Əri başına alma qoyub tüfənglə nişan alırdı - Nebahat niyə ana olmadı?

Əri başına alma qoyub tüfənglə nişan alırdı - Nebahat niyə ana olmadı?Lent.az "Göz önündə" rubrikasında məşhur türk aktrisası Nebahat Çehrenin həyatından bəhs edir.

Nebahat Çehre qocaldıqca şöhrəti və gözəlliyi artan nadir insanlardandır. O gəncliyində rəsmi şəkildə Türkiyə gözəli seçilsə də, ömrünün baharında "Yeşil Çam"ın Türkan Şoray, Fatma Girik, Filiz Akın, Gülşen Bübükoğlu kimi gözəl aktrisalarının kölgəsində qalmış, ikinci dərəcəli rollarla yetinməli olmuşdu. Amma istedad ölmür və gec də olsa öz bəhrəsini verir. Nebahat Çehre 70 yaşında yenidən şöhrətin zirvəsinə çıxmağı, hər kəsi geridə qoymağı bacardı. Adları çəkilən həmkarları yaşlandıqca o gəncləşdi, şöhrətləndi.

Aktrisa 1994-cü il martın 15-də Samsunda doğulub. Atası gürcü, anası laz qızı idi. Atasını erkən itirmiş, anası yenidən evlənib, onu ögey atanın evində böyüməyə məcbur etmişdi. Bu hadisə onun həyatına o qədər təsir etmidşi ki, Nebahat özü ömür boyu övlad sahibi olmaq istəməmişdi.

15 yaşında Türkiyə gözəli seçilib

Hərçənd hələ də bu addımın yanlış olduğunu və özünü gözəl hesab etmədiyini deyir. Gözəl seçildikdən sonra iki il bir memarın katibəsi işləyir, film təkliflərinə yox deyir. Amma sonra razılaşır və ard-arda 127 filmə çəkilir. Film çəkilişləri zamanı məşhur rejissor, Çirkin Kral ləqəbli Yılmaz Güneylə tanış olur və aralarındakı eşq macərası dillərə düşür. O qədər alovlu bir sevgi ilə bir-birlərinə bağlanırlar ki, tezliklə evlənirlər. Lakin bu ailənin ömrü çox sürmür.

İddialara görə, Çirkin Kral gözəl arvadını öldürmək istəyib, dəfələrlə döyüb, maşınla əzib, başına alma qoyub tüfənglə nişan alıb. Boşanırlar. O zaman Nebahat çox sevsə də, Yılmazla davam edə bilməyəcəyini anlayıbmış. Hamiləliyini abortla başa çatdırır və bir daha uşaq sahibi ola bilmir. "Mən ögey atayla böyüdüm, uşağım böyüməsin" deyir, daha uşaq istəmir.

"Mən bit üçün yorğan yandıraram, yalnış gedərsə evliliyi də, karyeramı da sona çatdıraram" deyir müsahibələrində. Çox maraqlıdır ki, ayrılandan sonra Yılmazla dostluq münasibətləri davam edib.

Daha sonra milli basketbolçu ilə evlənən Nebahatın bu dəfə də bəxti gətirmir, 3 il sonra ayrılırlar. O özünü tənha yaşamağa məhkum edir, bir daha heç kimlə adı hallanmır. 70-ci illərdə Nebahat "Büklüm-büklüm" adlı bir mahnı yazdırır və müğənni kimi fəaliyyətə başlayır. Kinodan pul qazanmasa da, kazinolardan bir gecəsinə 10 milyon lirə qazanır və bütün pullarını daşınmaz əmlaka yatırır. Uzun illər gözə görünməyən Nebahat 67 yaşında olarkən "Aşkı Memnu" serialındakı Firdevs xanım rolu ilə ulduz kimi parlayır. Seriala çəkilərkən 70-ə yaxın yaşı olmasına baxmayaraq, gənc qız ədasında, cilvəsində olan aktrisa hər kəsi heyrətləndirir.

"Aşkı- Memnu"nun" film versiyasının çəkiləcəyini eşidincə isə reaksiyası belə olmuşdu: "10 ildir biz köhnəlmədən izlənilirik. Kaş ki, 30-40 il sonra çəkməyə başlayaydılar, uğursuz alınacaq".

Bu roldan sonra "Möhteşem yüz yıl" seralındakı Valide Sultan obrazı ilə film sektorunda yerini daha da möhkəmləndirir.

Gənckən bir ara seks filminə də çəkilib, lakin sonra bu filmin aradan qaldırılmasına da xeyli əmək sərf edib.

