Nigerdə xunta Fransanı müdaxilə qüvvələrini yerləşdirməkdə ittiham edir
İyulun sonunda hakimiyyəti ələ keçirdiyini elan edən Niger xuntası Fransanı sonrakı hərbi müdaxilə üçün qüvvə toplamaqda ittiham edib.
"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
Üsyançıların qurduğu Vətənin Qurtuluşu Milli Şurasının nümayəndəsi polkovnik Amadu Abdramanın sözlərinə görə, Fransa "Nigerə qarşı təcavüzə hazırlıq çərçivəsində" Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinə (ECOWAS) üzv bəzi dövlətlərdə qüvvələr yerləşdirməyə davam edir.
Xatırladaq ki, Fransa tərəfinin iyul çevrilişindən sonra devrilmiş Prezident Məhəmməd Bazuma dəstək verməsindən sonra Niameyin Parislə münasibətləri sürətlə pisləşib. Niger 1960-cı ilə qədər Fransanın müstəmləkəsi olub.
Üsyançılar daha öncə də Fransanı müdaxilə hazırlamaqda ittiham ediblər, lakin rəsmi Paris bunu təkzib edib. Avqustun 22-də "Radio Algeria" Fransanın Nigerdə hərbi əməliyyat keçirmək üçün Əlcəzairin hava məkanına çıxış tələb etdiyini, lakin Əlcəzairin bundan imtina etdiyini açıqlayıb. Paris bu məlumatı da təkzib edib. Bununla belə, Fransa Prezidenti Emmanuel Makron Nigerdə hərbi əməliyyat olacağı təqdirdə ECOWAS-a dəstək verməyə hazır olacağını deyib. Təşkilat orada konstitusiya quruluşunu bərpa etmək üçün ölkəyə qoşun yeritmək məsələsini müzakirə etsə də, indiyədək bu məsələ ilə bağlı heç bir qərar verilməyib.
Nigerdəki xunta mümkün hücumla əlaqədar ordunu hazır vəziyyətə gətirib və "könüllü səfərbərlik" elan edib. Bundan əvvəl çevrilişlərin də baş verdiyi Burkina-Faso və Mali üsyançılara dəstək verəcəklərinə söz verib.
Çevrilişdən sonra Niger Fransa ilə bütün hərbi müqavilələri pozub. Afrika ölkəsinin Ali Məhkəməsi səfir Silven İtteni diplomatik toxunulmazlıqdan məhrum edib və onun dərhal ölkədən çıxarılmasını təsdiqləyib. Sentyabrın 5-də "Le Monde" mənbələrə istinadən yazıb ki, Paris Niger xuntası ilə qoşunlarının bir hissəsinin ölkədən çıxarılmasını müzakirə etməyə başlayıb. Afrika ölkəsindəki üç bazada təxminən 1 500 fransalı hərbçi mövcuddur. Rəsmi Paris əvvəllər belə bir ehtimalı istisna edirdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 606 Tarix: 10 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTarixi ədalətin bərpası uğrunda haqq savaşı
Ali Baş Komandan, Prezident İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçildiyi 2003-cü ildən bəri millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlı
15:26 193 Noyabrda 11 gün İŞ OLMAYACAQ - TARİXLƏR
Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq. xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsin
18:45 104 Avropada sərt qış vəd edən qədim təqvim
XVII əsrə aid müşahidələr əsasında tərtib edilən alman 100 illik təqvimi qarşıdan gələn qışın şaxtalı və qarlı keçəcəyini proqnozlaşdırır. Lakin müasir iqlim modelləri bunun əksinə olaraq, qış aylarının nisbətən mülayim və yağıntılı olacağını göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "Agroforum"
13:57 193 Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. Qaynarinfo xəbər verir ki, bununla bağlı elm və təhsil nazir
12:13 228 Keçmişdə qalan münaqişə
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. 1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə başlamış bu münaqiş
15:25 161 Putin nümayəndəsindən Avropa ilə bağlı diqqətçəkən açıqlama
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, Rusiya Prezidenti Vladimir Putinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropada vəziyyətin yaxşı olmadığını bildirib. xəbər verir ki, Dmitriyev bu açıqlamanı Polşada baş verdiyi iddia edilən çevrili
10:55 222 Azərbaycanda "Apple" istifadəçilərinin hesabları KÜTLƏVİ ŞƏKİLDƏ ƏLƏ KEÇİRİLİR
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi məlumat yayıb. Bildirilib ki, "iOS", "iPadOS" və "macOS"
16:30 193 Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq
Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan halla
19:00 61 Abramoviçin Bakıdan fotosu - Bu dəfə tək deyil
Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıdadır. "Qafqazinfo" xəbər verir ki, o, paytaxtımızda sevgilisi kimi təqdim edilən ukraynalı model Natalya Qotsiylə birlikdə görüntülənib. -ın məlumatına görə, Abramoviçin Bakıya səfərinin "Baku International Art Festival" (BIAF) ilə əlaqəl
11:07 266