Azərbaycan pomidorunun ixracı azalıb: Xaricdə alıcı tapılmır, yoxsa?

Azərbaycan pomidorunun ixracı azalıb: Xaricdə alıcı tapılmır, yoxsa?Azərbaycandan pomidor ixracı azalıb. Ekspertlər bunu Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər. Müvafiq qurum isə ixrac bazarının genişləndirilməsi üçün sistemli işlər aparıldığını deyir.

"Kaspi" qəzetinin mövzu ilə bağlı hazırladığı yazıda deyilir:

2023-cü ilin ilk altı ayında Azərbaycandan 120 milyon 729 min dollar dəyərində 108 min 118 ton pomidor ixrac olunub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4,8%, miqdar ifadəsilə 2,2% azalıb. Ötən illərdə ölkənin pomidor ixracı ilə bağlı açıqlanan statistikasında daim artım müşahidə edilirdi. Bu il isə artım yox, azalma var. Bəs bunun səbəbi nədir?

Əsas ixracımız Rusiya bazarıdır

İqtisadçı ekspert Eyyub Kərimli pomidor ixracında müşahidə edilən azalmanın səbəbini Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirib:

"Pomidor ixracının azalmasına səbəblərdən biri Rusiyanın iqtisadi vəziyyətidir. Belə ki, Azərbaycanda yetişdirilən pomidorlar əsasən Rusiya bazarına ixrac olunurdu. Bu gün müharibə səbəbindən bu ölkədə iqtisadi aktivlik zəifləyib. Rublun ucuzlaşması ilə bağlı hər birimiz artıq məlumatlıyıq. Bizim sahibkarlar da bəzən Rusiyaya ixrac etdikləri pomidorların ödəmələrində problemlər yaşayırdılar. Bu problemlər pomidor ixracına mənfi təsirini göstərir".

Ekspert hesab edir ki, bu vəziyyətdən çıxmaq üçün digər ixrac bazarları olan ölkələrlə danışıqlar aparılmalıdır:

"Başqa ölkələrlə də iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində zəruri addımlar atılmalıdır. Bildiyimiz kimi, Azərbaycanla Avropa İttifaqı arasında bir sıra müqavilələr bağlanıb. Azərbaycanın ərzaq məhsulları orqanik və təbii olduğu, yüksək keyfiyyətlərə cavab verdiyi üçün Avropa bazarlarına da çıxa bilir. Bu mənada düşünürəm ki, sahibkarlarımız da gələcəkdə satış imkanlarını şaxələndirmək üçün fürsətləri dəyərləndirməlidirlər. İxrac imkanları çoxalmalıdır ki, bir ölkədən asılı vəziyyət yaranmasın. Bir ölkədən asılılıq sonda sahibkarların gəlirlərinin azalmasına gətirib çıxara bilir".

İxracda azalma bazarda qiymətlərin ucuzlaşmasına səbəb olmayıb

Normalda ixracda azalma yerli bazarda qiymətlərin ucuzlaşmasına səbəb olmalıdır. Amma bu, yerli bazarda o qədər də hiss olunmur. Pomidorun qiyməti regionlarda 40 qəpik, Bakıda 60 qəpik - iki manat 50 qəpik aralığındadır. Bazarda pomidoru satanlar da, alanlar da narazıdırlar. Satıcı narazıdır - malını alan yoxdur, alıcı narazıdır - qiymətlər bahadır. Bazarda məhsul çox olsa da, alıcı qıtlığı yaşanır. Satıcılar bunu yay fəslində insanların istirahətə getməsi ilə əlaqələndirirlər.

İxrac azaldığından ölkədə yeni istixanalar da qurulmur

Kənd təsərrüfatı mütəxəssisi Nicat Quluzadə deyir ki, ixracın azalmasının əsas səbəbi yeganə ixrac istiqamətinin Rusiya bazarı olmasıdır. İxrac azaldığından ölkədə yeni istixanalar da qurulmur:

"Artıq hamı meyvəçiliyə yönəlir. Ölkədə fermerlərin çoxunun HACCP, GLOBAL GAP kimi sertifikatları yoxdur. Bu sertifikatlar daha çox iri holdinq və şirkətlərdə var. Ona görə də camaat pomidoru əkir, amma xaricə göndərməyə çətinlik çəkir. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də xərcləri müəyyən mənada artırır. Müqayisə etdikdə, əvvəllər sənədlərin, ixrac şəhadətnamələrinin əldə edilməsi prosesi daha asan həyata keçirilirdi. İndi isə bir qədər çətinləşdirilib. Eləcə də, indi lisenziya, laboratoriya xərcləri də çoxalıb. İndi bazarda olan məhsul Xaçmaz, Masallı, Cəlilabad və s. regionlarda açıq sahədən yığılan pomidorlardır".

AZPROMO yeni ixrac bazarları axtarır

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-dan bildirildi ki, onlar Azərbaycanın xaricdə fəaliyyət göstərən Ticarət evləri və nümayəndələri tərəfindən qeyri-neft məhsullarının ixracı üçün yeni bazarların tapılması və ya ixrac coğrafiyasının diversifikasiyası istiqamətində işləri davam etdirirlər. Xarici ölkələrin şəbəkə marketləri ilə məhsullarımızın satışı məsqsədi ilə əlaqələr qurulub, meyvə-tərəvəz idxalçıları ilə danışıqlar aparılıb və yerli şirkətlərimizlə əlaqələndirilib:

"Bundan başqa, ixrac potensialının artırılması və yeni ixrac bazarlarının əldə edilməsi üçün "Global Gap" sertifikatının alınması xüsusi əhəmiyyət kəsb edir ki, sözügedən sertifikatın alınmasında da AZPROMO tərəfindən ixracatçılara müvafiq dəstək tədbirləri göstərilir. Həmçinin, ixracatçılarla mütəmadi görüşlər keçirilir, göstərilən dəstək tədbirləri, konsiqnasiya üsulu ilə ixrac olunmuş məhsulların dəyərinin ölkəyə gətirilməsi, ticarət qanunvericiliyinin tələblərinə əməl edilməsi və bu kimi məsələlər üzrə maarifləndimə işləri aparılır. Yerli pomidor istehsalçılarımız üçün yeni ixrac bazarlarının qurulması istiqamətində işlər davam etdirilir".

Polşaya pomidor satışımız artır

AZPROMO-dan o da bildirilib ki, bu istiqamətdə ilkin nəticələr də var. Məsələn, hesabat dövründə Rusiya istisna olmaqla, digər ölkələrə pomidor ixracında əhəmiyyətli dərəcədə artım qeydə alınıb:

"Məsələn, Polşaya son altı ayda dəyəri 1,183 mln. ABŞ dollarından çox olan 846 ton pomidor ixrac edilib ki, bu da illik ifadədə müvafiq olaraq 4,9 dəfə və 5,2 dəfə artım deməkdir. Bu ölkəyə ixrac edilən məhsulun satışı təkcə Polşada deyil, digər Avropa ölkələrində də təşkil olunur. Hazırda Azərbaycanın əsas ixrac bazarı Rusiyadır. Bu ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya dəyəri 116,2 mln. ABŞ dollarından çox olan 105,4 min tondan artıq pomidor ixrac edilib. Ümumiyyətlə, bu ilin yanvar-iyun aylarında Azərbaycanın 73 sahibkarlıq subyekti Rusiyaya pomidor ixrac edib".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 724   Tarix: 06 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.