"Evlilik təklifi almışam, elçilərim də gəlib"

"Evlilik təklifi almışam, elçilərim də gəlib""Son zamanlar bu sözdən utanıram desəm, məni qınamayın: hər sevgilisindən, ərindən ayrılan bəzən heç qarşı tərəfin xəbəri belə olmadan uşağı dünyaya gətirib yanına alır. Bəziləri isə lap betər. Əri olduğu halda gizli, yüngül həyat tərzi yaşayıb, "mən güclü qadınam" deyir. Nə savad, nə sənət var. Bir peşənin sahibi deyil. Nəyinlə güclü qadın olursan, bəs?".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırarkən yazıb. O, övladını tək böyütməsi haqda yazılanlara münasibət bildirib:

"Bu, bir ayrı mövzudur. Təbii ki, bu, hər kəsə aid deyil. Övladı ilə tək qalan qadının birinci işi onu qorumaq olmalıdır. O xahiş etməmişdi ki, məni dünyaya gətir. Sən bunu anladığın anda, məcburiyyətlərini də dərk edirsən. Ya sənətin, diplomun, işin, ya da öhdəsindən gələ biləcəyin bir peşən, qazanc yerin mütləqdir. Ümidlərlə yaşam olmaz. İkinci, heç kimin əsiri, köləsi, əlinə baxan, "vay bu gedərsə, mən nə yeyib içərəm" qorxusu ilə yaşayacaq biri olmamalısan. Qazancının altında yaşam tərzi seçməlisən, üstündə yox. Ev, maşın, geyim, yemək, restoran, uşağın təhsili - bunların hamısı göstəriş yox, özünün edə biləcəyin büdcədə olmalıdır ki, yarıyolda qalmayasan. Sosial şəbəkə çox insanları göstərişli həyata alışdırdı. Bu, uçurumdur. Tanınmaq üçün evlənən, boşanan, evdən qaçan, kimləri görmədik... Çox böyük və vacib mövzudur. Bu dünyada nə şahzadə var, nə də bir öpüşlə şahzadə olacaq qurbağa".

Vüsalə ikinci dəfə ailə qurmaq istəməsi haqda suala isə belə reaksiya verib:

"Artıq 10 ildir həmişə "mümkün deyil, heç vaxt" deyirdim. He vaxt heç vaxt demə. Bu sözdən çox qorxuram. Ona görə də qismətə buraxdım, yəni axarına. Su axar çuxurunu tapar. Əslində mənim belə bir planım olmayıb. Təklif də olub, elçi də. İlk dəfə daha asandır, nəyinki sonra. İnsan yanılmaqdan, səhv seçim etməkdən qorxur. Həm də övladı olan ana üçün".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 4519   Tarix: 21 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Özüm yetim olsam da, sizi yetim qoymadım" - Aygün Kazımova

Xalq artisti Aygün Kazımovanın bir neçə gün əvvəl baş tutan konsertində maraqlı an yaşanıb. Axşam.az xəbər verir ki, fanatlarından biri səhnəyə çıxaraq Divaya gül dəstəsi verib. O bildirib ki, ad gününü Aygün Kazımova ilə keçirtmək üçün Amerikadan gəlib. Fanatının "Çox sağ olun, bizi yetim qoymadınız

16.05.2026 172
.

Tünzalə Ağayeva "Bir ocaqda iki şairin işığı" adlı musiqili-poeziya gecəsində

Xalq artisti Tünzalə Ağayeva Xalq şairləri Səməd Vurğun və Rəsul Rzanın xatirəsinə həsr olunan "Bir ocaqda iki şairin işığı" adlı musiqili-poeziya gecəsində iştirak edib. xəbər verir ki, mərasim Rəsul Rzanın Ev Muzeyində baş tutub. Tədbirdə pop ulduz Tünzalə Ağayeva qonaqların qarşısında çıxı

07.05.2026 301
.

Xoşqədəm arıqlayıb TANINMAZ HALA DÜŞDÜ - FOTOLAR

Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni fotolarını paylaşıb. Fotoda aparıcının xeyli çəki atması diqqətdən qaçmayıb. Onun makiyajsız, təbii halı izləyicilərin marağına səbəb olub. Sözügedən fotoları təqdim edirik

09.05.2026 691
.

Ramalın evinə gedib bəstələrini oğurlayan müğənni kimdir?

"Bəstəkar dostlarımız bizə gəlib səsyazanı açırdılar, məni oxutdururdular və səsimi yazırdılar. Üstündən bir həftə keçəndə görürdüm radioda mahnım gedir. Zəng vururdum ki, mənim mahnım deyil? Hamısı tanınmış ifaçıdır, adlarını çəkməyim ayıb olar. İndi edə bilmirlər, çünki görüşmürük. İndi ayılmışam"

09.05.2026 234
.

"Qonaqcanlı"da dəyişiklik edilib

Aparıcılığını Aytəkin Mərdanovanın etdiyi "Qonaqcanlı" proqramında dəyişiklik olunub. Axşam.az xəbər verir ki, verilişin efir vaxtı dəyişdirilib. Proqram bundan sonra saat 14:00-da deyil, 14:20-də yayımlanacaq. Bu haqda Aytəkin proqramında deyib. O bildirib ki, dəyişiklik həftənin birinci günündə

09.05.2026 253
.

Xoşqədəmin MAKİYAJSIZ GÖRÜNTÜLƏRİ YAYILDI - Görənlər aparıcını TANIMADI- FOTO

Aparıcı Xoşqədəm Hidayətqızı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, aparıcı sosial mediada tennis oynadığı anların görüntülərini paylaşıb. Paylaşımda onun makiyajsız, təbii halı diqqət çəkib. Sözügedən görüntüləri təqdim edirik

00:06 218
.

Almaxanım HƏYAT YOLDAŞI İLƏ - YENİ GÖRÜNTÜLƏRİ

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Almaxanım instaqramda həyat yoldaşı ilə olan yeni fotosun

10.05.2026 529
.

İbrahim Tatlıses "Baboş"a klip ÇƏKDİ

Türk müsiqisinin imperatoru sayılan İbrahim Tatlısesin yeni mahnısı işıq üzü görüb. "Baboş" adlanan mahnının klipi süni intellekt vasitəsi ilə çəkilib. Xatırladaq ki, yaxınlarda Tatlıses səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilməyi ilə gündəmə gəlmişdi

10.05.2026 412
.

"Yeraltı" izləyicilərinə PİS XƏBƏR

"Yeraltı" serialı ilə bağlı yayılan son məlumatlara görə, ekran işi 20 may tarixində yayımlanacaq 16-cı bölüm ilə mövsüm finalı edərək izləyicilərə müvəqqəti fasilə verəcək. xəbər verir ki, layihənin gələcək taleyi barədə isə hələlik rəsmi olaraq davam mövsümü və ya yekun qərar açıqlanmayıb

00:37 107
.

TOP MP3