Ermənilər evini yandırdılar, günlərlə ac qaldı, ailə üzvlərinin hamısını itirdi

Ermənilər evini yandırdılar, günlərlə ac qaldı, ailə üzvlərinin hamısını itirdiBiG.AZ Kulis.az-a istinadən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair, tərcüməçi Abbas Səhhət haqqında maraqlı faktları təqdim edir.

Abbas Səhhəti "Vətən" şeirilə xatırlayırıq. 1874-cü ildə Şamaxıda doğulduğunu, Azərbaycanın ilk ali təhsilli həkimlərindən biri olduğunu, məktəblilər üçün şeir yazdığını və 1918-ci ildə vəba xəstəliyindən dünyasını dəyişdiyini bilirik. Bəs bu böyük mütəfəkkirin, milli mətbuatımızın cəfakeşinin hansı şəraitdə öldüyündən xəbərimiz varmı? Onun məzarının yerini bilirikmi?

Abbas Səhhətin sovet dönəmində yayılan tərcümeyi-halı yenidən yazılmalıdır. Ona görə ki, sovet dövründə həqiqəti yazmaq yasaq idi. Çünki biz sovet xalqının tərkib hissəsi kimi xalqlar dostluğu şəraitində yaşayır, ermənilərin türk-müsəlman xalqına qarşı törətdiyi faciələri "atan kazaklara" bağlayırdıq.

Abbas Səhhətin ölümünə səbəb tək aclıq, səfalət və vəba xəstəliyi deyil, 1918-ci ildə bolşeviklərin törətdikləri qətliam idi.

Ermənilərin 1918-ci ildə Bakıda törətdikləri qırğınlar Şamaxıda təkrarlandı, 7 min dinc insan qətlə yetirildi. Bu qanlı qırğınlar zamanı Abbas Səhhətin evinə də od vuruldu. Şair əlyazmalarını belə götürməyə macal tapmadı. Ailəsi ilə birgə Gəncəyə tərəf üz tutdu. Qana susamış erməni-bolşevik silahlıları onları yaxaladılar, əmanətlərini, azuqələrini əllərindən aldılar.

Bu barədə Hadinin "Azərbaycan" qəzetinin 1918-ci il 18 noyabr tarixli sayında dərc olunan "Səhhətin üfüli-əbədisi" məqaləsində yazılıb. Şair dostunun ölüm xəbərini Qafqaz türklərinə çatdıran Hadi yazır: "Şu müdhiş, şu qorxunc löleyi-hadisat içində şair-təbib Abbas Səhhət də sükunətahe-əbədiyyətə çəkilib getdi. Həm maddi, həm mənəvi xadimi-millət olan Səhhət qardaşımızın üfili-əbədiyyəsindən (əbədiyyətə qovuşmağından) hənuz Qafqaziya türklərinin xəbəri yoxdur... Əzmi xuraman fikrindən geri dönməyən sevgili şairimiz Səhhət Gəncə məzarıstanında dəfn-xak-əbədiyyət bulunur. Zata Şeyx Nizamiyə böyük bir hörməti var idi. Daima Nizaminin laməyut nəzmlərini kəmali fəsahətlə oxur, samlərini ləzzatyab-ədəbiyyat eylərdi. Ən nəhayət, pənc gənc şair-möhtərəmilə həmcivari məzar oldu..."

Hadi şairin 1918-ci ildə ermənilərin törətdikləri soyqırımın qurbanı olduğunu da dəqiqliyi ilə qeyd edir: "Şirvanlı şair, Şirvan faciəsi əsasında başqaları kibi, şəhəri tərkə məcbur olmuş, yolda soyulmuş, var-yoxu əlindən alınmışdı. Bir qaç yerlərdə sər-səriyanə dolanmış, ən sonda Gəncəyə nəqli-məkan etmişdir. Arada xəstə oldu. Zalım və biaman ölümün pəncəsindən rahayət olmayaraq tərki-həyat eylədi."

A.Səhhətin soyqırım qurbanı olması haqqında yalnız bir sayı işıq üzü görən, 1918-ci ilin noyabrın 12-də dərc olunan "Qardaş qayğısı" qəzetində Binəva ləqəbli müəllifin yazdığı "Qanlı günlər" məqaləsində də bəhs olunur:

"Erməni bandaları daha islamlara nə etmədilər? Erməni bandaları Şamaxıda islamların müqəddəs məscidlərinə qədər yandırıb məhv etmişlər. Bir böyük minillik Şamaxıdan indi bu saətlikdən ancaq bir məzarıstana bənzər yanmış uçuq xərabələr taparsınız. İslam aləmi Abbas Səhhət kimi böyük bir ədibi bu bandalara qurban vermişdir. Bununla böylə neçə doxturlar cavan-qoca alimlər qətl olunmuşlar."

Ermənilərin zülmündən sonra psixoloji gərginlik keçirən, səfalət və yoxsulluğa düçar olan Abbas Səhhət 44 yaşında dünyasını dəyişir.

Ağlamaqdan gözünün nurunu itirmiş şairin atası Gəncənin Səbiskar qəbiristanlığında, - oğlunun qəbrini ziyarət edən zaman çuxura yıxılır, təəssüf ki, onun köməyinə gələn olmur, elə quyudaca canını tapşırır, digər ailə üzvləri isə vəbadan ölürlər.

Səhhətin ölüm səbəbi kimi məzarı da uzun müddət naməlum qalır.

Nəhayət, illər sonra ədəbiyyatşünas-alim Ə.Səidzadə şairin məzarının axtarışına çıxır. Səhhəti yaxından tanıyan ailələrə baş çəkir. Mart soyqırımından sonra Gəncəyə köçən, şairlə dost olan şamaxılı Tərrahın oğlu Nəcəfqulu onun dəfn olunduğu yeri alimə göstərir...

Ə.Səidzadənin rəhbərliyi, ictimai təşkilatların yardımı ilə həmin yerə məzar daşı qoyulur.

1947-ci ildə onun məzarı Gəncənin Sahil bağına köçürülür, şairə büst qoyulur.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1311   Tarix: 19 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

22:15 19
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11.11.2026 419
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 779
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 664
.

12 yaşlı uşaq qızıl külçəsi tapdı

1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə

08.11.2026 332
.

Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər

Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır

01.11.2026 753
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

08.11.2026 314
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

09.11.2026 263
.

Masaj hansı problemlər zamanı tətbiq edilir?

Masaj bədəndə gərginlik, əzələ sərtliyi və hərəkət zamanı yaranan narahatlığın azalmasına dəstək məqsədilə seçilir. Tətbiq üsulu problemin olduğu nahiyəyə və şəxsin vəziyyətinə uyğun müəyyən edilməlidir. Boyun və çiyin gərginliyində masaj nə üçün seçilir?. Boyun və çiyin nahiyəsində sərtlik uzun müddə

11.11.2026 192
.