçının "Yarımçıq portret" romanında ətraflı təsvir edilib.

Bir neçə ildən sonra yazıçı özündən 15 yaş kiçik olan arxeoloq Maks Malluenlə ailə qurur və onunla İraqa, Suriyaya gedir. O bu barədə deyirdi ki, Maks arxeoloqdur, arxeoloqlar isə qədimliyi sevirlər. Ona görə də yaşım artdıqca mən daha maraqlı görünürəm.

1934-cü ildə "Şərq ekspressində qətl" əsəri çapdan çıxır. Kristi bu romanı İstanbuldakı "Pera Palas" otelində yazıb. Yazıçının yaşadığı 411 saylı otaqda indi onun memorial muzeyi yaradılıb.

Kristinin əsər yazmaq vərdişi çox qəribə idi. Detektiv yazmaq üçün ona isti vanna və alma lazım olurdu. Saatlarla vannada oturub alma yeyərək ölüm hadisələrinin labirintini quraşdırırdı. Ondan soruşanda ki, niyə zəhərdən çox istifadə edir, cavab verirdi ki, qan içində uzanmış ölülərdən xoşum gəlmir. Silahları sevmirəm... Zəhərləmək isə o qədər asandır ki... Oxucuların hisslərinə hörmətlə yanaşdığından o heç vaxt seksual cinayətləri əsərlərinin mövzusuna çevirməyib.

İngilis ədəbiyyatında detektiv janrının ənənələrini davam etdirən Kristi iki qəhrəman obrazı yaradır: intellektual Puaro və komik kapitan Qastinqs. Üçüncü qəhrəman isə yaşlı qadın Miss Marpl idi. Ancaq daha çox sevilən obraz Puarodur. Belçikalı xəfiyyə onun 33 romanının, 54 hekayəsinin qəhrəmanıdır.

Yaradıcılığının son dövrlərində yazıçı Konan Doyl kimi yaratdığı qəhrəmanlardan yorulur. Yazdığı "Pərdə" və "Yatmış gözəl" romanlarında o, Puaronu "öldürməklə" serial romanlarını bitirmək istəyirdi. Son romanlarından birində Puaro ölür. Amma naşirlər sevimli qəhrəmanın ölümü təsvir edilən əsəri çap etmək istəmirlər.

Aqata Kristinin əsərlərinin digər qəhrəmanları da olub. Bunlardan biri polkovnik Reysdir. O, ingilis kəşfiyyatının agentidir və təhlükəli cinayətkarları axtarıb tapmaq üçün dünyanı dolaşır. Polkovnik Reys yazıçının - "Qəhvəyi kostyumlu adam", "Nildə ölüm", "Kartları açın" və "Parıldayan sianid" əsərlərində iştirak edir.

Son kitabının nəşrindən sonra o deyir: "Mən artıq borca yaşayıram. Elə bil ki, dəhlizdə oturub çağırış siqnalını gözləyirəm. Mən ölümlə görüşə hazıram...".

Və detektiv janrının kraliçası 1976-cı il yanvarın 12-də vəfat edir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1280   Tarix: 16 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11.11.2026 419
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 615
.

Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar

Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n

06.11.2026 421
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

08.11.2026 348
.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

08.11.2026 374
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1656
.

Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür

Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. Ferrari, Lamborghini, Porsche və Bentley kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobilləri

08.11.2026 511
.

Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları

Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə

07.11.2026 343
.

Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü

İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"

10.11.2026 339
.