Laçında mehmanxana kompleksinin təməli qoyulub - FOTO
Avqustun 25-də Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli qoyulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və Birinci vitse-prezidentə görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Ən müasir səviyyədə inşa olunacaq mehmanxanada rayona səfərə gələnlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Mehmanxana kompleksi 100 otaqlı hotel binasından və 10 kottecdən, eləcə də kafe və restoranlardan, əyləncə və istirahət mərkəzlərindən ibarət olacaq. Hotel binasında 500 yerlik çoxfunksiyalı tədbir və iclas zalları da qonaqların istifadəsinə veriləcək.
Eyni zamanda, mehmanxanada açıq və qapalı hovuz, SPA mərkəzi, boulinq və əyləncə, uşaq əyləncə zonası, qapalı idman zalı, yoqa otağı və açıq havada çoxfunksiyalı meydançalar yaradılacaq. Bir sözlə, yüksək xidmətlərin göstəriləcəyi mehmanxana kompleksi müasir standartlar səviyyəsində inşa olunacaq.
Sonra Prezident İlham Əliyev kompleksin təməlini qoyub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 945 Tarix: 25 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Milan"ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi vəfat etdi
"Milan" klubunun və İtaliya millisinin əfsanəvi keçmiş müdafiəçisi Franko Barezi 66 yaşında vəfat edib. xarici mediaya istinadən bildirir ki, bu barədə "Milan" klubunun mətbuat xidməti məlumat yayıb. Ölüm səbəbi açıqlanmayıb. Barezi bütün karyerasını "Milan"da keçirib (1978-c
31.07.2026 198 Diş ağrısını saniyələr içində yüngülləşdirən sadə üsul
Diş ağrısı qəfil başlayanda stomatoloqa gedənə qədər ağrını azaltmaq üçün sadə üsullardan istifadə etmək mümkündür. xarici mediaya istinadla bildirir ki, mütəxəssislərin sözlərinə görə, ilıq duzlu su ilə ağız yaxalamaq diş ağrısını müvəqqəti yüngülləşdirən ən təsirli ev üsullarından biridir. Duzlu s
31.07.2026 261 "Tiktok"da canlı yayımda sevgilisini söydü, həbs edildi
"Tiktok"da sevgilisini təhqir edən həbs edilib. xəbər verir ki, bununla bağlı zərərçəkən polisə şikayət edib. Barəsində inzibati xəta üzrə icraat aparılan 42 yaşlı Zöhrab İmamverdiyev (şərti adla) bildirib ki, 2020-ci ildə həmin xanımla "tiktok"da tanış olub. Sonradan aralarında səmim
31.07.2026 220 Hande Erçel yaşadığı çətinlikdən danışdı
Türkiyəli aktrisa Hande Erçel şəxsi həyatı və illər ərzində qazandığı təcrübələr barədə danışıb. Axşam.az xəbər verir ki, aktrisa "Based Istanbul"un yutub kanalına müsahibəsində tanınmış sima olmaqla şəxsi həyatı arasındakı balansdan söz açıb. Hande Erçel bildirib ki, zamanla yaşadığı hadisələ
31.07.2026 279 Zümrüd Qasımovanın ailəsində ağır itki
Aktrisa Zümrüd Qasımovanın ailəsində ağır itki üz verib. Axşam.az xəbər verir ki, aktrisanın bacısının həyat yoldaşı dünyasını dəyişib. O, qəfil ürəktutmadan vəfat edib. "Səbuhi, çox tez ayrıldın bizdən. Heyif səndən. Yerin cənnət olsun" deyə, aktrisa paylaşımında bildirib
31.07.2026 316 "Keçid ballarının artacağı gözlənilir"
"I ixtisas qrupu üzrə 600-dən yuxarı balı olan ixtisaslarda keçid ballarının 1-2 bal azalacağı gözlənilir. 500-600 bal intervalında isə təxminən 16 bala qədər azalma müşahidə oluna bilər". "Qafqazinfo" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszad
31.07.2026 270 Ben Afflek milyon dollar qazandı
Hollivud ulduzu Ben Afflek "Kim milyonçu olmaq istəyir?" televiziya proqramında 1 milyon dollar qazanıb. xarici KİV-ə istinadla xəbər verir ki, aktyor dəfələrlə qalib olmuş Ceymi Dinq ilə birlikdə yarışaraq əsas mükafatı əldə edibləe. Qazandıqları 1 milyon dollar Afflekin Uitni Uilyamsla birlikd
31.07.2026 233 ABŞ və İsrail İrana qarşı yeni təzyiq mexanizmi üzərində işləyir - quru sərhədlərinin bağlanması gündəmdə
ABŞ və İsrailin İrana qarşı iqtisadi təzyiqi daha da artırmaq üçün yeni ssenarilər üzərində işlədiyi bildirilir. "The Telegraph" nəşrinin məlumatına görə, müzakirə olunan variantlardan biri İranın qonşu ölkələrlə quru sərhədlərində hərəkətin məhdudlaşdırılmasıdır. Mənbə iddia edir ki, bu məqsədl
31.07.2026 202 "Cəbiş müəllim"in qızı banka etiraz etdi - Bu reklama görə
"Bizim Cəbiş müəllim" filminin məşhur obrazından reklam çarxında istifadə edilib. "Qafqazinfo" xəbər verir ki, "Rabitəbank" tərəfindən hazırlanan reklamda Cəbiş müəllim obrazı pul krediti şərtlərinin təqdimatını edir. Süni intellektlə hazırlanan videonun prosesi zamanı müəlli
31.07.2026 336