Hazırda 79 yaşında olan aktrisa sanki zamana meydan oxuyur. O idmanla məşğul olmadığını, 30 ildir eyni kremdən istifadə etdiyini, özünə xüsusi qulluq göstərmədiyini, gənclik sirrinin genetikadan gəldiyini deyir. Xarakteri isə Firdevsdən çox fərqlidir. Daha sakit, intriqalardan uzaq. Pula gəlincə, onu kim sevmir ki?

"Düzgün geyinməyi, özümü necə aparmağı bilirəm, əsalətimi qoruyuram. Hər bir qadın gözəldir, əsas odur, özünü tanıyasan" deyə yaşlandıqca gözəlləşən xanım bildirir.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1921   Tarix: 05 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur aparıcı bu addımı da atdı - Elə bir iş gördü ki... - FOTO

Məşhur aparıcı Esra Erol bu dəfə biznes təşəbbüsü ilə diqqət çəkib. xəbər verir ki, televiziya karyerası ilə yanaşı, geyim sektoruna da addım atan aparıcı yeni mağaza açıb. Esra Erolun yeni biznesini təbrik edən yaxın rəfiqəsi, aktrisa Bergüzar Korel ona xoş arzularını çatdırıb. Erolun mağaza açmas

27.09.2026 435
.

3 il aradan sonra seriala çəkilir

Türkiyəli aktyor Tolqahan Sayışman uzun aradan sonra kamera qarşısına keçəcək. Axşam.az xəbər verir ki, aktyor "Ölüm bizi ayırana dek" serialında baş rolu ifa edəcək. O, "Uygar Soykan" adlı inşaat mühəndisinə həyat verəcək. Ekran işi 10 bölümdən ibarət olacaq. Qeyd edək ki, Tolqaha

19.09.2026 270
.

Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO

Tanınmış müğənni Tacir Şahmaloğlu xəstəxanaya yerləşdirilib. Bununla bağlı sosial şəbəkələrdə görüntü yayılıb. Görüntülərdə sənətçi özünü yaxşı hiss etdiyini bildirib. ( )

20.09.2026 820
.

Ən çox gəlir gətirən aktyor oldu

Britaniyalı aktyor Tom Holland kino tarixinin ən çox gəlir gətirən aktyorları siyahısında birinci pilləyə yüksəlib. Axşam.az xəbər verir ki, aktyorun rol aldığı filmlərin ümumi dünya üzrə gəliri 15,48 milyard dolları keçib. Bununla Holland Zoi Saldana və Skarlett Yohanssonu geridə qoyub. Aktyorun il

19.09.2026 227
.

Zeynəb Xanlarova əməliyyat olundu

Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. BİG.AZ -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib

23.09.2026 481
.

Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi

Aktrisa Zarina Qurbanova uşaqlıq arzusunu gerçəkləşdirib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində danışıb. O, uşaqlıqdan müəllim olmaq istədiyini və arzularının ardınca getdiyini bildirib:. "Mən uşaqlıq arzularımı reallaşdıran bir fərdəm. Uşaqlıqda arzum va

26.09.2026 278
.

"Ayrılıb öz ayağı üstə duran qadın qınanır"

"Yeni nəsil tam fərqli böyüyür. Amma düzgün azadlığı qəbul edib həyat qursunlar. Sosial mediadakı azadlıqdan faydalanmasınlar. Daxili seçim azadlığından faydalansalar, yaxşı olar. Mənim də layihələrim bunlardan irəli gəlir". Axşam.az xəbər verir ki, aktrisa Sevinc Əliyeva "Arxa plan"

19.09.2026 293
.

"Məni silkələyən ikinci belə hadisə olmayıb"

Xalq artisti Murad Dadaşov ötən il dünyasını dəyişən dostu, Əməkdar artist Cabir İmanovla bağlı duyğularını bölüşüb. Axşam.az xəbər verir ki, "Sabahın xeyir, Azərbaycan" proqramına danışan Dadaşov Cabirlə bağlı xatirələrindən söz açıb. O, sənətçinin vəfatının həyatında böyük sarsıntı yaratdığın

29.09.2026 397
.

Gülay Zeynallı tanınmaz halda - ŞOK GÖRÜNTÜLƏRİ YAYILDI

Müğənni Gülay Zeynallının yeni görünüşü diqqət çəkib. Onun fərqli obrazda çəkdirdiyi fotolar sosial şəbəkədə maraqla qarşılanıb. Müğənninin yeni saç düzümü və makiyajı izləyicilərin diqqətindən yayınmayıb. Gülayın əvvəlki görünüşlərindən fərqlənən stili müzakirələrə səbəb olub. Bəzi izləyicilər Zeynallın

19.09.2026 560
.