Qışa hazırlıq: Qaz limiti ləğv olunacaq?
Azərbaycanda istehlak edilmiş təbii qazın 59,6 faizi istehsal ehtiyaclarına sərf edilib, 40,4 faizi isə əhaliyə satılıb.
Bunu Dövlət Statistika Komitəsi açıqlayıb. Bildirilib ki, bu ilin yanvar-iyun aylarında 11 milyard 800 milyon kubmetr və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% çox təbii qaz ixrac edilib. Əhali tərəfindən 2 milyard 527,7 milyon kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,1% çox təbii qaz istehlak edilib. Onun 38,6%-i Bakı şəhərinin, 2,8%-i Naxçıvan Muxtar Respublikasının, 11,3 %-i Abşeron-Xızı, 6,1%-i Gəncə-Daşkəsən, 5,9%-i Lənkəran-Astara, 5,8%-i Qazax-Tovuz, 5,7%-i Mərkəzi Aran, 5%-i Quba-Xaçmaz, 4,9%-i Şəki-Zaqatala,4,5%-i Qarabağ, 3,6%-i Mil-Muğan, 3,4%-i Şirvan-Salyan, 2,4%-i isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.
Statistika Azərbaycanda kifayət qədər təbii qaz ehtiyatı olduğunu göstərir. Belə bir vəziyyətdə qazın əhaliyə limitlə verilməsi də narazılığa səbəb olur.
"Cümhuriyət"-ə açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, dünyada təbii sərvəti olan ölkələrdə həmin sərvət daxildə əhaliyə maya dəyərinə verilir:
"Bir çox ölkələrdə təbii qazın vətəndaşlara maya dəyərinə verildiyini görürük. Həmçinin təbii qazı olan ölkələr daxildə satdığı qiymətlə dünya bazarındakı qiyməti müqayisə etmir. Amma Azərbaycanda qazın qiymətini qaldıranda bunu dünya bazarındakı bahalaşma ilə əlaqələndirirlər. Əslində, dünyada təbii qaz baha olanda, biz daha çox qazanc əldə edirik. Yəni dünyada təbii qaz bahalaşanda, bizdə ucuzlaşmalıdır. Lakin biz bunun əksini müşahidə edirik. Dünyada bahalaşma olanda ölkəmizdə də qiymət qalxır.
Nəzərə almaq lazımdır ki, Azərbaycanda istehsal olunan təbii qazın üçdə biri ölkə daxilində istifadə olunur, üçdə ikisi isə xaricə ixrac edilir. Həmçinin ölkəmizdə istehsal edilən təbii qazın yarıya qədəri də "Əsrin müqaviləsi"nə uyğun olaraq, "BP" şirkəti tərəfindən hədiyyə edilir. Bu, səmt qazı adlanır. Yəni bu qaz müqaviləyə əsasən, pulsuz olaraq bizə verilir. Ölkəmizdə həmin qazdan məişətdə istifadə olunur".
Ekspert müqayisə üçün bildirib ki, İranda qazın bir kubunu Azərbaycan pulu ilə 2 qəpiyə verirlər:
"Azərbaycanda isə təbii qazın kubu 20-25 qəpiyə təklif olunur. Heç 1200 kub 2 aya belə bəs etmir. Nəticədə limit keçilir. Yəni bizdəki ortalama qiymət İrandan belə 10 dəfə bahadır. Buna görə də ya qiymət ucuzlaşmalı, ya da limit ləğv olunmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 687 Tarix: 13 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGöyçayda meyiti tapılan FHN əməkdaşı dəfn olundu
Göyçay rayonunda meyiti tapılan nazirlik əməkdaşı dəfn olunub. xəbər verir ki, ötən gün Göyçayda 28 yaşlı sakininin meyiti şəhər ərazisində meyiti tapılıb. Meyitin şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizova məxsus olduğu məlum olub. Subay və evin tək oğlu olan mərhum Fövqəladə Halla
12:04 203 İran yeni silahlar sınaqdan keçirib
İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif cəhətləri aradan qaldırmışıq və yen
12:20 174 Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
16:20 159 Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 152,7 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1 dəfə çoxdur. Bu il oktyabrın 1-nə ölkədə 5,3 min kvadratmetr hazır məhsu
15:20 174 ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli Arktika-Sakit okean tərəfdaşlığı yaradıb
ABŞ, Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri Atlantada Üçtərəfli Arktika-Sakit okean Tərəfdaşlığının yaradılması haqqında memorandum imzalayıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, layihənin əsas məqsədi Sakit okean və Arktik
18:30 94 Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
"Son günlər media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur. Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyəti
17:17 139 Vətən müharibəsinin 36-cı günü: Döyüş əməliyyatları davam edir
2020-ci il noyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuz altıncı günü. Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları davam edir. Ordumuzun qüdrəti qarşısında duruş gətirə bilməyən düşmən mülki əhalimizin yaşadığı əraziləri hədəf almaqd
10:56 194 Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
İran fikir ayrılıqlarının aradan qaldırılması ilə bağlı mövqeyini kifayət qədər aydın hesab etdiyi üçün hələlik ABŞ rəsmiləri ilə görüş keçirmək niyyətində deyil. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Telegram" kanalında yazıb. Onun sözlərin
13:30 189 Salyanda ağır qəzada ölən şəxslərin FOTOLARI
Bu gün Salyanda rayonunda baş vermiş ağır qəzada Sabirabad rayon, Muğangəncəli kənd sakinləri - 1969-cu il təvəllüdlü Ələkbər Gülhəsən oğlu Həsənov və 1973-cü il təvəllüdlü Fariz Əliseyran oğlu Qarayev həlak olublar. onların fotolarını təqdim edir. Faktla bağlı araşdırmalar davam etdirilir. 10:22. Salya
17:37 153