Priqojinin partlayan təyyarəsinə ABŞ-dən qeyri-qanuni yolla vacib detal gətirilibmiş - FOTO

Priqojinin partlayan təyyarəsinə ABŞ-dən qeyri-qanuni yolla vacib detal gətirilibmiş - FOTOSərnişini "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) rəhbəri Yevgeni Priqojin olan "Embraer Legacy 600" özəl təyyarəsində uçuş ərəfəsində dəyişdirilmiş turbo-soyuducuya bomba yerləşdirildiyi ehtimal edilir.

Mənbənin məlumatına görə, hazırda araşdırmaların gəldiyi qənaət bu ehtimalları təsdiqləyir.

Bildirilir ki, yayın ortalarında Priqojinin təyyarəsinə Şeremetyevo hava limanının anqarında texniki xidmət göstərilib. Bundan dərhal sonra təyyarədə iki ciddi nasazlıq qeydə alınıb. Onlar ötən həftənin sonu aradan qaldırılıb.

Belə ki, şassilərdən birinin əyləci dəyişdirilib (ilkin məlumatlara görə, soldakı). Ehtiyat hissəsi Rusiyadakı aviaşirkətlərin birindən alınıb.

Həmçinin təyyarənin turbo-soyuducusu da yenisi ilə əvəzlənib. Cihaz ABŞ-dən sifariş edilib və sanksiyalardan ötərək Moskvaya çatdırılıb. Lakin "ABŞ istehsalı soyuducu" qəribə şəraitdə göyərtəyə çatmayıb. Məlum olub ki, ona ciddi ziyan dəyib.

İddialara görə, o, Şeremetyevoda anbarda yerə salınıb. Naməlum tədarükçü bu ehtiyat hissəsini götürüb və təxminən bir həftə sonra mənşəyi naməlum olan başqasını verib. Yeni turbo-soyuducunun haradan gəldiyi, kim tərəfindən quraşdırıldığı dəqiqləşdirilir.
Amma Priqojinin təyyarəsinə məhz o quraşdırılıb. Ekspertlər məhz bu turbo-soyuducuda bomba ola biləcəyini istisna etmirlər.

Xatırladaq ki, avqustun 23-də Tver vilayətinin Kujenkino kəndi yaxınlığında özəl təyyarə qəzaya uğrayıb. Hadisə şahidlərinin sözlərinə görə, təyyarə yerə çırpılmazdan əvvəl partlayış səsi eşidiblər. Qəzaya uğrayan təyyarə RA-02795 seriya nömrəsi daşıyıb ki, bu da hava gəmisinin Yevgeni Priqojinə məxsus olduğunu göstərir.

Qeyd edək ki, "Flightradar" Priqojinin təyyarəsində baş verənlərin detallarını açıqlayıb./Oxu.az

Priqojinin partlayan təyyarəsinə ABŞ-dən qeyri-qanuni yolla vacib detal gətirilibmiş - FOTOPriqojinin partlayan təyyarəsinə ABŞ-dən qeyri-qanuni yolla vacib detal gətirilibmiş - FOTOPriqojinin partlayan təyyarəsinə ABŞ-dən qeyri-qanuni yolla vacib detal gətirilibmiş - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1112   Tarix: 25 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"

31.10.2026 196
.

İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı

ABŞ-nin Tennessi ştatında iki doza ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı edam məhkumu Krista Payk yaşadığı qorxunc təcrübə haqda ilk dəfə danışıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanada uzunmüddətli müalicədən sonra həbsxanaya qaytarılan Payk hər gün şiddətli fizik

31.10.2026 235
.

Qızılın qiyməti xeyli ucuzlaşdı

"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb. xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub. Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.6

31.10.2026 154
.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

00:25 93
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31.10.2026 136
.

Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı ayətullah Seyid Müctəba Xamenei, coğrafi mövqeyindən asılı olmayaraq, düşmən tərəfindən gələn istənilən potensial təhdidlərə dərhal və effektiv cavab verilməsini tapşırıb. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə Xameneinin İsla

31.10.2026 206
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31.10.2026 229
.

COP18-ə ev sahibliyi edəcək ölkə bilindi

Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni

31.10.2026 211
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31.10.2026 184
.