Bir qəhvənin niyə 40 il xətri olurmuş? - Belə yaranıb
Türkiyədə çox işlənən "Bir qəhvənin 40 il xətri olar" məsəli artıq bizim dilimizdə də işlənir. Yaxşılığın unudulmaması, illər keçsə də, cavabının olacağı anlamına gəlir. Bəs bu məsəl necə yaranıb, arxasında hansı həyat hekayəsi dayanır?
Lent.az "Belə yaranıb" rubrikasında tarixin tozlu səhifələrini vərəqləyir.
İstanbulun Eminönü məhəlləsində Yemiş limanı deyilən yerdə balaca bir qəhvəxana varmış. Bura hər sinifdən insanlar, xüsusən də, gəmi kapitanları, balıqçılar gələr, dadlı türk qəhvəsi içə-içə uzun-uzun söhbətlər edirmişlər.
Bir gün məkana bir yeniçəri gəlir. Türk sultanının ordusunda yeniçərilər xüsusi nüfuzları ilə seçilir, bir sözləri iki edilmirdi. Ətrafa nəzər salan yeniçəri içəridə bir rumlu (adətən balkan yarımadasından olanlara və yunanlara rumlu deyilirdi) gəmi kapitanının da oturduğunu görür və ucadan qəhvəxananın sahibinə deyir.
"Hamıya məndən bir qəhvə ver, rumluya vermə!".
Qəhvəçi hamıya qəhvə paylayır, ən sonda özünə və rumluya da bir fincan süzüb gəlib onunla eyni masada oturur. Yeniçəri qəzəblə, "Ona vermə, demədimmi?" söyləyəndə, dükan sahibi "Bu mənim ona hədiyyəmdir, mən qonaq edirəm" deyir və rumlu ilə söhbətinə davam edir ki, adamın könlü qırılmasın.
Bu hadisələrin üstündən düz 40 il keçir. Yunan və türklərin ortaq yaşadığı Susam adasında başlayan rum üsyanı alovlanır, rumlular xeyli türkü əsir alırlar və onların içərisində həmin yaşlı qəhvəxana sahibi də olur. Əsir bazarına çıxarılan qəhvəçini yaşlı bir rumlu satın alır və onu azadlığa buraxır. Türk bunun səbəbini anlamayanda rumlu "Mənə 40 il öncə bir fincan qəhvə vermişdin. Hər kəsin içində qürurum sınmasın deyə çox yaxşı davranmışdın, mən bunu unutmadım. Səni də görən kimi tanıdım", deyir.
Bax beləcə, "Bir qəhvənin 40 il xətri olar" misalı dildən dilə düşüb və gəlib bu günümüzə çatıb.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1348 Tarix: 10 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPeçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11.11.2026 419 Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv
Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs
06.11.2026 615 Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar
Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n
06.11.2026 421 5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?
Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama
08.11.2026 348 Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
08.11.2026 374 Dezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
02.11.2026 1656 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür
Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. Ferrari, Lamborghini, Porsche və Bentley kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobilləri
08.11.2026 511 Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları
Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə
07.11.2026 343 Sevgili tapmağın ən çətin olduğu iki yaş dövrü
İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"
10.11.2026 339