Azərbaycanda hibrid avtomobillərin istehsalı gözlənilirmi? - RƏSMİ AÇIQLAMA
Bu ilin yanvar-iyul ayları ərzində ölkəyə ümumilikdə 900,59 milyon dollar dəyərində 56,7 min nəqliyyat vasitəsi idxal edilib. Bu göstərici 2022-ci ilin eyni göstəricilərindən dəyər olaraq 66,3 faiz, say baxımından 37,2 faiz çoxdur.
Bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında əks olunub.
İdxal edilən nəqliyyat vasitələrinin 20,7 faizini hibrid, 6,8 faizini isə yalnız elektrik mühərrikli nəqliyyat vasitələri (elektromobillər) təşkil edib. Ötən ilin yanvar-iyul aylarının göstəricilərinə nisbətdə avtomobil idxalının strukturunda hibrid avtomobillərin payı 7,4 faiz bəndi, elektromobillərin payı isə 5,8 faiz bəndi artıb.
Ümumilikdə cari ilin ilk yeddi ayında ölkəyə 186,5 milyon dollar dəyərində 8,4 min hibrid avtomobil idxal olunub ki, bu da 2022-ci ilin eyni göstəricilərindən dəyər olaraq 2,6 dəfə, say baxımından isə 19,2 faiz çoxdur. Bununla yanaşı, hesabat dövründə 61,3 milyon dollarlıq 1492 elektromobil idxal olunub. Bu isə ötən ilin yanvar-iyul aylarının göstəricilərini müvafiq olaraq 11 və 8 dəfə üstələyir.
Bu məlumat rəsmi hesabatdan çıxarışdandır. Qeyd edək ki, İqtisadiyyat nazirinin keçmiş müavini Niyazi Səfərov, 2020-ci ildə Azərbaycanda hibrid avtomobillərin istehsalının gündəmdə olduğunu bildirmişdi. O, qeyd etmişdi ki, İqtisadiyyat Nazirliyi həm yerli, həm də xarici iş adamları ilə bu məsələləri müzakirə edir.
Buradan da bəzi suallar yaranır:
Hazırda bu sahədə hansı yeniliklər var və bununla bağlı hansısa layihə hazırlanırmı? Onun dediyi kimi, Azərbaycanda hibrid avtomobillərinin istehsalı olacaqmı? Bu avtomobillərin istehsalı üçün ölkəmizdə texniki və maddi baza formalaşıbmı? Əgər bu avtomobillərin istehsalı baş tutarsa detalları xaricdən gətiriləcək, yoxsa, onlar da burada istehsal olunacaq?
İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, hazırda avtomobil istehsalı ilə məşğul olan yerli istehsalçılar tərəfindən həm hibrid, həm də elektromobillərin istehsalı ilə bağlı xarici investorlarla müzakirələr aparılır. Ölkəmizdə avtomobil istehsalı kəmiyyət və keyfiyyət baxımından müəyyən səviyyəyə qalxdıqdan sonra gələcəkdə həm hibrid, həm də elektromobillərin istehsalı məsələsinə baxıla bilər.
İN-dən o da qeyd olundu ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci ildən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib. Bu ilin iyununda "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib və "Nəqliyyat vasitələrinin utilizasiyası" ilə bağlı müddəalar Qanuna əlavə edilib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 836 Tarix: 20 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
22:15 19 Peçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11.11.2026 419 Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri
Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri
01.11.2026 779 Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı
Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə
03.11.2026 664 12 yaşlı uşaq qızıl külçəsi tapdı
1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə
08.11.2026 332 Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər
Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır
01.11.2026 753 Unitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
08.11.2026 314 Evakuator xidməti və daşınma xidməti
Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət
09.11.2026 263 Masaj hansı problemlər zamanı tətbiq edilir?
Masaj bədəndə gərginlik, əzələ sərtliyi və hərəkət zamanı yaranan narahatlığın azalmasına dəstək məqsədilə seçilir. Tətbiq üsulu problemin olduğu nahiyəyə və şəxsin vəziyyətinə uyğun müəyyən edilməlidir. Boyun və çiyin gərginliyində masaj nə üçün seçilir?. Boyun və çiyin nahiyəsində sərtlik uzun müddə
11.11.2026 192