Atasını şərləyib tutdurdular, Amerikada yaşamaq istəmədiyi üçün həyat yoldaşından ayrıldı

Atasını şərləyib tutdurdular, Amerikada yaşamaq istəmədiyi üçün həyat yoldaşından ayrıldıBiG.AZ Kulis.az-a istinadən Əməkdar artist, məşhur müğənni Sevda Ələkbərzadə haqqında maraqlı faktları təqdim edir.

Sevda Çingiz qızı Ələkbərzadə 4 iyul 1977-ci ildə Bakıda yazıçı ailəsində anadan olub. Onun babası məşhur yazıçı Əbülhəsən, atası isə publisist-yazıçı Çingiz Ələkbərov olub. Onlar bir müddət Bakıda yaşasalar da, sonradan atasının işi ilə əlaqədar olaraq İsmayıllıya köçürlər.

***

Ancaq iş elə gətirir ki, 1988-ci ildə, Sevda ikinci sinifdə oxuyanda, atasını televiziya üçün hazırladığı hansısa süjetə görə şərləyib tutdururlar. Elə həmin il Sevdanın babası Əbülhəsən dünyasını dəyişir.

Başsız qalan ailənin həmin illərdə yeganə himayəçiləri Sevdanın ata nənəsi olur. Ancaq atası həbsdə olan zaman Sevdanın nənəsi də dünyasını dəyişir. 1988-ci ilə qədər iki il yarım həbs həyatı yaşayan yazıçı həbsdən çıxandan sonra çox dəyişilir, xəstə, əsəbi və narahat adama çevrilir. Bu barədə Sevda müsahibələrinin birində deyir:

"Atamla işləyən bir operator var idi, yaxın idilər, sonra onu da qorxutdular, o da üzünə durdu. Atam həbsdən çıxanda gəlib üzr istədi, dizüstə düşüb dedi ki, bağışla, məni qorxutdular, heç nə edə bilmədim... Nə bilim, insanıq dəə... Atam həbsdən çıxanda çox dəyişmişdi. Şərə düşmək insanı çox qırır. Nahaq pis şeydir. Təbii ki, oradan çıxanda tam başqa bir adam idi. Bir az aqressivləşmişdi, bir az həyatdan küskün idi. İnsan başa düşür ki, bu dünyada ədalət yoxdur. Noolsun ki, bəraət verdilər, 2 il yarım həyatını geri qaytardılar? Yox. Stressdən, əsəbdən səhhətində problem yarandı. Skleroz deyirdilər, amma mən son vaxtlar oxudum ki, bu Parkinson xəstəliyi imiş. Hər şeyi unudurdu. Amma kim olduğunu heç vaxt unutmadı. O, həbsdən çıxandan sonra xəstəliyi hiss etdik. Əvvəlcə, biz başa düşmürdük, elə bilirdik stressdəndir. Amma illər sonra xəstəlik şiddətləndi, skleroza çevrildi. Onda biz anladıq ki, atam elə həbsxanadan o xəstəliklə çıxmışdı. Həkimə də aparmaq mümkün deyildi, imtina edirdi. 1999-cu ildə vəfat etdi".

Uşaqlıqdan incəsənətə maraq göstərən Sevda yeniyetməlik illərində "Aypara" qrupunda ifaçı kimi fəaliyyətə başlayır. Bir il "Aypara" qrupunda çalışdıqdan sonra fərdi ifaçılıqla məşğul olur.

***

O, 1993-cü ildə RAST qrupunda solist-ifaçı kimi fəaliyyətə başlayır. Bu dövrdə "Rast" musiqiçilərinin önəmli yeniliyi ondan ibarət idi ki, milli xalq musiqilərini dünya musiqiləri ilə sintez edərək dinləyicilərə yeni bir üslub təqdim etmişdilər. S.Ələkbərzadə həmin ildə görkəmli muğam ustası Alim Qasımovdan fərdi muğam dərsləri alır. 2001-ci ildə "Rast" qrupunun tərkibindən çıxaraq fərdi ifaçılıq fəaliyyətinə başlayan S.Ələkbərzadə bəstəkar Cəmil Əmirovla birlikdə "Demə ki, sevirəm" adlı ilk layihəsi ilə çıxış edir.

Sevda Ələkbərzadə 1998-ci ildə sənədlərini Azərbaycan Dövlət İncəsənət Universitetinə verir və buranın "Musiqili komediya aktyorluğu" fakültəsinə daxil olur.

***

2014-cü ilin may ayında Sevda İstanbulda tanış olduğu Kamiyar adlı Cənubi Azərbaycandan olan iş adamı ilə ailə həyatı qurur. Ancaq cütlük 2016-cı ildə qarşılıqlı razılaşma ilə yollarını ayırmağa qərar verir. Bu barədə açıqlama verən müğənni deyir:

"Həyat yoldaşımla boşanmaq qərarına gəlmişik. O, Amerikada, mən isə Azərbaycandayam. Qərar verdik ki, belə davam etməkdənsə, ayrılaq. Mən hər şeyi Bakıda qoyub Amerikaya köçə bilmərəm. Eləcə də Kamyar işini atıb bura gələ bilməz. Qarşılıqlı razılaşma ilə bu qərarı verdik. Hər dəfə Azərbaycanda, Türkiyədə və Amerikada yaşamağa çalışdıq. Amma hər dəfə bir problem ortaya çıxdı. Kamiyarla münasibətlərimiz yaxşıdır".

"Ömürün Allahı sevgidir", "Kaş ki mən dəniz olaydım", "Sarı gəlin", "Sən yadıma düşəndə" mahnıları daha çox məşhurluq qazanıb. 2014 "İntro" adlanan yeni albomunda atasının xatirəsinə ehtiram əlaməti olaraq "Salam, Allahım!" adlı musiqi ifa edib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 965   Tarix: 13 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

22:15 19
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11.11.2026 419
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 779
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 664
.

12 yaşlı uşaq qızıl külçəsi tapdı

1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə

08.11.2026 332
.

Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər

Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır

01.11.2026 753
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

08.11.2026 314
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

09.11.2026 263
.

Masaj hansı problemlər zamanı tətbiq edilir?

Masaj bədəndə gərginlik, əzələ sərtliyi və hərəkət zamanı yaranan narahatlığın azalmasına dəstək məqsədilə seçilir. Tətbiq üsulu problemin olduğu nahiyəyə və şəxsin vəziyyətinə uyğun müəyyən edilməlidir. Boyun və çiyin gərginliyində masaj nə üçün seçilir?. Boyun və çiyin nahiyəsində sərtlik uzun müddə

11.11.2026 192
.