İstirahət zamanı itkin düşməmək üçün əməl olunması gərəkən qaydalar

İstirahət zamanı itkin düşməmək üçün əməl olunması gərəkən qaydalarİstər xarici, istər daxili səfərlər zamanı istirahətə gedərkən bəzi məqamları nəzərə almaq lazımdır. Turistlər öncə gedəcəkləri yerin təyinatını, spesifik xüsusiyyətlərini, qarşılaşa biləcəkləri riskləri, orada indiyə qədər baş vermiş təhlükəli anları araşdırmalı, sonra qərar verməlidirlər.

Keçən il hindistanlı turistin Zaqatala ərazisində itkin düşməsi hadisəsini yəqin ki, bir çoxumuz xatırlayırıq. Turistlərin, rayonlarımıza səfər edən şəxslərin itkin düşməsi halları tez-tez təkrarlanır. Belə hal ən çox Qax, Zaqatala kimi şimal bölgələrimizdə baş verir. Həmin ərazilərdə meşədə azanların, heyvan hücumuna məruz qalanların sayı xeyli çoxdur. Bəs bu hallar niyə yaşanır? İnsanlar özlərini belə hallardan necə sığortalaya bilərlər?

"Kaspi" qəzeti növbəti məqaləsində bu kimi suallara cavab tapmağa çalışıb.

Qeyri-peşəkar olduqları üçün cığırı itirirlər

Turizm məsələləri üzrə ekspert Əziz Şiriyev düşünür ki, vətəndaşlar tanımadıqları ərazilərdə özbaşına səyahət etməyə çalışmamalıdırlar: "Bu, əsasən məlumatsızlıqdan irəli gəlir. Belə hallar daha çox hiking və trekking zamanı olur. Trekking peşəkarların hər hansı bir zirvəyə ilk dəfə cığır açması, yürüş etməsinə deyilir. Hiking isə həvəskarların peşəkarların açdığı cığırla yürüşüdür. İstər xaricdən gələn, istər yerli vətəndaşlar peşəkar olmadıqları halda həvəskar şəkildə zirvələrə qeydə alınmamış yollarla qalxıb, fəth etmək istəyirlər. Amma bu, asan deyil. Çünki qeyri-peşəkar olduqlarından cığırı itirirlər".

Peşəkar insanlarla yola çıxmaq lazımdır

Ekspertin fikrincə, hər kəs belə yürüşlərə çıxmamalıdır: "Maarifləndirmə işləri aparılmalı, insanlarda məlumat olmalıdır. İkincisi isə, yalnız peşəkar insanlarla yola çıxmaq lazımdır. Fiziki baxımdan özündə güc hiss etməyən insanlar belə yerlərə səfər etməməlidirlər. Çünki hiking ekstrim turizm növünə aiddir. Ona görə mütləq hazırlaşmaq lazımdır. Əgər dayanarlarsa, mütləq geri qayıtmalıdırlar. Çünki gedib qabaqdakı qrupa çata bilməyəcəklər və azacaqlar".

Adi turlarda belə problemlər olmur
Ə.Şiriyevin sözlərinə görə, ekstrim yerlərə tək getmək əvəzinə, turla, qruplarla səyahət etmək daha yaxşıdır: "İlk növbədə kifayət qədər məlumat toplamaq gərəkdir. Əşyalara - çanta, geyim, ayaqqabı və sairə dair məlumatları dəqiq bilmək lazımdır. Ayaqqabılar sürüşkən olmamalıdır. Bu amillər hamısı nəzərə alınmalıdır. Sadalanan amillərə riayət edilməsə, təbii ki, itkilər çox olacaq. Amma daha yaxşı olar ki, yürüşə çıxarkən peşəkar bələdçi ilə getsinlər. Adi turlarda belə problemlər olmur. Çünki turlar çox rahat yerlərdə həyata keçirilir. Həmin turlarda da turistlərin yanında mütləq rəhbərlər olur".

