738 gün ağacda yaşayıb, kəsməyə qoymadı

738 gün ağacda yaşayıb, kəsməyə qoymadıBəşəriyyəti gözləyən istiləşmə fəlakətləri haqqında məlumatlandırmaq üçün maraqlı addımlar atan Culiya Hill 738 gün ağac zirvəsində yaşayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Hill, 1500 il yaşayan ağacın kəsilməməsi üçün 738 gün tək onun üzərində yaşamağa çalışıb. 1974-cü ildə anadan olan Culiya Lorreyn Hill həyatının ilk illərindən təbiətə böyük sevgi ilə böyüyüb. 7 yaşında ikən təbiət gəzintisi zamanı barmağına qonan kəpənək balaca qızcığazın yanından heç vaxt ayrılmayıb. Bu hadisədən sonra Hillə "kəpənək"" ləqəbi verilib.
Culiya Hill 20 yaşında olanda avtomobil qəzasında ölümdən dönüb. İntensiv müalicədən sonra yenidən yerimə qabiliyyəti qazanan Hill həyatında dönüş nöqtəsi yaşadığını deyir. Sağaldıqdan sonra həyatında böyük bir boşluq hiss edən qız bəşəriyyətə fayda vermək istədiyini anlayıb. Bu müddət ərzində o, müxtəlif ekoloji etiraz aksiyalarında iştirak edib.

Taxta istehsalçısı "Pasicif Lumber Company" ərazidəki sekvoya ağaclarını kəsmək istəyib. Hill də daxil olmaqla ekoloqlar qırğına mane olmağa çalışıblar. 1500 yaşlı ağacın kəsilməsinə qarşı isə xüsusilə güclü müqavimət göstərilib. Culiya Hill 10 dekabr 1997-ci ildən Luna adlı bu ağacda yaşayıb.

Təxminən 50 metr hündürlüyündəki ağaca dırmaşan fəal tarixi sekvoya ağacının üzərində yaşamaq üçün kiçik platforma tikib və 738 gün sağ qalıb. Çətinliklərini dilə gətirən Hill şiddətli silkələnmə, böcəklər, əlverişsiz hava şəraiti və şirkətin onu təhdid edən işçiləri ilə qarşılaşdığını bildirib.

İnsanın təbiəti qorumaq üçün nə qədər uzağa gedə biləcəyini göstərmək istəyən Hill bütün çətinliklərə baxmayaraq, təslim olmayıb. Ağacda keçirdiyi 2 il ərzində ona daim dəstək olub. Onların tədarükü ekoloqlar tərəfindən qarşılanıb. Bu tarixi aksiya 1999-cu il dekabrın 18-də başa çatıb. Nəticədə qız məqsədinə çatıb və ağac kəsilməyib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1228   Tarix: 13 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

22:15 19
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11.11.2026 419
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 779
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 664
.

12 yaşlı uşaq qızıl külçəsi tapdı

1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə

08.11.2026 332
.

Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər

Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır

01.11.2026 753
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

08.11.2026 314
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

09.11.2026 263
.

Masaj hansı problemlər zamanı tətbiq edilir?

Masaj bədəndə gərginlik, əzələ sərtliyi və hərəkət zamanı yaranan narahatlığın azalmasına dəstək məqsədilə seçilir. Tətbiq üsulu problemin olduğu nahiyəyə və şəxsin vəziyyətinə uyğun müəyyən edilməlidir. Boyun və çiyin gərginliyində masaj nə üçün seçilir?. Boyun və çiyin nahiyəsində sərtlik uzun müddə

11.11.2026 192
.