Oğlunun qatili üçün yemək süfrəsi açdı - Bakıda FİLM KİMİ CİNAYƏT

Oğlunun qatili üçün yemək süfrəsi açdı - Bakıda FİLM KİMİ CİNAYƏTBakıda bacı-qardaşı qətlə yetirib anasını yaralamaqda təqsirli bilinən Azər Cəfərovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

BiG.AZ "Olke.az"a istinadən xəbər verir ki, hadisə Keşlə qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Saqil Qasımzadə və onun 26 yaşlı bacısı Fəridə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub.

İş üzrə dindirilmiş Azər Cəfərov ifadəsində bildirib ki, həyat yoldaşının xalası Lətifə Məmmədova, oğulları Samir, Saqil, Fərid və qızı Fəridə ilə birlikdə yaşayıb. Evləri yaxın məsafədə yerləşdiyindən tez-tez gediş-gəlişləri olub.

Aprelin 1-i saat 15:00 radələrində idarə etdiyi avtomaşınla əvvəlcə Əmircan qəsəbəsinə gedərək arvadını və uşağını anasıgilə düşürüb. Özü isə taksi kimi işləmək üçün şəhərin mərkəzinə yollanıb. Həyətinin arxa tərəfindən hasar üçün taxtaları daşımaq lazım olduğuna görə 1 saatdan sonra evə qayıdıb. Köməyə qonşuluqdan Lətifə Məmmədovanın oğlu Saqili evlərindən səsləyib. Sonuncu gələndən sonra bir müddət taxta daşımaqla məşğul olublar.

Avtomobilin icarə haqqını ödəmək, övladının müalicə etdirmək, borclarını qaytarmaq həmçinin gündəlik xərci üçün pul lazım olub. Lakin taksi fəaliyyəti ilə məşğul olmaqla bütün bu ehtiyaclarını ödəyə bilməyib. Bir neçə ay əvvəl işə qəbul olunmuş Məmmədovanın böyük oğlu ona dəfələrlə pul yığdığını dediyi üçün onların evlərində 5 min manata yaxın pul olduğunu ehtimal edib. Hadisədən iki gün əvvəl həmin məbləği ələ keçirmək barədə düşünməyə başlayıb.

Saat 18:00 radələrində taxta parçası ilə qəflətən Saqilin başının arxasından möhkəm zərbə vurub və nəticədə o, huşunu itirərək yerə yıxılıb. Sonra oğlanın əllərini, ayağını və boğazını trosla bağlayıb. Evin qarşısında qalmaması üçün onu avtomobilinin yük yerinə yerləşdirib. Saqil həmin vaxt nəfəs almayıb.

Bundan sonra siqaret almaq üçün maşını mərkəzi yola tərəf idarə edərkən yanacağı qurtarıb. Buna görə plastmas qab götürüb, piyada yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib. Benzin alıb avtomobilinə tökdükdən sonra artıq hava qaralıb. Lətifə Məmmədovanın evinə tərəf gedərkən onun oğlu Fəridlə rastlaşıb və sonuncu Azəri evlərinə dəvət edib. Qadın onlara yemək süfrəsi açıb. Lətifəyə Saqilin yalandan onun evində olduğunu deyib. Onlar təxminən 15 dəqiqə yemək yedikdən sonra Fəridin dostu gələcəyi üçün birlikdə küçəyə çıxıblar. Fərid tanışı ilə söhbət edə-edə dəmir yolunu keçib aralanmağa başlayıb. Azər də bir qədər həmin istiqamətdə gedib. Sonra isə geri qayıdaraq avtomobilini saxladığı əraziyə qayıdıb.

Azər Cəfərov ifadəsinin davamında bildirib ki, maşında bıçağı götürüb Lətifəgilə yollanıb. Saat 22:00 radələrində qapını açan qadına əlindəki kəsici alətlə öldürmək məqsədi ilə boyun və sinə nahiyəsinə bir neçə zərbə endirib. Qadın bir qədər solda yıxılıb hərəkətsiz vəziyyətdə qalıb. Bu zaman qızı Fəridə evdən çıxıb anasının yıxıldığını görüb qışqırmağa başlayıb. Vaxtı itirmək istəməyən Cəfərov dərhal giriş qapısının yanında hücum edərək bıçaqla qızın boğazından ardıcıl zərbələr vurub. Fəridə yerə yıxılıb və tərpənməyib. Onu sürüyərək həyətdəki avtomaşının qarşısında yerə qoyub. Məqsədi evdən pulu götürüb tez çıxmaq olub. Soldakı arxa otağa girib çarpayının üstündəki pul qabını açıb içərisinə baxıb. Orada 207 dollar və 250 manata yaxın pul olduğunu görüb və vəsaiti cibinə qoyub.

Evdən çıxdıqdan sonra avtomobilinə yanacaqdoldurma məntəqəsində benzin doldurub. Sonra Əmircan qəsəbəsinə gedərək həyətdə qana bulaşmış əlini yuyub. Lətifə ilə qızı Fəridəni vurarkən bıçağın tiyəsi öz əlinidə kəsib. Arvadını, uşağını və qayınanasını götürüb evə gətirib. Yoldaşına hadisə barədə danışmayıb. Sonuncu da heç nədən şübhələnməyib. Onları evdə düşürdükdən sonra maşının yük yerində olan Saqilin metiyi ilə nə edəcəyini fikirləşib. Arvadının bibisi oğluna zəng edərək ona gödəkçə lazım olduğunu bildirib. Onunla görüşüb gödəkçəni götürən zaman ona Fəridəni, Lətifəni və Saqili bıçaqla vurduğunu deyib. Qohumu ondan Saqilin harada olduğunu soruşduq da, Azər meyitini qəbristanlığa atdığını deyib. Bir müddət sonra şəhər ərazisində olan zaman Nərimanov rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Zərərçəkmiş Lətifə Məmmədova bildirb ki, Azər çıxıb getdikdən sonra özündə güc tapıb sürünə-sürünə evin qapısına çatıb. Oğlu Samir onu yaralı vəziyyətdə aşkar edib və təcili tibbi yardım maşını çağırıb. Sonradan məlum olub ki, Azər oğlunu və qızını öldürüb.

Məhkəmə prosesində Azər Cəfərov ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş Lətifə Məmmədova məhkəmədən təqsirləndirilən şəxsə ömürlük cəza verilməsini xahiş ediblər.

Sonda məhkəmənin hökmü ilə Azər Cəfərov CM-nin bir neçə maddəsi ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2585   Tarix: 26 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"

31.10.2026 196
.

İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı

ABŞ-nin Tennessi ştatında iki doza ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı edam məhkumu Krista Payk yaşadığı qorxunc təcrübə haqda ilk dəfə danışıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanada uzunmüddətli müalicədən sonra həbsxanaya qaytarılan Payk hər gün şiddətli fizik

31.10.2026 235
.

Qızılın qiyməti xeyli ucuzlaşdı

"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb. xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub. Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.6

31.10.2026 154
.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

00:25 93
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31.10.2026 136
.

Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı ayətullah Seyid Müctəba Xamenei, coğrafi mövqeyindən asılı olmayaraq, düşmən tərəfindən gələn istənilən potensial təhdidlərə dərhal və effektiv cavab verilməsini tapşırıb. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə Xameneinin İsla

31.10.2026 206
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31.10.2026 229
.

COP18-ə ev sahibliyi edəcək ölkə bilindi

Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni

31.10.2026 211
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31.10.2026 184
.