ISW: Ukrayna cənubdakı ikinci müdafiə xəttinə hücum etmək üçün yetərincə irəliləyib
Ukrayna qüvvələri Rusiyanın ikinci müdafiə xəttinə hücum etmək üçün cənubda yetərincə irəliləyib.
"Report" xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri gəlib.
Onların qənaətincə, Ukrayna hərbçiləri Zaporojye vilayətinin qərbində yeni taktiki əhəmiyyətli uğurlara imza atıblar.
Analitiklər mətbuata istinadən bildirirlər ki, Ukrayna qüvvələri indi Rusiyanın müdafiə mövqelərinin ən çətin hissəsində irəliləyir.
Avqustun 25-də yayılan geolokasiya ilə təsdiqlənmiş görüntülərdə Ukrayna qoşunlarının Novoprokopivka (Orixivdən 13 kilometr cənubda) ərazisində 1,5 kilometr irəlilədiyi göstərilir. Eyni zamanda, ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli Ukrayna qüvvələrinin hazırda Rusiyanın müdafiə istehkamlarının əsas kompleksinə hücum etdiyini bildirib. Bundan əlavə, avqustun 26-da "Reuters" agentliyi ukraynalı komandirə istinadən yazıb ki, bu ərazidə Rusiya müdafiəsinin ən çətin xətti yarılıb və indi hərbçilər daha sürətlə hərəkət edə biləcəklər.
ISW qeyd edir ki, Ukrayna qüvvələri indi Rusiyanın hazırladığı müdafiə mövqelərinin növbəti seriyasını vurmaq üçün yetərincə irəliləyib.
Hazırda Ukrayna qoşunlarının irəlilədiyi mövqelər minalanmış sahələr və istehkamlardan ibarətdir ki, Rusiya komandanlığı onları tutmaq üçün əhəmiyyətli qüvvə və texnika cəlb edib. Qarşısında hazırda Ukrayna qoşunlarının dayandığı müdafiə istehkamları, yəqin ki, tankəleyhinə xəndəklər kompleksindən, "əjdaha dişləri"ndən və əlavə mina sahələrindən ibarətdir ki, bu, birinci müdafiə xəttinə çox bənzəyir. Bununla belə, ISW bu mövqelərin əvvəlkilərdən daha az müdafiə oluna biləcəyini güman edir.
Qeyd olunub ki, Rusiya müdafiə xətlərinin hər biri irəli və arxa mövqeləri ilə bir neçə səviyyəyə malikdir və bütövlükdə Ukraynanın cənubundakı ayrı-ayrı Rusiya müdafiə mövqelərinin arxa zonaları ilə Rusiya müdafiəsini qarışdırmamaq vacibdir.
Bu müdafiə xətləri həm də o mənada şərtidir ki, Rusiyanın hazırladığı mövqelər tam heyətlə təchiz olunmayıb və cəbhənin sektorundan asılı olaraq fərqlənir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1076 Tarix: 27 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCavid Abdullayev: "Startap ekosistemi formalaşdırmaq dayanıqlı enerji təchizatı olmadan mümkün deyil"
Startap ekosisteminin formalaşması dayanıqlı enerji təchizatı olmadan mümkün deyil. "Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterpris
31.10.2026 154 Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib
İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı ayətullah Seyid Müctəba Xamenei, coğrafi mövqeyindən asılı olmayaraq, düşmən tərəfindən gələn istənilən potensial təhdidlərə dərhal və effektiv cavab verilməsini tapşırıb. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə Xameneinin İsla
31.10.2026 206 Hər ay əlavə pensiya alacaq şəxslərin SİYAHISI AÇIQLANDI
Azərbaycanda bir sıra əmək pensiyaçılarının pensiyalarına aylıq sabit məbləğdə əlavələrin edilməsi nəzərdə tutulur. Bəs bu əlavələr kimlərə şamil olunacaq və məbləğ nə qədər olacaq?. xəbər verir ki, deputat Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, "Əmə
00:07 122 Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"
Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"
31.10.2026 196 İordaniya sərhədçiləri Suriyadan silahlı qrupun ölkəyə keçid cəhdinin qarşısını alıb
İordaniya sərhədçiləri 14 silahlı şəxsin Suriya tərəfdən krallıq ərazisinə daxil olmaq cəhdinin qarşısını alıblar. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin bəyanatında bildirilib. İnsident oktyabrın 30-u ölkənin şimalında ba
31.10.2026 189 Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…
Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də
00:23 107 COP18-ə ev sahibliyi edəcək ölkə bilindi
Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni
31.10.2026 211 Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
Azərbaycanda "Pulsuz hüquqi yardım haqqında" yeni qanun qəbul ediləcək. Qanunda pulsuz hüquqi yardım göstərən vəkillər üçün yeni öhdəliklər müəyyənləşdiriləcək. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb
31.10.2026 135 15 yaşlı Məryəmin cəsarəti, alovların içindən uşağı xilas etdi - Milyonluq mükafat! - VİDEO
Dağıstanın Xasavyurt şəhərində 15 yaşlı məktəbli Məryəm Akavova yanan avtomobildə köməksiz qalan azyaşlı uşağı ölümdən xilas edib. Yeniyetmənin göstərdiyi cəsarət böyük əks-səda doğurub. xəbər verir ki, hadisə oktyabrın 27-də baş verib. Şəhərin 5 nömrəli məktəbinin 9-cu sinif şagirdi Məryəm küçədən keçərkə
01:08 0