Abituriyentlər hansı universitetlərə üstünlük verir?-AÇIQLAMA

Abituriyentlər hansı universitetlərə üstünlük verir?-AÇIQLAMAMəlum olduğu kimi 2023-2024-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanları yekunlaşıb. Abituriyentlər ixtisas seçimi zamanı müsabiqədən kənarda qalır, ya da istədikləri ixtsaslara qəbul olmurlar. Bəs tələbələr ixtisas seçimi zamanı hansı universitetlərə üstünlük verirlər? BiG.AZ-a danışan Kamran Əsədov mövzuya aydınlıq gətirib:

"İlk olaraq 2023-2024- cü illər üçün ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb. Yaxın günlərdə "Abituriyent" jurnalının 4-cü sayı çıxacaq. Müsabiqə şərtini ödəyən abituriyentlər avqust ayının 16-dan 28-ə qədər müsabiqə şərtini ödədiyi ixtisas qrupları üzrə ixtisas seçimi edə biləcəklər. Abituriyentlər təəssüflər olsun ki, ciddi yalnışlıqlara yol verirlər. Yalnız "Abituriyent" jurnalının 2-ci sayında olan ballar ilə ixtisas seçimi edirlər. Bunun nəticəsi olaraq onlar ali məktəblərə qəbul ola bilmirlər. Əvvəlki illərdə 600-dən yuxarı bal toplayanlar məhz jurnalın 2-ci sayı ilə ixtisas seçimi etdiklərinə görə səhvlərə yol verdiklərini birmənalı olaraq görə bilirik. Abituriyentlər ixtisas seçimində diqqətli olmalıdırlar.

İxtisas seçimləri üzrə təhlil aparan zaman görürük ki, 1-ci ixtisas qrupunda yüksək bal toplayan abituriyentlərin seçdikləri universitetlər 1-ci ixtisas qrupunda riyaziyyat müəllimliyini seçənlər Bakı Dövlət Universitetini seçirlər. Çünki ən yaxşı kadr burada hazırlanır. Amma informasiya texnologiyalar, informasiya təhlükəsizliyi, kompüter elmləri, kompüter mühəndisliyi, neft-qaz ilə bağlı ixtisaslarda Bakı Ali Neft məktəbinə üstünlük verirlər. Bizim abituriyentlərə görə informasiya təhlükəsizliyi ixtisaslarına gedənlər ADA universitetini daha çox seçirlər. 2-ci ixtisas qrupunda abituriyentlər birmənalı şəkildə daha çox Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçirlər. Hətta ən az bal toplayanlarında seçim elədiyi maliyyə, mühasibatlıq, eyni zamanda iqtisadiyyat, biznesin idarəedilməsi ixtisasları üzrə 2-ci qrupda daha çox seçilən universitet UNEC-dir. 1-ci ixtisas qrupuna geri qayıtsaq, burada az ballı abituriyentlərin seçdiyi Azərbaycan Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat universitetidir. Özəl universitetlər burada çox az seçilir. 2-ci qruplarda özəl universitetlərə meyillənmə 1-ci qruplar ilə müqayisədə daha çoxdur. 3-cü qruplarda əsasən Bakı Dövlət Universitetinin hüquqşünaslıq, dil və ədəbiyyat müəllimliyi, tarix müəllimliyi, jurnalistika kimi ixtisaslar daha çox seçilir. Hüquqşünaslıqdan sonra perspektivli ixtisas olan beynəlxalq münasibətlər ixtısasını abituriyentlərimiz Bakı Dövlət Universitetində oxumaq istəyirlər. Burada təhsilin keyfiyyəti, şəffaflığı və əlçatanlığı hər daim ön plandadır. İngilis dili müəllimliyi, müxtəlif dillərlə bağlı olan ixtisaslarını abiturtiyentlər Azərbaycan Dillər Universitetində oxumaq istəyirlər. Eyni zamanda bu ixtisas qrupunda ADA universitetinə tələbat kifayət qədər çoxdur. 4-cü qrupda birmənalı şəkildə Azərbaycan Tibb Universitetini görürük. Buraya qəbul olmaq istəməyənlərin yeganə seçimi daha çox Bakı Dövlət Universitetidir. Burada kimya, biologiya, psixologiya, kimya müəllimliyini daha çox seçirlər. 5-ci ixtisas qrupu qabiliyyət tələb edən ixtisaslardır. İdman ixtisası üzrə İdman Akademiyası, rəssamlıq ilə bağlı Rəssamlıq Akademiyasına üstünlük təşkil edir".