Həyatınıza son qoya biləcək təhlükələri nəzərə alın

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin fikrincə, təhlükəsizlik amili belə məsələlərdə çox vacibdir: "İstər xarici, istər daxili səfərlər zamanı istirahətə gedərkən, turlar təşkil edərkən bəzi məqamları nəzərə almaq lazımdır. Bu, həmçinin fərdi şəkildə rayonlara, xarici ölkələrə istirahət, səfər üçün gedənlərə də aiddir. Adrenalin həvəskarları, ekstrim xoşlayanlar bu cür yerləri özlərinə istirahət üçün seçərkən təhlükəsizliyi ön plana çəkməlidirlər. Öncə gedəcəkləri yerin təyinatını, spesifik xüsusiyyətlərini, qarşılaşa biləcəkləri təhlükələri, orada indiyə qədər baş vermiş təhlükəli anları araşdırmalıdırlar. Bilməlidirlər ki, getdikləri yerdə hansı təhlükələrlə qarşılaşa bilərlər, bu zaman nə etməlidirlər, haradan kömək çağırmaq lazımdır, gözlənilməyən təhlükə olduqda hansı davranışları sərgiləməlidirlər, bu təhlükələrlə qarşılaşmamaq üçün nə etmək lazımdır... Bunların hamısını diqqətə almaq lazımdır. Ondan sonra səfəri təşkil etmək olar. Bir çox hallarda insanlar sadaladıqlarımızı diqqətə almır. Gedib hansısa uçuruma, dumana, yağışa, uçquna düşürlər, azırlar, vəhşi heyvanların hücumuna məruz qalırlar, dərəyə düşür, xəsarət alır, yaxud köməksiz vəziyyətdə həyatlarını itirirlər".

Tək səfər edənlər üçün təhlükə riski daha yüksəkdir

Ekspert bildirdi ki, səfərlər turizm şirkətlərinin iştirakı ilə olduqda təhlükə riski minimum olur: "Tur şirkətləri gedəcəkləri yerin təyinatı, yollar, təhlükəsizlik tədbirlərini nəzərə alırlar. Götürəcəkləri əşyalar, avadanlıqlar, qurğular, ilk tibbi yardım vasitələri və s. hamısı təmin olunur. Həmçinin, əraziyə bələd olan rəhbərlər olduğu üçün təhlükə riski minimumdur. Tək səfər edən insanlar üçün təhlükə riski daha yüksəkdir. Bəzən insanlar ərazini tanımır, birinci dəfə gedir. Üzərlərində çətin vəziyyətə düşdükdə yardım edə biləcək heç nə olmur. Bəzən şəbəkə olmayan yerlərdə qalırlar. Amma bələdçi ilə səyahət zamanı ərazini göstərən GPS cihazları, ilk tibbi yardım vasitələri, kömək üçün şəbəkəsiz radio rabitə qurğuları var. Həmçinin, vəhşi heyvanların hücumuna qarşı alətlərə sahibdirlər".

E.Nurəliyev qeyd etdi ki, vətəndaşlar gedəcəkləri yeri araşdırarkən bunu internetdən öyrənməkdənsə, turizm şirkətlərindən soruşsalar daha yaxşı olar.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1007   Tarix: 13 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

22:15 19
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11.11.2026 419
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 779
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 664
.

12 yaşlı uşaq qızıl külçəsi tapdı

1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə

08.11.2026 332
.

Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər

Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır

01.11.2026 753
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

08.11.2026 314
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

09.11.2026 263
.

Masaj hansı problemlər zamanı tətbiq edilir?

Masaj bədəndə gərginlik, əzələ sərtliyi və hərəkət zamanı yaranan narahatlığın azalmasına dəstək məqsədilə seçilir. Tətbiq üsulu problemin olduğu nahiyəyə və şəxsin vəziyyətinə uyğun müəyyən edilməlidir. Boyun və çiyin gərginliyində masaj nə üçün seçilir?. Boyun və çiyin nahiyəsində sərtlik uzun müddə

11.11.2026 192
.