Yaponlar Fukusima AES-dən suyun axıdılmasını dayandırmağı tələb edirlər

Yaponlar Fukusima AES-dən suyun axıdılmasını dayandırmağı tələb edirlərYaponlar məhkəmə yolu ilə Fukusima Atom Elektrik Stansiyasından (AES) suyun axıdılmasını dayandırmağı tələb ediblər.

Təxminən 150 nəfərin imzaladığı ilk iddia ərizəsi Fukusima AES-dən suyun axıdılmasının dayandırılması tələbi ilə Yaponiya məhkəməsinə təqdim edilib. İddia tələbində suyun buraxılmasının vətəndaşların dinc yaşamaq hüquqlarını pozduğu və balıq ovu ilə məşğul olanların biznesinin bərpası prosesini çətinləşdirdiyi deyilir.

Fukusima və Miyaqi prefekturalarının sakinləri suyun axıdılması üçün quraşdırılmış qurğulara dair nüvə tənzimləmə orqanlarının təsdiqinin ləğvini və suyun axıdılmasına qadağa qoyulmasını istəyirlər.

Sentyabrın əvvəlində "Fukusima-1" AES-in operatoru suyun axıdılması başlanandan bəri ilk dəfə dəniz suyunda tritium aşkar edib. Onun konsentrasiyası litr başına 10 bekkerel təşkil edib, bu da aşkarlama səviyyəsinin aşağı həddidir. İcazə verilən norma bundan min dəfə yüksəkdir və bir litr üçün 10 min bekkerel təşkil edir. Operator konsentrasiya 7000 bekkerelə çatdıqda suyun axıdılmasını dayandırılacağını vəd edib.

AES-dən axıdılan su reaktorları soyutmaq üçün istifadə olunurdu. Onun ümumi həcmi 31,2 min ton təşkil edir.
Xatırladaq ki, daha əvvəl Yaponiyanın kənd təsərrüfatı, meşə və balıq ovu naziri Tetsuo Nomura "Fukusima" AES-dən okeana axıdılan suyu "zəhərlənmiş" adlandırdığına görə ictimaiyyətdən üzr istəməli olub. Bu addımı ondan ölkə hökumətinin başçısı Fumio Kisida tələb edib.

Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsinin okeanologiya kafedrasının baş müəllimi Sergey Muxametov bildirib ki, uzun illər ərzində kiçik dozalarda tritium istifadəsinin hansı nəticələrə gətirib çıxaracağı barədə alimlər hələlik dəqiq nəticəyə gəlməyiblər. Bununla belə, o qeyd edib ki, suda bu maddənin, hətta az konsentrasiyası belə xərçəng riskini beş dəfədən çox artıra bilər.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 710   Tarix: 09 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Natiq Fərzəliyev əməliyyat olundu

Aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb. O, özəl xəstəxanaların birində əməliyyat olunub. Natiq Fərzəliyev Qaynarinfo-ya açıqlamasında hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:. "Hələ özümə tam gəlməmişəm, amma həkimlər əməliyyatın uğurla keçdiyini deyib. Ayaq damarlarımda problemlə

11:51 261
.

Kredit götürənlərə pis xəbər! - Bu yaşda olanlar sığortalanmayacaq

Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, bəzi kateqoriyalara aid şəxslər, sığorta müqaviləsində ayrıca təminat nəzərdə tutulan halla

19:00 74
.

Budanov Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir

Ukrayna ABŞ və Rusiya ilə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov amerikalı senatorlarla onlayn formatda keçirilən görüşün yekunlarına dair öz "Telegram" kanalında bildirib

19:50 0
.

"44" filminin kinoteatr nümayişində rekord izləyici

Ölkə kinoteatrlarında nümayiş olunan "44" bədii filmi ilk gündən böyük tamaşaçı marağı ilə qarşılanıb və qısa müddətdə rekord izləyici sayı qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, 15 gün ərzində "44" filmini 122 min tamaşaçı izləyib. Bu, Azərbaycan kino tarixində kinoteat

14:17 184
.

Azərbaycanda "Apple" istifadəçilərinin hesabları KÜTLƏVİ ŞƏKİLDƏ ƏLƏ KEÇİRİLİR

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi məlumat yayıb. Bildirilib ki, "iOS", "iPadOS" və "macOS"

16:30 197
.

Nazir məktəblərlə bağlı ƏMR İMZALADI: Dəyişiklik EDİLDİ

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub. xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emi

16:05 309
.

Arzuladığı Nobel mükafatı həyat yoldaşına qismət ola bilər

ABŞ-nin birinci xanımı Melaniya Tramp Oleşkidə humanitar atəşkəsin əldə olunmasında mühüm rol oynayıb ki, bu da potensial olaraq onun, həyat yoldaşı Donald Trampın çoxdan arzuladığı Sülh üzrə Nobel Mükafatına yolunu açır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Telegraph" nəşr

10:17 241
.

İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı

ABŞ-nin Tennessi ştatında iki doza ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı edam məhkumu Krista Payk yaşadığı qorxunc təcrübə haqda ilk dəfə danışıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanada uzunmüddətli müalicədən sonra həbsxanaya qaytarılan Payk hər gün şiddətli fizik

19:10 67
.

Gəncədə "BakuBus"un avtobusu qəza törətdi - Foto

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə şəhərin F. Xoyski ilə Rüzigar Qasımov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, 19 saylı marşrut üzrə hərəkət edən "BakuBus"a məxsus avtobus KIA markalı minik maşını ilə toqquşub

15:05 168
.