250 növü olan, kiloqramı 30 manata satılan sumaq necə əldə olunur?

250 növü olan, kiloqramı 30 manata satılan sumaq necə əldə olunur?Qutab, lülə-kabab, balıq, qızardılmış ət və digər təamları sumaqla yeməyi xoşlayanların əksəriyyəti bu ədviyyatın necə hazırlanmasından xəbərsizdir. Süfrələrə bəzək, yeməklərə xüsusi dad verən sumaq avqust ayında toplanır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sumaq ağacının meyvələri budaqların uc hissəsindəki zoğlarda salxım şəklində olur. Yetişən xırda meyvələr qırmızı rəngə çalır. Yazlıq və payızlıq növü olan sumağın xüsusi yığılma və emal qaydaları var.

Hündürlüyü üç metrə çatan sumaq ağaclarına daha çox Quba rayonunun Zərqava inzibati ərazi dairəsinə aid dağlıq kəndlərdə rast gəlmək mümkündür.

Bu ərazidəki Kələnov kəndinin sakini Müslüm Həlimov uzun illərdir yabanı halda bitən bitkinin meyvələrini toplayaraq gəlir əldə etdiyini bildirir. "Bir nəfər ağaclardan gün ərzində bir kisə, təxminən 20 kiloqramadək sumaq yığa bilər ki, bundan da emal olunduqdan sonra cəmi 3-4 kiloqram təmiz ədviyyat alınır. Bu bitkinin toplanması zamanı diqqətli olmaq lazımdır. Sumağı əlcəklə yığmaq məsləhətdir. Əks halda, bitkinin turşluğu əl və qol nahiyəsində yaralar əmələ gətirə bilər", - deyə Müslüm Həlimov söyləyib.

Bitki yığıldıqdan sonra bir müddət qurudulur. Həmin xammal döyülür və meyvələr zoğdan ayrılır. Meyvələr ikinci dəfə tam quruyanadək saxlanıldıqdan sonra yenidən emal olunur. Bunun üçün meyvələr xüsusi torbalara doldurularaq toxumlarından ayrılanadək əzilir. Əldə edilən məhsul ələkdən keçirildikdən sonra hazır vəziyyətə gəlir. Böyük zəhmətlə ərsəyə gələn sumağın bir kiloqramı 30 manata, stəkanı isə üç manata satılır.
"Hər il biz 40-50 kilo sumaq hazırlaya bilirdik. Bu il quraqlıqdır deyə sumaq azdır. Sumaqdan biz bütün yeməklərdə istifadə edirik. Əsasən də yağlı təamlarla yeyilir. Turşluğu var. Təzyiqi aşağı salır. Mən sumaqdan dərman kimi istifadə edirəm. Bazarda belə keyfiyyətli sumaq tapmaq çətindir. Bəziləri bitkinin toxumlarını da üyüdüb sumağa qatır ki, məhsul çox olsun. Amma onda keyfiyyətsiz olur", - deyə Kələnov kənd sakini Nəsibə Həlimova söyləyir. 250-yə yaxın növü olan sumaq bitkisinə Azərbaycanda Quba ilə yanaşı, Lənkəran, İsmayıllı, Göyçay, Şəki və Zaqatala rayonlarının dağ meşələrində də təsadüf edilir.

Sumaq meyvəsinin tərkibində 18-20 faiz aşılayıcı maddə, şəkər, üzvi turşular, C və K vitaminləri var. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyi zamanı içirlər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1054   Tarix: 12 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

22:15 19
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11.11.2026 419
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 779
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 664
.

12 yaşlı uşaq qızıl külçəsi tapdı

1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə

08.11.2026 332
.

Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər

Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır

01.11.2026 753
.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

08.11.2026 314
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

09.11.2026 263
.

Masaj hansı problemlər zamanı tətbiq edilir?

Masaj bədəndə gərginlik, əzələ sərtliyi və hərəkət zamanı yaranan narahatlığın azalmasına dəstək məqsədilə seçilir. Tətbiq üsulu problemin olduğu nahiyəyə və şəxsin vəziyyətinə uyğun müəyyən edilməlidir. Boyun və çiyin gərginliyində masaj nə üçün seçilir?. Boyun və çiyin nahiyəsində sərtlik uzun müddə

11.11.2026 192
.