"Azərbaycan bütün imkanlarda, bölgədə sülhə və sabitliyə xidmət edən davamlı jestlərdən çəkinmir"-AÇIQLAMA
Vətən müharibəsindən sonra Azərbaycan prezidentinin təşəbbüsü ilə başlanan və səyləri ilə davam edən sülh prosesi bu günə qədər yalnız Ermənistanın qeyri-konstruktiv davranışları, qərbin regionda sülh və sabitlik əleyhinə fəaliyyətləri ilə ləngiyir. Cənab Prezident bu günə qədər bütün dialoqlara açıq olub. İstər Moskva prosesi, istər Brüssel və Vaşinqton proseslərində müzakirə mövzusu, həm Azərbaycanın, həmdə Ermənistanın milli maraqlarının təmin olunmasına, beynəlxalq hüququn aliliyinin təsbitlənməsinə yönəlib.
Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Bəhruz Məhərrəmov deyib ki, nə Ermənistan, nə də onun havadarları mövcud sülh və sabitlik istiqamətində irəliləyən status-kvonu qəbul etmək istəmir: "Burada əsas məqsəd, regionda Ermənistanın işğal və təcavüzkar niyyətlərinin realizə olunmasıdır. Vətən müharibəsindən sonra gücünü artıran qalib Azərbaycanın bu proseslərə nə rəvac verilməsinə, nə də bu prosesdə istiqamətlərin inkişaf etdirilməsinə icazə vermək niyyəti yoxdur. Azərbaycan bütün fürsətlərdə, bütün imkanlarda, bölgədə sülhə və sabitliyə xidmət edən davamlı jestlərdən çəkinmir. Milli nifrət aşılayan və Azərbaycanın dövlət bayrağı ilə bağlı təhqiramiz hərəkətlər etdiyinə görə saxlanılan erməni futbolçularına münasibətdə hüququn kifayət qədər humanist yanaşmasını nümayiş etdirdik. Məhkəmə səmimi peşmançılığı, o cümlədən həmin futbolçuların yaşını nəzərə alaraq onlara kifayət qədər humanist yanaşma nümayiş etdirdi. Cinayət təbiqinə xitam verildi və şəxslər barəsində inzibati tənbeh tətbiq olundu. Eyni zamanda, Azərbaycanın Qızıl Aypara Cəmiyyəti Qarabağın erməni əsilli sakinlərinə humanitar yardım dolu yük maşını göndərdi. Bütün bunlar Azərbaycanın xoş niyyətinin ifadəsidir. Azərbaycan reinteqrasiyanın mümkün qədər tez başa çatmasını, eyni zamanda bölgədə Ermənistan və Azərbaycan arasında sağlam ümumbəşəri dəyərlərə sadiq münasibətlərin qurulmasını arzu edir".
Qeyd edək ki, Ermənistan tərəfi məkrli siyasətlərini davam etdirmək məqsədilə, saxta və yalan bəyanatlar yaymağa davam edir. Ermənistan hakimiyyətti və havadarları regionda ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün ciddi manealər yaradır. Deputat nəzərə çatdırıb ki, istər Azərbaycanla Ermənistan arasında şərti sərhədlərdə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə artmaqda olan təxribatlar göstərir ki, bölgədə Ermənistanın sabitlik niyyəti yoxdur: Azərbaycanın da özünün planları, prioritetləri var. Əgər cənab Prezident dediyi kimi sülh olacaqsa biz bunu arzu edirik. Əgər sülh olmayacaqsa, Ermənistan artıq bizim sülh niyyətlərimizə mane olmaqda, təxribat törətmək də davam edəcəklərsə, o zaman, sərhədlərin delimitaiya və demarkasiya prosesini, istər kommunikasiya xəttləri məsələsini öz gücümüz hesabına edəcəyik. Necə ki Vətən müharibəsində beynəlxalq hüququn aliliyini biz özümüz möhtərəm cənab Prezidentin rəhbərliyi altında təmin etdik. Eləcə də sonrakı prosesləri həyata keçirməyə Azərbaycanın gücü, imkanları və siyasi nüfuzu kifayət qədər imkan yaradır".
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1123 Tarix: 29 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA
"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl
00:13 121 15 yaşlı Məryəmin cəsarəti, alovların içindən uşağı xilas etdi - Milyonluq mükafat! - VİDEO
Dağıstanın Xasavyurt şəhərində 15 yaşlı məktəbli Məryəm Akavova yanan avtomobildə köməksiz qalan azyaşlı uşağı ölümdən xilas edib. Yeniyetmənin göstərdiyi cəsarət böyük əks-səda doğurub. xəbər verir ki, hadisə oktyabrın 27-də baş verib. Şəhərin 5 nömrəli məktəbinin 9-cu sinif şagirdi Məryəm küçədən keçərkə
01:08 0 Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib
İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı ayətullah Seyid Müctəba Xamenei, coğrafi mövqeyindən asılı olmayaraq, düşmən tərəfindən gələn istənilən potensial təhdidlərə dərhal və effektiv cavab verilməsini tapşırıb. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə Xameneinin İsla
31.10.2026 206 Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü
Sumqayıtda məktəbli qız küçədə döyülüb. -a istinadla xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində, binalardan birinin arxasında qeydə alınıb. 18 yaşlı Samir Musayev (şərti adla) sevgi münasibətlərində olduğu 15 yaşlı Mahirə Bağırovanın (şərti adla) baş nahiyəsinə yumruqla möhkəm zərbə vurub. Nəticəd
31.10.2026 271 Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb
Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu
31.10.2026 195 31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Həkim Orxan Cəfərov vəfat edib. -ın bölgə müxbirinin verdiyi məlumata görə, Göyçay şəhər sakini, 1995-ci il təvəllüdlü Cəfərov Orxan Çingiz oğlu xərçəng xəstəliyindən vəfat edib. Onun İranda müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişdiyi bildirilir. Xatırladaq ki, mərhum subay idi və rayond
00:25 114 Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund
31.10.2026 136 Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
00:23 107 İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
ABŞ-nin Tennessi ştatında iki doza ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı edam məhkumu Krista Payk yaşadığı qorxunc təcrübə haqda ilk dəfə danışıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanada uzunmüddətli müalicədən sonra həbsxanaya qaytarılan Payk hər gün şiddətli fizik
31.10.2026 235