Eyni binada müəmmalı intiharlar: Qızlardan birinin meyiti soyuq olub - FOTO/VİDEO
Xırdalanda 15 gün ərzində iki yeniyetmə qız eyni binadan düşərək ölüb.
Qızlardan biri 16 yaşlı Şəms Müzəffərzadə, digəri ondan cəmi bir yaş kiçik Şəbnəm Abdullah qızı Omiddir.
Sözügedən hadisələr sosial şəbəkələrə ciddi müzakirələrə yol açıb. Qeyd edilir ki, yeniyetmələrin heç biri hadisə baş verən binanın sakini deyil.
Hətta ölümlərlə əlaqədar ciddi iddialar da səsləndirilir. Sosial şəbəkə istifadəçiləri, binanın sakini olduğunu deyən şəxslər məsələyə şərh bildirərək qızların cinayət qurbanı olduğunu deyirlər.
"Qafqazinfo" məsələnin aktuallığını nəzərə alıb hadisə baş verən yerə gedib. Məlum olub ki, Şəbnəm Xırdalanda başqa binada yaşayıb. Şəms isə Abşeron rayonunun, Hökməli qəsəbə sakini olub. Öyrəndik ki, qızların hər ikisinin cəsədi yaşayış kompleksinin 41 saylı binasının qarşısında aşkar edilib. Amma onların konkret olaraq neçənci mərtəbədən düşdükləri bilinmir. Bina təhlükəsizlik kameraları ilə izlənilir, amma kameralar 8-ci mərtəbədən yuxarını qeydə ala bilmir.
Sakinlərlə söhbətimizdən aydın olub ki, ardıcıl baş verən müəmmalı hadisələr onlarda narahatlıq yaradıb.
Əraziyə çatan kimi ilk maraqlandığımız şəxs isə qızlara hazırlıq keçən müəllim olub. Marağımızın səbəbi isə qızların binaya müəllim yanına gəlmələri barədə sosial şəbəkələrdə yayılan məlumatlar olub. Qonşularla söhbətimizdən aydın oldu ki, hadisə baş verən binada, ümumiyyətlə, hazırlıq keçən müəllim yoxdur, qızlar da binaya o məqsədlə gəlməyiblər.
Ən müəmmalı məqam isə qızlardan biri - Şəms Müzəffərzadənin, ümumiyyətlə, Xırdalan şəhəri ilə əlaqəsinin olmamasıdır. Şəms Hökməli qəsəbəsində yaşayır. O, səhər saat 6-7 radələrində velosipedlə hadisə yerinə gəlib. Yuxarı qalxdıqdan bir az sonra isə binanın 8-ci mərtəbəsinin ümumi dəhlizindən yerə düşüb.
Şəmsdən 12 gün sonra Şəbnəm də bənzər ssenari ilə binaya daxil olur, bir müddət sonra dəhlizdən yerə düşür. Sakinlərin iddiasına görə, Şəbnəm yerə düşdükdən sonra onun meyiti soyuq olub. Bu isə onun əvvəlcədən öldürülməsi ehtimalını istisna etmir.
Bütün deyilənlər isə iddialardır. Fakt isə odur ki, iki yeniyetmə qız müəmmalı şəkildə binadan düşərək ölüb. Təsadüfi intihar da ola bilər, cinayət də. Müstəntiqin isə qarşısında çox sual dayanır, qalır bunlara cavab tapmaq.
İstintaqın gedişi ilə bağlı Baş Prokurorluğa da sorğu ünvanladıq.
Qurumun mətbuat xidmətindən bildirildi ki, Şəms Müzəffərzadə və Şəbnəm Abdullah qızı Omidin ölümü ilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. Prokurorluq əməkdaşları hadisə yerində olublar, ekspertiza təyin edilib.
Hazırda iş üzrə zəruri ibtidai istintaq hərəkətləri davam etdirilir. İstintaqın gedişindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2741 Tarix: 01 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
ABŞ-nin Tennessi ştatında iki doza ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı edam məhkumu Krista Payk yaşadığı qorxunc təcrübə haqda ilk dəfə danışıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanada uzunmüddətli müalicədən sonra həbsxanaya qaytarılan Payk hər gün şiddətli fizik
31.10.2026 235 Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? - AÇIQLAMA
Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra paytaxtda taksi qiymətləri kəskin artıb. Sərnişinlərin sözlərinə görə, əvvəllər 5 manata getdikləri məsafəyə görə indi 12 manat ödəməli olurlar. Bu artımın əsası nədir? Digə
00:11 127 Göygöldə avtomobil dərəyə aşıb: Xəsarət alan var
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, minik avtomobilin idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü, 1963-cü il təvəllüdlü T.Yolçuyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır
31.10.2026 202 Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31.10.2026 184 15 yaşlı Məryəmin cəsarəti, alovların içindən uşağı xilas etdi - Milyonluq mükafat! - VİDEO
Dağıstanın Xasavyurt şəhərində 15 yaşlı məktəbli Məryəm Akavova yanan avtomobildə köməksiz qalan azyaşlı uşağı ölümdən xilas edib. Yeniyetmənin göstərdiyi cəsarət böyük əks-səda doğurub. xəbər verir ki, hadisə oktyabrın 27-də baş verib. Şəhərin 5 nömrəli məktəbinin 9-cu sinif şagirdi Məryəm küçədən keçərkə
01:08 0 Budanov Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir
Ukrayna ABŞ və Rusiya ilə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov amerikalı senatorlarla onlayn formatda keçirilən görüşün yekunlarına dair öz "Telegram" kanalında bildirib
31.10.2026 204 Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev tutduğu vəzifədən azad edilib. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə o, Aran Regional Mərkəzinə rəis təyi
31.10.2026 220 Azərbaycanda "Apple" istifadəçilərinin hesabları KÜTLƏVİ ŞƏKİLDƏ ƏLƏ KEÇİRİLİR
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi məlumat yayıb. Bildirilib ki, "iOS", "iPadOS" və "macOS"
31.10.2026 245 "TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı
Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur. Qeyri-rəsmi hesabda yayılan materialın dövlət başçısının şəxsi paylaşım
31.10.2026 169