"Xaçaturyanın əməlləri ilə bağlı kifayət qədər təkzibolunmaz sübutlar var"-AÇIQLAMA

"Xaçaturyanın əməlləri ilə bağlı kifayət qədər təkzibolunmaz sübutlar var"-AÇIQLAMAXəbər verdiyimiz kimi, ötən həftə İrəvanda ermənilər aksiya keçirdərək Vaqif Xaçaturyanın azad olunmasını tələb ediblər. Bununla yanaşı, ermənilər yolu azaraq Ermənistan ərazisinə keçən, qondarma qətl ittihamı ilə 20 il müddətinə həbs olunan Azərbaycan hərbçisi Hüseyn Axundovun ömürlük azadlıqdan məhrum edilməsi tələb ediblər.

Bununla bağlı, BiG.AZ-a danışan deputat Bəhruz Məhərrəmli bildirib ki, əsgərlərimiz yolu azaraq, dumanlı hava şəraitində azdıqlarına görə qarşıya keçiblər:

"Onların azaraq şərti sərhəddi keçmə əməlləri ilə Vaqif Xaçaturyanın çoxsaylı cinayətlərini müqayisə etmək olmaz. Xaçaturyan əməlləri təkzibolunmaz dəlillərlə sübut olunur, barəsində məhkəmə qaydasında qətiimkan tədbiri seçilib. Belə olan halda, Xaçaturyanla hansısa günahsızı müqayisə etmək, analogiya aparmaq mümkün deyil. Xaçaturyan öz cəzasını çəkəcək. Törətdiyi əməllərlə bağlı kifayət qədər təkzibolunmaz sübutlar var. Biz ermənilərdən fərqli olaraq, hüququn aliliyi şəraitində Xaçaturyanın bütün prosessual hüquqlarını qorumaq şərtilə cinayət təqibini həyata keçiririk. Məhkəmə də onun haqqında ədalətli qərar çıxaracaq".

Qeyd edək ki, 2023-cü ilin aprelində Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb. Məlum olub ki, onlar Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan ərazisində keçib. Az sonra hər iki hərbçi Ermənistan tərəfindən əsir götürülüb. Aqşin Bəbirov və Hüseyn Axundov "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunublar. Hüseyn Axundov "Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə" də təqsirləndirilir. Aqşin Bəbirov 11,5 il, Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.

Səfərova Sevda


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 831   Tarix: 16 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Yanvar-sentyabr aylarında…

Azərbaycanda turizm sektorunun göstəriciləri geriləməkdə davam edir. "Yeni Sabah" xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu barədə "Facebook" səhifəsində paylaşım edib. Onun sözlərinə görə, hökumət turizmi yenidən prioritet sahə elan edərək yeni fəaliyyət proqramı qəbul etsə də

00:23 375
.

Ankarada dəhşət: Ata hamilə qızını və onun sevgilisini öldürdü

Türkiyənin paytaxtı Ankarada ata öz qızını və onunla birgə yaşayan şəxsi odlu silahdan atəş açaraq öldürüb. "Cumhuriyet"ə istinadən xəbər verir ki, dəhşətli hadisə axşam saatlarında Mamak rayonu, Bahçeleriçi məhəlləsi, Mamak küçəsində qeydə alınıb. İlkin məlumatlara əsasən, B.K. adlı şəxs 1

13:10 60
.

Malayziyada timsah 14 yaşlı məktəblini parçaladı

Malayziyada timsah 14 yaşlı məktəbliyə hücum edərək onu suyun altına çəkib və parçalayıb. "AsiaOne" nəşrinə istinadən xəbər verir ki, hadisə Saravak ştatında baş verib. Məhəmməd Nordin Məhəmməd Osman adlı yeniyetmə çayda qayıqla palma yağı meyvələrinin daşınmasına kömək edərkən timsahın hücumun

15:10 0
.

"Haber Global": "Sosial şəbəkələrdəki paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır" - Video

Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan paylaşımlarla Türkiyə və Azərbaycan arasındakı sarsılmaz bağlar hədəfə alınır. xəbər verir ki, bu barədə "Haber Global" telekanalının süjetində bəhs edilir. Bildirilir ki, yanlış təsəvvürün formalaşdırılmasına imkan verməmək üçün paylaşımların həqiqiliyin

10:55 154
.

Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq - Rəsmi

Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. Naxçıvan Şəhər İcra Hakimiyyətindən -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonund

31.10.2026 284
.

Dünyanın ən bahalı şirkəti üç ay sonra dəyişdi

"Apple" texnologiya korporasiyası olan "Nvidia"nı geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti statusuna sahib olub. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Bildirilir ki, oktyabrın 30-na olan məlumata əsasən, "Apple"ın bazar kapitallaşmas

10:15 175
.

XƏBƏRDARLIQ! Bu tarixdə yağış yağacaq, QARA KEÇƏCƏK...

Noyabrın 2-də gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

12:53 193
.

ŞAD XƏBƏR! Gələn il maaşlar, pensiyalar və sosial yardımlar ARTACAQ - AÇIQLAMA

"Gələn il Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının məbləğinin artırılması aztəminatlı ailələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə imkan verəcək. Ehtiyac meyarına uyğun olaraq ünvanlı dövlət sosial yardımı təyin edilir. Bu meyarın və minimum əməkhaqqının artırılması ünvanl

00:13 344
.

Ərdoğan Zelenski ilə görüşdən sonra Ukraynada sülh üçün hansı addımı təklif etdi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada davamlı sülhün təmin olunması üçün tərəflərin razılığa gəlməsinin vacibliyini vurğulayıb. "Haber Global"a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib. İki lider Dolmabahçe sarayınd

31.10.2026 271
.