Bacısı qızını öldürən şəxs yenidən hakim qarşısına çıxır

Bacısı qızını öldürən şəxs yenidən hakim qarşısına çıxırGöyçayda bacısı qızını boğaraq öldürməkdə təqsirləndirilən Vüqar Bədəlovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

BiG.AZ pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses avqustun 9-na təyin edilib. Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmə də şikayəti təmin etməyib.

Qeyd: Hadisə 2021-ci il mayın 9-u saat 06 radələrində Göyçay rayonu, Bığır kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü Fatimə Məmmədova dayısı V.Bədəlov tərəfindən yastıqla boğularaq qətlə yetirilib. İttihama görə, dayı bacısı qızını namus üstə öldürüb. Belə ki, F.Məmmədova nişanlı olub. Lakin o, sonradan nişanlı ola-ola evdən qaçıb və yenidən evə qayıdıb. Hadisə günü F.Məmmədova evdə ayrı-ayrı şəxslərlə uca səslə telefonla danışıb. V.Bədəlov da bacısı qızının bu hərəkətlərinə irad bildirib. F.Məmmədova isə onu nalayiq ifadələrlə təhqir edib və dayısına əhəmiyyət vermədən yenidən telefonla danışmağa başlayıb. Daha sonra V.Bədəlov F.Məmmədova yatan zaman onu yastıqla boğaraq öldürüb. İstintaq orqanı tərəfindən V.Bədəlovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (Qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Xatırlatma: V.Bədəlov ifadəsində F.Məmmədovanın "TikTok" sosial şəbəkələrində bir çox videogörüntülərinin yayıldığını deyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1477   Tarix: 07 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Portağal tələbatı artır, yerli istehsal isə yerində sayır: Niyə idxaldan asılıyıq?

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 12,13 milyon ABŞ dolları dəyərində 14 min 539 ton portağal idxal edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 13 faiz, kəmiyyət baxımından isə 22 faiz çoxdur. Hesabat dövründə Azərbaycan İrandan 7,56 milyon dolları dəyərində 10 min 8

08.02.2026 165
.

Macarıstanın Baş naziri yenidən Aİ-ni tənqid edib

Macarıstanın Baş naziri Viktor Orban Brüsseli macar ailələrindən Ukraynaya pul göndərmək cəhdində günahlandırıb. "Report" xəbər verir ki, bu barədə siyasətçi sosial media hesabında yazıb. "Brüssel bürokratları ailələrimizdən pul alıb Kiyevə göndərməyə çalışırlar. Brüssel ailəni birinc

08.02.2026 167
.

Netanyahu fevralın 11-də ABŞ-də Trampla görüşəcək

İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-yə səfər edəcək. "Report" xəbər verir ki, bu barədə hökumət başçısının ofisi məlumat yayıb. Bildirilib ki, Netanyahu və ABŞ Prezidenti Donald Tramp fevralın 11-də Vaşinqtonda Amerika-İran danışıqlarını müzakirə edəcəklər. "Baş nazi

08.02.2026 157
.

Ceyhun Məmmədov: Uşaqların sosial şəbəkələrdə uyğunsuz materiallara əlçatanlığı cəmiyyəti narahat etməlidir

Uşaqların zərərli internet oyunlarından istifadəsi, onların sosial şəbəkədə uyğunsuz materiallara əlçatanlığı ciddi təhlükə kimi cəmiyyəti narahat etməlidir. Bu sözləri "Report"a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, sosial medianın inkişafı, internet məkanında yayıla

08.02.2026 188
.

Azərbaycan və digər ölkələr axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib

Azərbaycan, Gürcüstan, Almaniya, Monteneqro, Şimali Makedoniya və Yunanıstan "qırmızı bülleten"lə axtarışda olan 15 nəfəri Türkiyəyə ekstradisiya edib. "Report" xəbər verir ki, bu məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"dəki hesabında paylaşıb. Bildirili

08.02.2026 109
.

Milyarderin keçmiş arvadı istintaq təcridxanasında özünü öldürdü

Rusiyalı milyarder, Alfa Bankın idarə heyətinin keçmiş üzvü Aleksandr Qalitskinin keçmiş həyat yoldaşı Aliya Qalitskaya Moskva vilayətinin İstra şəhərindəki müvəqqəti saxlama yerində intihar edib. xarici KİV-ə istinadla bildirir ki, bu barədə Prezident yanında İnsan hüquqları üzrə Şuranın üzvü Eva Merkaçev

08.02.2026 132
.

DİQQƏT! Ev tikintisində YENİ ŞƏRT

Azərbaycanda ev tikdirənlərin bəzisi bu işi şirkətlərə, bəzisi isə tanıdığı, işinə bələd olduğu ustaya həvalə edir. Şirkətlər mənzil sahibi ilə evin tikintisi haqqında detalları, yəni hansı müddətə işin başa çatacağını, nə qədər vəsait xərclənəcəyini və digər məsələləri danışıb, müqavilə bağlayırlar

08.02.2026 224
.

"Crocus City Hall"dakı terror aktı üzrə məhkəmədə gizli şahidin ifadəsi dinlənildi

Rusiyada "Crocus City Hall" törədilmiş terror aktı ilə bağlı keçirilən məhkəmədə dinləmələr zamanı adı açıqlanmayan şahidin ifadəsi oxunub. xəbər verir ki, bu barədə TASS-a məhkəmə iştirakçılarından biri bildirib. Müttəhimlər kürsüsündə oturan 19 təqsirləndirilən şəxsin hamısı Rusiyada terrorç

08.02.2026 189
.

İranın XİN başçısı: ABŞ ilə növbəti danışıqlar başqa yerdə keçirilə bilər

Əgər Vaşinqtonla danışıqların davam etdirilməsi qərarı qəbul edilərsə, yalnız nüvə məsələləri müzakirə olunacaq. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Omanın Maskat şəhərində ABŞ ilə danışıqların yekununa dair mətbuat konfransında deyib. "Növbəti raundu

08.02.2026 149
.

TOP MP3