İlham Əliyev və Mehriban Əliyeva Laçında hava limanında aparılan tikinti işləri ilə tanış olublar - FOTO
Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, "AzVirt" MMC-nin baş direktoru Kamil Əliyev dövlətimizin başçısına və Birinci vitse-prezidentə hava limanında görülən işlər barədə məlumat verib.
Bildirilib ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2025-ci ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metr olacaq. Hava limanı Qorçu kəndi yaxınlığında dəniz səviyyəsindən 1800 metr hündürlükdə inşa edilir və postsovet məkanında ən yüksək dağlıq ərazidə yerləşən hava limanlarından biri olacaq.
Laçın dağlıq bölgə olduğuna görə ərazinin hamarlanması işləri davam etdirilir. Hazırda uçuş-enmə zolağının, yönəldici yolların, perronun tikiləcəyi ərazilərdə genişmiqyaslı torpaq işləri həyata keçirilir. Aeroportun beynəlxalq standartlara uyğun layihələndirilən terminal binasının sahəsi 5 min kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək. Terminal binasında bünövrənin beton işləri tam başa çatdırılıb, metal konstruksiyaların yığılması üzrə işlərin 95 faizi yerinə yetirilib. Terminalın dam örtüyü işlərinə başlanılıb. Hava limanının aeronaviqasiya qülləsi və köməkçi binalarında təməlqoyma işləri görülür.
Qeyd edilib ki, Laçın Beynəlxalq Hava Limanında yaradılacaq şərait ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.
Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanı Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə yol-nəqliyyat strategiyasının vacib elementlərindən birini təşkil edir.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 841 Tarix: 25 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"
Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"
31.10.2026 196 İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
ABŞ-nin Tennessi ştatında iki doza ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı edam məhkumu Krista Payk yaşadığı qorxunc təcrübə haqda ilk dəfə danışıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanada uzunmüddətli müalicədən sonra həbsxanaya qaytarılan Payk hər gün şiddətli fizik
31.10.2026 235 Qızılın qiyməti xeyli ucuzlaşdı
"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb. xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub. Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.6
31.10.2026 154 Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli
00:25 93 Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi
Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund
31.10.2026 136 Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib
İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı ayətullah Seyid Müctəba Xamenei, coğrafi mövqeyindən asılı olmayaraq, düşmən tərəfindən gələn istənilən potensial təhdidlərə dərhal və effektiv cavab verilməsini tapşırıb. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə Xameneinin İsla
31.10.2026 206 Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək
Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy
31.10.2026 229 COP18-ə ev sahibliyi edəcək ölkə bilindi
Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni
31.10.2026 211 Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada
31.10.2026 184