Azərbaycanın növbəti qələbəsi: Ağdam-Xankəndi yolu işə düşür

Azərbaycanın növbəti qələbəsi: Ağdam-Xankəndi yolu işə düşürAzərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrildi.

"Report" xəbər verir ki, bu yolla ermənilərə ərzaq yükü çatdırılacaq.

Bu, Bakının növbəti qələbəsidir, çünki Qarabağa qida və digər zəruri mallar məhz bölgənin tamhüquqlu və suveren sahibi - Azərbaycanın ərazisindən keçməklə göndəriləcək.

Azərbaycan Qarabağda yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi yenidən inteqrasiyasında qərarlı olduğu üçün Ermənistan da ölkəmizin daxili işlərinə qarışmamalı, erməni azlıqların inteqrasiyasına xələl gətirməməli, separatizmi qızışdırmayaraq öz öhdəliklərinə ciddi şəkildə riayət etməlidir.

Qeyd edək ki, Azərbaycan Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını daimi olaraq öz üzərinə götürməyə hazırdır. Buna görə də Ağdam-Xankəndi yolu ilə humanitar missiyanın reallaşdırılması Qarabağ ermənilərinin cəmiyyətimizə reinteqrasiya prosesinin sürətləndirilməsinə kömək edəcək, həmçinin bölgəni hərbisizləşdirməklə dayanıqlı sülhün təmin olunmasına təkan verəcək.
Bundan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) də malları Ağdam-Xankəndi yolu vasitəsilə daşınacaq. Laçın yolu isə yalnız sözügedən marşrut işə düşənə kimi BQXK-nın malları üçün açıqdır. Belə ki, Laçın yolunda Azərbaycanın gömrük-hüquqi rejimi fəaliyyət göstərir.

Bildirək ki, Ağdam marşrutunun açılışı Bakının Qarabağdakı Ermənistan tərəfindən dəstəklənən və maliyyələşdirilən bütün erməni silahlı dəstələrinin çıxarılması barədə tələblərini ləğv etmir.

Xatırladaq ki, münaqişədən əvvəl Bakı-Ağdam-Xankəndi-Şuşa avtomobil yolu və Bakı-Ağdam-Xankəndi dəmir yolu xətti Qarabağın inkişafında önəmli rol oynayıb. Münaqişə dövründə dəmir yolu xətti sıradan çıxsa da, hazırda avtomobil yolu ilə gediş-gəliş tamamilə mümkündür. Ona görə də, ermənilərin hər hansı bəhanəsinə yer yoxdur. Bu bölgə Azərbaycanın ərazisi olduğu üçün artıq bütün kommunikasiyalar məhz dövlətimizin vasitəsilə həyata keçirilməlidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1265   Tarix: 10 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Natiq Fərzəliyev əməliyyat olundu

Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə

11:51 261
.

Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq

Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan halla

19:00 74
.

Budanov Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir

Ukrayna ABŞ və Rusiya ilə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov amerikalı senatorlarla onlayn formatda keçirilən görüşün yekunlarına dair öz "Telegram" kanalında bildirib

19:50 0
.

"44" filminin kinoteatr nümayişində rekord izləyici

Ölkə kinoteatrlarında nümayiş olunan "44" bədii filmi ilk gündən böyük tamaşaçı marağı ilə qarşılanıb və qısa müddətdə rekord izləyici sayı qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, 15 gün ərzində "44" filmini 122 min tamaşaçı izləyib. Bu, Azərbaycan kino tarixində kinoteat

14:17 184
.

Azərbaycanda "Apple" istifadəçilərinin hesabları KÜTLƏVİ ŞƏKİLDƏ ƏLƏ KEÇİRİLİR

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi məlumat yayıb. Bildirilib ki, "iOS", "iPadOS" və "macOS"

16:30 197
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

16:05 309
.

Arzuladığı Nobel mükafatı həyat yoldaşına qismət ola bilər

ABŞ-nin birinci xanımı Melaniya Tramp Oleşkidə humanitar atəşkəsin əldə olunmasında mühüm rol oynayıb ki, bu da potensial olaraq onun, həyat yoldaşı Donald Trampın çoxdan arzuladığı Sülh üzrə Nobel Mükafatına yolunu açır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Telegraph" nəşr

10:17 241
.

İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı

ABŞ-nin Tennessi ştatında iki doza ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı edam məhkumu Krista Payk yaşadığı qorxunc təcrübə haqda ilk dəfə danışıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanada uzunmüddətli müalicədən sonra həbsxanaya qaytarılan Payk hər gün şiddətli fizik

19:10 67
.

Gəncədə "BakuBus"un avtobusu qəza törətdi - Foto

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə şəhərin F. Xoyski ilə Rüzigar Qasımov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, 19 saylı marşrut üzrə hərəkət edən "BakuBus"a məxsus avtobus KIA markalı minik maşını ilə toqquşub

15:05 168
.