"Koronavirusun daha təhlükəli ştamlar şəklində mutasiya etmək ehtimalı var" - ŞƏRH
"Koronavirus infeksiyasının başladığı müddətdən indiyə qədərki proseslərə diqqət yetirdikdə bəlli olur ki, virus davamlı şəkildə mutasiya keçirir. Bu mutasiyalar yoluxma sayının artması və xəstəliyi törətmə intensivliyinin enməsi istiqamətində baş verir".
Bu fikirləri Oxu.Az-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib. O qeyd edib ki, davamlı mutasiyaların nəticəsində koronavirus hazırda yuxarı tənəffüs yollarında xəstəlik törədən, amma insan orqanizmi üçün əvvəlki qədər ciddi təhlükəli patologiyalar yaratmayan xəstəliyə çevrilib:
"Bu onu göstərdi ki, mutasiyalar artıq insan orqanizmi tərəfindən qəbul olunan və tipik yuxarı tənəffüs yollarının xəstəliklərini törədən virus kimi irəliləyir. Bu baxımdan biz COVID-19-a yanaşmamızı belə istiqamətdə qurmalıyıq. Yoluxmaların sayının artması intensiv xəstəlik yaratma ehtimalını daha çox gündəmə gətirir. Yəni yoluxmaların sayının çox olması etibarilə yeni mutasiya təhlükəlidir, xəstəliyin gedişatı etibarı ilə isə nəzarət altına alınandır.
Təbii ki, hər ehtimala qarşı ciddi problemlərə səbəb ola biləcək məqamlar nəzərdən qaçırılmamalıdır. Aşağı ehtimal olsa da, koronavirusun daha təhlükəli ştamlar şəklində mutasiyası mümkündür. Ona görə də biz standart olaraq, bu tipli viruslar üçün xarakterik olan yoluxma mənbələrini araşdırmalı, mexanizmləri, onların aradan qaldırılması üçün profilaktik tədbirlərimizi görməliyik. Mövsümi olaraq qrip peyvəndlərini zamanında etməliyik. Orqanizmimizi, xüsusilə, soyuq aylarda möhkəm saxlamalı, yoluxmanın qarşısını almaq üçün immuniteti möhkəmləndirən prosedurlardan istifadə etməliyik. Paralel olaraq, gigiyenik tədbirləri görməliyik ki, yoluxmaların həm sürəti, həm də insan orqanizmində patologiya yaratması ehtimalı aşağı olsun. Yoluxmaların intensivliyinin artması müşahidə olunsa, təbii ki, revaksinasiya ehtimallarını nəzərdən keçirmək olar".
Qeyd edək ki, bu yaxınlarda koronavirusun EG.5 adlı yeni ştammı müəyyən edilib və bütün dünyada yoluxmaların sayı durmadan artır. EG.5 variant infeksiyalarında artım, əsasən, ABŞ, Avropa və Qərbi Sakit okean regionunda müşahidə olunur. ÜST nümayəndələri bu tendensiyanın davam edəcəyini və dominant ştammın payızda zirvəyə çatacağını proqnozlaşdırırlar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 556 Tarix: 26 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQızıl və gümüş ucuzlaşdı
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,56% azalaraq 4 137,40 ABŞ dolları olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir troya unsiyasının qiyməti də 0,27% azalaraq 58,86 ABŞ dollarına düşüb
31.07.2026 154 Qırğızıstanda "Baku Resort & Spa" açıldı
Bu gün Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu "Baku Resort & Spa" mehmanxanasının açılışı olub. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqu
31.07.2026 218 Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *. Əvvəlcə Qırğızıstan Prezidenti bəyanatla çıxış etdi. Prezident Sadır Japarovu
31.07.2026 211 Uitkoff və Kuşner Ukraynaya gedir - Trampdan açıqlama
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner avqustun ikinci yarısı Ukraynaya səfər edəcəklər. xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti Trampa istinadla məlumat yayıb. Tramp FT-yə bildirib ki, hazırda Rusiya-Ukrayn
31.07.2026 170 Bu ölkə adını dəyişdi
Sakit okeanda yerləşən Nauru dövləti adını dəyişib. xəbər verir ki, bu barədə "Əl Cəzirə" telekanalı məlumat yayıb. Məlumata görə, ölkə bundan sonra Naoero Respublikası adlanacaq. Hökumət bu addımın ölkənin tarixi irsini və milli kimliyini daha dəqiq əks etdirmək məqsədi daşıdığını bildiri
31.07.2026 160 "Odissey"in kitab satışları 1400 faiz artdı
Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur "Odissey" dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin nümayişindən sonra "Odissey"in kitab satışlarında rekord artım qeydə alınıb. "Qafqazinfo" xəbər veri
31.07.2026 117 Zümrüd Qasımovanın ailəsində ağır itki
Aktrisa Zümrüd Qasımovanın ailəsində ağır itki üz verib. Axşam.az xəbər verir ki, aktrisanın bacısının həyat yoldaşı dünyasını dəyişib. O, qəfil ürəktutmadan vəfat edib. "Səbuhi, çox tez ayrıldın bizdən. Heyif səndən. Yerin cənnət olsun" deyə, aktrisa paylaşımında bildirib
31.07.2026 316 Hindistanın Mumbay şəhərində bina faciəsi: Ölənlərin sayı artdı
Hindistanın Mumbay şəhərində dördmərtəbəli yaşayış binasının bir hissəsinin uçması nəticəsində həyatını itirənlərin sayı 9 nəfərə yüksəlib. Yerli KİV-in məlumatına görə, xilasedicilər dağıntılar altından indiyədək 8 nəfərin cəsədini çıxarıblar. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, hazırda binad
31.07.2026 223 Ekspert: Çin təbabətinin tətbiqi üçün təhsil sistemində dəyişiklik vacibdir
"Çin təbabətinin Azərbaycanda tətbiqi məsələsi gündəmə gətirilirsə, ilk növbədə bu istiqamətdə təhsil sistemində müəyyən dəyişikliklər edilməlidir. Bunun üçün zəruri infrastruktur yaradılmalı, Çin təbabətinin metod və yanaşmalarını bilən peşəkar mütəxəssislərin hazırlanmasına başlanılmalıdır"
31.07.2026 194