"İlhamənin yoxluğundan istifadə edib ağızlarına gələni danışırlar"

"İlhamənin yoxluğundan istifadə edib ağızlarına gələni danışırlar""İlhamə xanım sərt qadın olub. Buna baxmayaraq, o, ürəyi yumşaq və zərif idi. İlhamə xanımın sağlığında ona salam vermək üçün sıraya düzülürdülər. İndi isə həmin insanlar İlhamə xanımın yoxluğundan istifadə edib, onun haqqında ağızlarına gələni danışırlar".

BiG.AZ bizim.media-ya istinadən bildriir ki, bu sözləri mərhum Xalq artisti İlhamə Quliyevanın böyük bacısı Gülbahar Quliyeva "Retro Bakı" verilişinə müsahibəsində deyib.

Gülbahar xanım bacısı İ.Quliyevanın Xalq artisti Flora Kərimova ilə aralarında yarım əsrdən çox davam edən qalmaqaldan söz açıb. O bildirib ki, İlhamə Flora ilə yola getməsə də, onun sənətini hər zaman sevib:

"Bacım İlhamə xanım Flora Kərimovanın sənətini çox sevirdi və bəyənirdi. Doğrudur, onlar bir-biri ilə yola getməsələr də, lakin hər ikisi böyük sənətkardır. İlhamə xanım kimi sənətkarın sözünü danışmaq düzgün deyil. Onun sağlığında danışardınız da... Amma o dünyasını dəyişəndən sonra hamınınızın dili uzandı. Niyə?"

Sənətkarın bacısının sözlərinə görə, İlhamə Quliyeva ağır xəstə olduğunu hamıdan gizlətməyə çalışıb:

"İlhamə xanım mənə və digər bacımız İradə xanımı da deyirdi ki, məni "krujeva"larla bəzədilmiş tabutda basdırın. Biz amma onun bu sözünü zarafata salırdıq. Amma bacım çox gözəl rəhmətə getdi. O heç başa düşmədi ki, o öldü. İlhamə xanım bilsəydi ki, öləcək, o həmən dəqiqə ölərdi. O, ölümlə heç zaman razılaşmayıb. Çox ağır xəstə idi. Amma o xəstəliyini də heç zaman bürüzə vermirdi. İlhamə xanım gözəlliyini də itirmirdi".

Gülbahar xanım bacısı İ.Quliyevanın tez-tez onunla sözlərinin çəp düşdüyünü də etiraf edib:

"Bacım İlhamə xanım sağ ikən efirdə mənə komplimentlər edirdi. Hamıdan da çox mənə sözünü deyib. Hamıdan da çox onu istəmişəm. O mənim böyüyüm, bacım idi. Bizdə elə şey yoxdur ki, böyük söz desin, kiçik isə qaçsın efirə şikayət eləsin. Hamıdan çox mənimlə işi olub. Çünki İlhamə xanımla mənim xasiyyətim eynidir. O da söz götürən deyil idi, məndə..."

Qeyd edək ki, İlhamə Quliyeva 2016-cı il fevralın 25-i ürək çatışmazlığından vəfat edib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 756   Tarix: 06 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Məşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO

Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas

27.09.2026 435
.

3 il aradan sonra seriala çəkilir

Türkiyəli aktyor Tolqahan Sayışman uzun aradan sonra kamera qarşısına keçəcək. Axşam.az xəbər verir ki, aktyor "Ölüm bizi ayırana dek" serialında baş rolu ifa edəcək. O, "Uygar Soykan" adlı inşaat mühəndisinə həyat verəcək. Ekran işi 10 bölümdən ibarət olacaq. Qeyd edək ki, Tolqaha

19.09.2026 270
.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20.09.2026 820
.

Ən çox gəlir gətirən aktyor oldu

Britaniyalı aktyor Tom Holland kino tarixinin ən çox gəlir gətirən aktyorları siyahısında birinci pilləyə yüksəlib. Axşam.az xəbər verir ki, aktyorun rol aldığı filmlərin ümumi dünya üzrə gəliri 15,48 milyard dolları keçib. Bununla Holland Zoi Saldana və Skarlett Yohanssonu geridə qoyub. Aktyorun il

19.09.2026 227
.

Zeynəb Xanlarova əməliyyat olundu

Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. BİG.AZ -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib

23.09.2026 481
.

Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi

Aktrisa Zarina Qurbanova uşaqlıq arzusunu gerçəkləşdirib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, uşaqlıqdan müəllim olmaq istədiyini və arzularının ardınca getdiyini bildirib:. "Mən uşaqlıq arzularımı reallaşdıran bir fərdəm. Uşaqlıqda arzum va

26.09.2026 278
.

"Ayrılıb öz ayağı üstə duran qadın qınanır"

"Yeni nəsil tam fərqli böyüyür. Amma düzgün azadlığı qəbul edib həyat qursunlar. Sosial mediadakı azadlıqdan faydalanmasınlar. Daxili seçim azadlığından faydalansalar, yaxşı olar. Mənim də layihələrim bunlardan irəli gəlir". Axşam.az xəbər verir ki, aktrisa Sevinc Əliyeva "Arxa plan"

19.09.2026 293
.

"Məni silkələyən ikinci belə hadisə olmayıb"

Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığın

29.09.2026 397
.

Gülay Zeynallı tanınmaz halda - ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI

Müğənni Gülay Zeynallının yeni görünüşü diqqət çəkib. Onun fərqli obrazda çəkdirdiyi fotolar sosial şəbəkədə maraqla qarşılanıb. Müğənninin yeni saç düzümü və makiyajı izləyicilərin diqqətindən yayınmayıb. Gülayın əvvəlki görünüşlərindən fərqlənən stili müzakirələrə səbəb olub. Bəzi izləyicilər Zeynallın

19.09.2026 560
.