Səfərova Sevda


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6380   Tarix: 07 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Arzum"u həbsdən qurtaracaq şok DETALLAR - VİDEO

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən "Arzum 99" ləqəbli bloqer İlduzə Hacıyevanın apellyasiya şikayəti üzrə ilk məhkəmə baxışı keçirilib. Baku TV-nin məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda cinayət işinin yenidən araşdırılmasına start verilib

31.07.2026 544
.

Rus ordusu Verovka və Stenkini işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Verovka və Donetsk vilayətinin Stenki yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

31.07.2026 261
.

Hande Erçel yaşadığı çətinlikdən danışdı

Türkiyəli aktrisa Hande Erçel şəxsi həyatı və illər ərzində qazandığı təcrübələr barədə danışıb. Axşam.az xəbər verir ki, aktrisa "Based Istanbul"un yutub kanalına müsahibəsində tanınmış sima olmaqla şəxsi həyatı arasındakı balansdan söz açıb. Hande Erçel bildirib ki, zamanla yaşadığı hadisələ

31.07.2026 357
.

Albert Eynşteynin qeyri-adi yemək vərdişi

Nisbilik nəzəriyyəsi və elmə gətirdiyi inqilabi yeniliklərlə tanınan Albert Eynşteynin qeyri-adi yemək vərdişi üzə çıxıb. xarici KİV-ə istinadla xəbər verir ki, məşhur fizik göbələyi çox sevib və onu gün ərzində bir neçə dəfə yeməyə hazır olub. Eynşteyn xüsusilə ağ göbələyə üstünlük verib. Onun evind

31.07.2026 341
.

Ben Afflek milyon dollar qazandı

Hollivud ulduzu Ben Afflek "Kim milyonçu olmaq istəyir?" televiziya proqramında 1 milyon dollar qazanıb. xarici KİV-ə istinadla xəbər verir ki, aktyor dəfələrlə qalib olmuş Ceymi Dinq ilə birlikdə yarışaraq əsas mükafatı əldə edibləe. Qazandıqları 1 milyon dollar Afflekin Uitni Uilyamsla birlikd

31.07.2026 298
.

BTS "Qremmi"ni boykot etdi

Cənubi Koreyanın məşhur BTS qrupu bu il "Qremmi" mükafatına namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb "Qremmi"də Koreya, Yaponiya və Çin pop musiqisi üçün ayrıca "Ən yaxşı Asiya pop musiqisi ifası" nominasiyasını

31.07.2026 295
.

İstiləşmə səbəbindən Aralıq dənizi "yadplanetlilərlə" dolub - Qarşısını almaq olmur

Əvvəlki nəsillərin tanıdığı Aralıq dənizi artıq geri dönməz şəkildə dəyişib. Qaynarinfo "Associated Press"ə (AP) istinadən xəbər verir ki, alimlər xəbərdarlıq edirlər: əsasən neft, kömür və qazın yandırılması nəticəsində yaranan iqlim dəyişiklikləri səbəbindən Aralıq dənizinin suyu getdikc

31.07.2026 341
.

Bessent İranda müsadirə edilmiş aktivlərin İran xalqına veriləcəyini bildirib

ABŞ Maliyyə Naziri Skott Bessent cümə günü jurnalistlərə bildirib ki, ABŞ "bütün dünyada İran aktivlərini axtarır və bu pul İran xalqına gedəcək". BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Skott Bessent İranda mövcud rejimin mütləq devrilməli olduğunu bildirib. Müəllif: İlkin Məmmədkərimo

10:40 142
.

The Washington Post: "ABŞ İranın iqtisadiyyatına təzyiqi artırır"

ABŞ-ın İrana endirdiyi zərbələr və Vaşinqtonun yeni təzyiq siyasəti İran iqtisadiyyatında böhranı daha da dərinləşdirir. BİG.AZ The Washington Post-a istinadən xəbər verir ki, ABŞ administrasiyası hesab edir ki, iqtisadi təzyiq Tehranı nüvə proqramı ilə bağlı danışıqlara məcbur edə bilər. Məqalədə bildirili

31.07.2026 218
.

TOP MP3