"Tələbələr yataqxanalarda evlərlə təmin olunarsa dövlət onları kirayələrdən azad etmiş olar"-AÇIQLAMA

"Tələbələr yataqxanalarda evlərlə təmin olunarsa dövlət onları kirayələrdən azad etmiş olar"-AÇIQLAMAAli təhsil müəssisələrində yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bununla birlikdə, müxtəlif bölgələrdən gələn tələbələr paytaxtda və ya ətraf ərazilərdə münasib qiymətə ev tapa bilmirlər. Kirayə qiymətləri, yol xərcləri ilə birlikdə tələbələrə baha başa gəlir. Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev BiG.AZ-a açıqlama verib:

"Hər il olduğu kimi bu ildə avqust ayının sonlarından başlayaraq, bölgələrdən tələbələr paytaxt Bakı və digər böyük şəhərlərə üz tuturlar. Ümumi statistikaya nəzər yetirsək, hər il bölgələrdən gələn minlərlə tələbə təkcə Bakı şəhərində minlərlə mənzilləri kirayə edirlər. Son bir neçə illərdə, artıq kirayə bazarında satışlar kimi hər il artımlar müşahidə olunur. Kirayə qiymətlərinin artımına əsas səbəb 2016-ci ildən başlayaraq, Nazirlər kabinetinin 86 saylı sərəncamı ilə, Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı olan binaların pilot layihələr üzərindən sökülməsidir.

Hər köhnə binalar söküldükcə artıq həmin binalardakı olan kirayəlik mənzillərdə kirayə bazarından çıxır. Sökülən çoxmənzilli yaşayış binalarındakı yerli sakinlər özləri məcburən onlara yeni bina tikilib təhvil verilənə qədər kirayə çıxmalı olurlar. Bu isə təqribən 2-3 il müddət çəkir. Yəni bir tərəfdən çoxmənzilli yaşayış binaları sökülür, artıq bazardan çıxır. Digər tərəfdən, o binalarda yaşayan sakinlər özləri də uzunmüddətli kirayəyə çıxmış olurlar. Başqa bir tərəfdən isə paytaxt ərazisində olan fərdi həyat evlərindən ibarət olan yaşayış massivləri də artıq mərhələli şəkildə sökülür. Hansı ki, fərdi həyat evlərindən ibarət olan yaşayış massivlərində daha ucuz qiymətə kirayə mənzillər olurdu. Bina evinə gücü çatmayan tələbə və digər paytaxt sakinləri həmin ucuz həyat evlərində yaşayırdılar. Hər sökülən binanın yerinə yeni tipli binalar tikilib təhvil verildikdən sonra, həmin binalarda kirayə qiymətlər artıq köhnə binalardakı kirayə qiymətlərindən iki dəfəyə qədər baha qiymətə təklif olunur. Bunların həm ümumi sahəsi daha genişdir. Sıfırdan təmirli mənzillərdir. Əlavə olaraq, həmin yeni tikili binaların kommunal xərclərini üzərinə gəldikdə artıq bu binalarda kirayə qalmaq tələbələr üçün əlverişli deyil. Bu baxımdan məcburən Bakı ətrafına, Abşeron və digər ərazilərə üz tuturlar. Həmin ərazilərdə ucuz kirayə mənzillər tapıb yaşayırlar. Lakin, məsafənin uzaq olması səbəbindən, həmin tələbələr ən azından günlərinin bir neçə saatını yollarda xərcləmiş olurlar. Digər tərəfdən isə yollara xaricdən əlavə, nəqliyyata çox xərclənən pullarda tələbələrə daha baha başa gəlir. Bütün problemin köklü həlli üçün, ilk olaraq, bir zamanlar tələbə yataqxanaları var idi. Tələbə yataqxanalarında uzun illər məcburi köçkünlərimiz yaşayırdı. Artıq həmin məcburi köçkünlər dövlət tərəfindən evlə təmin olunub. Başqa bir tərəfdən isə, işğaldan azad olunan torpaqlarımızda tikinti bərpa işləri gedir. Həmin məcburi köçkünlərimiz mərhələli şəkildə öz doğma yurd yuvalarına köçürlər.

Həmin yataqxanalar yaşayış üçün yararsızdır və qəzalı vəziyyətdədir. Lakin, onların torpaq sahələri mövcuddur. Hər il köhnə yataqxanaları sökməklə, onların yerində yeni daha müasir, hündür mərtəbəli tələbə yataqxanalaı tikməklə dövlət onları kirayələrdən azad etmiş olar. Başqa tərəfdən tələbələr yol xərcləri və vaxt itkisinə məruz qalmazlar. Tələbələr yataqxanalarda evlərlə təmin olunarsa artıq paytaxtın özündə kirayə bazarında mənzil çoxluğu əmələ gələr. Bu səbəbdən kirayə mənzil bazarında qiymətlərdə ucuzlaşmalar müşahidə oluna bilər".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2352   Tarix: 25 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazir müavini: "Startaplar iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir"

Startaplar yalnız innovasiya yaradan subyektlər deyil, həm də iqtisadi artımın və transformasiyanın əsas hərəkətverici qüvvəsidir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan"

31.10.2026 196
.

İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı

ABŞ-nin Tennessi ştatında iki doza ölümcül iynə vurulmasına baxmayaraq sağ qalan 50 yaşlı edam məhkumu Krista Payk yaşadığı qorxunc təcrübə haqda ilk dəfə danışıb. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, xəstəxanada uzunmüddətli müalicədən sonra həbsxanaya qaytarılan Payk hər gün şiddətli fizik

31.10.2026 235
.

Qızılın qiyməti xeyli ucuzlaşdı

"Comex" birjasında dekabr ayında tədarük ediləcək qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 3 900 dollardan aşağı düşüb. xəbər verir ki, bu barədə birjanın ticarət məlumatlarında qeyd olunub. Bakı vaxtı ilə saat 21:08-də qızılın qiyməti 3.27% azalaraq bir trua unsiyası üçün 3 899.6

31.10.2026 154
.

Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib ki, bəzi şəxslər yaşlı və pensiyaçı vətəndaşların adına bank kartları açdırmaq üçün onlara 100-200 manat pul təklif edirlər. Həmin şəxslər vətəndaşların adına açılan əlavə kartları əldə etdikdən sonra onlardan qanunsuz pul dövriyyəsi və müxtəli

00:25 93
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31.10.2026 136
.

Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı ayətullah Seyid Müctəba Xamenei, coğrafi mövqeyindən asılı olmayaraq, düşmən tərəfindən gələn istənilən potensial təhdidlərə dərhal və effektiv cavab verilməsini tapşırıb. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə Xameneinin İsla

31.10.2026 206
.

Xəzər dənizi 30 km çəkiləcək, bulvardan görünməyəcək

Xəzər dənizinin səviyyəsi XX əsrdə ən aşağı həddə 1977-ci ildə çatıb. Həmin vaxt dənizin səviyyəsi okean səviyyəsindən 29 metr aşağı olub. Aradan 48 il keçdikdən sonra bu mənfi rekord yenilənib. Hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 29.1-29.2 metr aşağı düşüb. xəbər verir ki, bu sözləri Coğrafiy

31.10.2026 229
.

COP18-ə ev sahibliyi edəcək ölkə bilindi

Ekvador BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının 18-ci sessiyasını (COP18) qəbul edəcək. xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, müvafiq qərar İrəvanda təşkil olunan COP17-ni

31.10.2026 211
.

Azərbaycanda pambıq mahlıcı istehsalı 13 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub. Xatırlada

31.10.2026 184
.